![]() |
|
ABŞ administrasiyası Ukrayna rəhbərliyini səfərbərlik yaşını 18 yaşa endirməyə, sonra isə Volodimir Zelenskidən qurtulmağa məcbur edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Düşünürəm ki, ABŞ administrasiyası Ukraynanın hazırkı rəhbərliyini bu qərarları qəbul etməyə, səfərbərlik yaşını 18 yaşa endirməyə, sonra isə sadəcə olaraq Zelenskidən yaxa qurtarmağa məcbur edəcək”, - Putin bildirib.
O əlavə edib ki, ABŞ təxminən bir ildən sonra Zelenskidən qurtulacaq.
"Qərb Ukrayna müharibəsində özünü xilas edəcəyi düşüncəsində yanılır. Moskva geri çəkilmək niyyətində deyil. ABŞ və Avropa tərəfindən eskalasiyanın daha da artacağı təqdirdə o, həddindən artıq tədbirlər görəcək. Lakin Qərbdə hələ də buna inanmırlar".
Bunun rusiyalı ekspert Sergey Karaqanov deyib.
Onun sözlərinə görə, artıq proseslər dünya müharibəsinə doğru sürükləyir. "Ona görə də seçimlər etməlidir və bunu etməsək, özümüzü və dünyanın qalan hissəsini məğlubiyyət astanasına qoyacağıq”, - ekspert deyib.
Ekspert əlavə edib ki, bu prosesdə Rusiyanın geri çəkiləcəyini düşünmək belə yanlışdır: "Rusiya nəinki ən kiçik bir geri çəkilmə istəmir, əksinə, Ukraynada müharibədən əvvəl elan etdiyi strateji təhlükəsizlik maraqlarını qorumaq olduğunu təkrarlayır".
Avropa xalqlarının böyük əksəriyyətinin Rusiya ilə müharibədə qətiyyən maraqlı olmadığını qeyd edən ekspert bildirib ki, Moskva da bunu yaxşı anlayır. "Putinin dediyi kimi, Ukrayna müharibəsi tərəflər üçün ölüm-dirim savaşıdır və bu məsələdə sonadək - bu ya hərbi və ya diplomatik yolla həllini tapmalıdır".
Sergey Karaqanov hesab edir ki, Qərbdən daha da eskalasiya olacağı təqdirdə Rusiya NATO (Amerika) Polşa, Almaniya və ya Rumıniyadakı bazalarına zərbələr endirməli olacaq.
O qeyd edib ki, Qərbdən buna cavab olarsa, Rusiya o zaman nüvə silahına üstünlük verməli olacaq.
Karaqanov onu da bildirib ki, artıq burada kimin haqlı, kimin haqsız olmasının əhəmiyyəti yoxdur: "İistisnasız olaraq hamı bunda günahkardır. Dünya üçün bu son dərəcə təhlükəli silahlı münaqişəni əvvəldən aid olduğu diplomatiya məkanına köçürmək istəyən və edə bilən soyuqqanlı və rasional rəhbərlərin vaxtı çatıb. Bu olmasa, dünyanı ciddi fəlakət gözləyir".
Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O qeyd edib ki, Moskva buna reaksiya verəcək.
Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya Federasiyası təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir.
Rusiya lideri əlavə edib ki, ölkəsi öz uzaqmənzilli silahlarını dünyanın regionlarına çatdıra bilər, haradan ki, Ukraynaya silah verən ölkələrə həssas zərbələr endiriləcək.
İsrail Qəzzadan sonra daha bir ölkəyə hücum planlaşdırır. İsrail ordusunun növbəti hədəfi Livan olacaq. Artıq bununla bağlı orduya hazırlıq göstərişi verilib.
Bu məqsədlə İsrail Baş Qərargah rəisi Herzi Halevi Livan sərhədinə səfər edib və oradan Hizbullah ilə gərginliyə diqqət çəkərək deyib: "Qərar verilməli olan nöqtəyə yaxınlaşırıq, İsrail ordusu hücuma keçməyə hazırdır".
İsrailin Hərbi Nazirlər Kabinetinin Livanın cənubundan Hizbullahın atdığı raketlər nəticəsində son iki gündə baş verən yanğınlardan sonra şimal cəbhəsindəki hadisələri müzakirə etmək üçün toplanacağı bildirilib.
7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə savaşır.
Bu qarşıdurmalarda 325 Hizbullah üzvü, 65 mülki livanlı, 19 Əməl Hərəkatı, 13 HƏMAS, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilir.
Təhlükəsizlik mənbələri sosial şəbəkələrdə və internet saytlarında FETÖ lideri Fətullah Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bu arada FETÖ liderinin son görüntüsü üzə çıxıb.
Jurnalist Müyesser Yıldız iyunun 4-də yazdığı köşə yazısında FETÖ lideri Fətullah Gülənin ekstradisiya edildiyini iddia edib.
Müyesser Yıldız yazıb: "Pensilvaniyadakı mülkü boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq durumu günlərdir danışılır və “ ölür, ölür ” deyilir .
Bu gün etibarilə gündəmə gələn son iddia isə odur ki, ABŞ-nin Güləni MİT-ə təhvil verdiyi, təyyarəsinin Türkiyəyə getdiyi və bu məlumatın hələlik gizli saxlanıldığı bildirilir".
Yıldız daha sonra qeyd edib ki, bu iddia doğrudur, yoxsa yox, biz bilə bilmərik".
Bu iddiadan sonra açıqlama verən təhlükəsizlik mənbələri Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini bildiriblər .
FETÖ səhifələrində paylaşılan görüntüdə Fətullah Gülənin son şəkli yer alıb.
Bir neçə ildir ki, "Google" istifadəçilərin şəxsi məlumatlarını toplayır və hətta uşaqların səslərini də qeydə alır.
Bu barədə “404 Media” saytı “Google”un daxili məlumat bazasına istinadən məlumat yayıb .
Bu məlumat bazasında təqdim olunan məlumatlara əsasən, 2013-2018-ci illər arasında Google əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi ilə bağlı minlərlə hal qeydə alıb. Məsələn, bir hadisə istifadəçilərin xəbəri olmadan istifadəçilərin e-poçtlarının saxlanması ilə bağlı idi.
Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi, təhsil proqramında "Socratic"də bir milyondan çox istifadəçinin (o cümlədən uşaqlar) e-poçt ünvanlarının məxfiliyinin açılması qeyd olunur.
Google nümayəndəsi "Daily Mail"ə bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini açıqlayıb.
Xatırladaq ki, dörd il əvvəl ABŞ-da "Google"un ana şirkəti Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya hətta icazələr söndürüldükdə belə, müxtəlif proqramların istifadəçilərinə casusluq etməkdə ittiham edilib. Məlumatların toplanması hətta internet brauzeri inkoqnito rejimində istifadə edildikdə də həyata keçirilirdi.(Publika.az )
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu şəxsi hüquqlarını pozduğu üçün sabiq müdafiə naziri, hazırda isə parlamentin Milli Müdafiə Komissiyasının sədri, millət vəkili Hulusi Akara 100 min lirə mənəvi təzminat ödəməyə məhkum edilib.
Qərar Ankara Məhkəməsində keçirilən prosesdə qəbul edilib.
Kılıçdaroğlunun vəkili onun sözlərinin ifadə azadlığı çərçivəsində olduğunu və təhqir sayılmadığını bəyan edib.
Lakin hakim İbrahim Enes Çelik bununla razılaşmayıb.
Qeyd edək ki, siyasətçinin müvafiq çıxışı 10 yanvar 2023-cü ildə Türkiyə Böyük Millət Məclisində baş tutub.(oxu.az)
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi Kayseridə qəzaya uğrayıb.
Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan SF-260D tipli təlim təyyarəsi Kocasinan rayonunun Həsənarpa rayonu yaxınlığında naməlum səbəbdən qəzaya uğrayıb.
Qəza nəticəsində iki hərbi pilot şəhid olub.
Almaniya silahlarının Rusiya Federasiyasına qarşı istifadəsi eskalasiya təhlükəsi yaradacağına inanmır.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
O hesab edir ki, əksinə, bu silahlar Ukraynanın Rusiyadakı hədəfləri Qərb silahları ilə vurmaq hüququ Kiyevə yalnız böyük şəhərlərini qorumağa imkan verəcək.
Əlavə edib ki, Ukraynaya Almaniyadan gətirilən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməsinə yeni imkanlar yaranacaq.
Moskvanın "Sibirin gücü-2" qaz kəməri layihəsi ilə bağlı ümidləri boşa çıxdı. Çin daha ucuz və Moskvanın gözlədiyindən daha az qaz istəyir. İki ölkə arasında yaranmış fikir ayrılığı səbəbindən də “Sibirin gücü-2” qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar dalana dirənib.
Bu barədə “Financial Times” (FT) yazır.
Bildirilir ki, Çin Rusiyadan alacağı qazın qiymətini və tədarük həcmini aşağı salmaqda israrlıdır.
Nəşrin yazdığına görə, Çin dövlətin subsidiyaları sayəsində müəyyən səviyyədə saxlansa da, “Sibirin gücü-2” vasitəsilə verilən qazın haqqını Rusiyada daxili yanacaq qiymətlərinə yaxın qiymətə ödəmək niyyətindədir. Bundan əlavə, Pekin qaz kəmərinin tutumunun tədarük etmək üçün nəzərdə tutulduğu yanacağın həcminin yalnız kiçik bir hissəsini almaq istəyir.
Bu fikir ayrılığının nəticəsi olaraq "Qazprom"un Direktorlar Şurasının sədri Aleksey Millerin 2024-cü ilin mayında Rusiya prezidenti Vladimir Putini Çinə səfərində müşayiət etməyib.
Boru kəməri sazişi Putinin Çin lideri Si Cinpinlə görüşündə müzakirə etdiyi üç əsas mövzudan biri olub.
"FT" onu da qeyd edib ki, Pekinin “Sibirin gücü-2” ilə bağlı sərt mövqeyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin Putini iqtisadi dəstək üçün Çindən getdikcə daha çox asılı vəziyyətə salıb.
Nəşr onu da yazıb ki, Rusiya yanacağının ixracı üçün alternativ marşrutların olmaması səbəbindən "Qazprom" Pekinin şərtlərini qəbul etməli olacaq.