![]() |
|
Rusiya-Ukrayna müharibəsində son vaxtlar ATACMS taktiki ballistik raketlərdən istifadə intensivliyi artıb.
Sfera.az xəbər verir ki, 2024-cü ilin iyunun 23-də Ukrayna silahlı qüvvələrinin Krımdakı hədəflərə hücumu zamanı da bu növ raketlərdən istifadə edilib. Rusiya tərəfi hücum zamanı 5 nəfərin öldüyünü,152 nəfərin yaralandığını açıqlayıb.
Bu məlumata görə, Krıma 5 ədəd ATACMS raketi atılıb, onlardan dördü tam zərərsizləşdirilib, birini isə tam zərərsizləşdirmək mümkün olmayıb. Tam zərərləşdirilməyən raketin hissələri Sevastopol şəhərindəki çimərlik ərazisinə düşüb və burada çoxlu sayda insan xəsarət alıb.
Ukraynanın açıqlamasına görə, hücumda hədəf Krım yarımadasında yerləşən kosmik rabitə mərkəzi olub. Rəsmi Kiyev bildirir ki, hücum uğurlu alınıb və mərkəzə ciddi zərər vurulub.
Rusiya bu hücuma görə ABŞ-ni günahlandırıb. Rusiya tərəfi hesab edir ki, bu silahları Ukraynaya ABŞ verir, eləcə də həmin silahlardan istifadə edilməsində amerikalı mütəxəsislər iştirak edir. Rəsmi Moskva bildirib ki, son hadisə ABŞ-nin Rusiyaya qarşı hibrid müharibə aparmasının və faktiki olaraq münaqişə tərəfinə çevrilməsinin göstəricisidir.
Bəs Rusiya üçün ciddi problemlər yaratmağa başlayan ATACMS raketləri hansı imkanlara sahibdir?
ATACMS balistik raketləri ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunur. Bu raketlərdə bərk yanacaqdan istifadə edilir və 50 km-dən 300 km-ə qədər məsafədəki yerüstü hədəfləri vurmaq mümkündür. Hazırda raket sistemləri dörd növ ATACMS raketlərindən istifadə edə bilir. Bunlardan yalnız birində tək başlıq mövcud olur və yüksək dağıdıcılıq qabiliyyətinə sahibdir. Digər üç raketdə isə yüksək partlayıcı qabiliyyətə malik kaset tipli döyüş başlıqları və ya digər sursatlarla təchiz edilir.
Məsələn, MGM-140A raketinin çəkisi 560 kq olan döyüş başlığı var və 950 döyüş elementi daşıyır, MGM-164A isə ümumi çəkisi 268 kq olan cəmi 13 məhsulla təchiz edilib.
Ukraynaya ATACMS-lar 2023-cü ilin oktyabrında, yəni Rusiyanın hücumundan bir il səkkiz ay sonra çatdırılıb. Ukrayna ordusu cəmi 8 aydır ki, bu silahlardan istifadə edir. Ballistik raketlərin istifadəsi Rusiya ordusuna ciddi təhdid yaradıb. Raketlərin 300 km-ə qədər uçması daha dərində yerləşən hədəflərin vurulmasına imkan verir. Məhz bu raketlərin köməkliyi ilə Krımdakı Rusiyanın hava qüvvələrinin bazaları bir neçə dəfə hədəfə alınıb.
2024-cü il aprelin 17-də Rusiyanın nəzarəti altında olan Krımdakı hərbi hava qüvvələrinin bazasında altı partlayış baş verib. ATACMS raketlərində proqram təminatı ilə birlikdə çoxsaylı naviqasiya vasitələrindən istifadə edilir. Buna görə də adıçəkilən raketlərlə Rusiyanın uzaqda yerləşən hədəflərini daha dəqiq vurmaq olur. Raketlərin səmərəliliyini nəzərə alaraq ABŞ yeni yardım paketinə uyğun olaraq Ukraynaya daha bir neçə ATACMS raket komplekslərini verəcək. Ukraynada belə raket komplekslərinin sayının artması Rusiyanın müdafiə qabiliyyətini zəiflədəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına açıqlamasında bildirib.
“Yaxın günlərdə prezidentimizlə Putinin Qazaxıstanda görüşü baş tuta bilər”, - nazir vurğulayıb.
"İsrail radikallar tərəfindən saxlanılan bütün girovları qaytarana və anklavda HƏMAS-ın hakimiyyətini aradan qaldırana qədər Qəzza zolağında müharibəyə son qoymayacaq".
Bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.
O bildirib ki, ölkəsi eyni zamanda, ABŞ Prezidenti Co Baydenin dəstəklədiyi atəşkəs təklifinə sadiq qalacaq.
"Birincisi, 120 girovu, ölü ya diri, geri qaytarana qədər müharibəni bitirməyəcəyik. İkincisi, HƏMAS-ı tamamilə məhv edənədək müharibəni bitirməyəcəyik. Biz ABŞ Prezidenti Co Baydenin də dəstəklədiyi atəşkəs təklifinə sadiqik. Bizim mövqeyimiz dəyişməyib", - Netanyahu bəyan edib.
İranın keçmiş prezidenti Həsən Ruhani 2020-ci ilin dekabrında parlamentdə təsdiqlənən və hökuməti nüvə fəaliyyətlərini sürətləndirməyə məcbur edən qanunun ölkənin 300 milyard dollar itirməsinə səbəb olduğunu etiraf edib.
Sabiq prezidentin iyunun 19-da hökumətinin kabinet üzvləri ilə görüşündə verdiyi bəyanatlar bu gün internet saytında dərc olunub.
İclasda 2020-ci ilin noyabrında iranlı alim Muhsin Fəxrizadənin öldürülməsindən dərhal sonra parlament tərəfindən təsdiqlənən və nüvə fəaliyyətlərinin sürətləndirilməsini məcbur edən “Strateji Fəaliyyət Qanunu” tənqid edilib.
Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan nüvə danışıqlarına işarə edən Ruhani, danışıqların 2021-ci ilin aprelində yekunlaşdığını, lakin Ali Milli Təhlükəsizlik Şurasında yalnız bir nəfərin buna qarşı çıxdığını və bu şəxsin hazırda prezidentliyə namizəd olduğunu bildirib.
O, eyni zamanda parlamentin təsdiq etdiyi qanuna görə razılaşmanın həyata keçirilə bilməyəcəyini iddia edib.
Əlavə edib ki, bu səbəbdən İran 300 milyard dollar itirib. "Parlamentin “Strateji Fəaliyyət Qanunu” İran tarixindəki ən pis qanundur. Bizim bundan daha pis qanunumuz olmayıb. Bu, 12-ci hökuməti uğursuzluğa düçar etmək üçün hazırlanmış sui-qəsddən başqa bir şey deyildi", - Ruhani bildirib.
Xaricdən gələn diktələrin xeyrinə suverenliyin itirilməsi Moldovanı silahlı münaqişələrə cəlb edə bilər.
Axar.az xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.
“Bu gün biz görürük ki, gərgin geosiyasi kontekstdə bəzi dövlətlər öz diktələrini Moldova siyasətinə tətbiq etməyə çalışırlar və biz moldovalıları regional strateji maraqları üçün rıçaq etmək istəyirlər. Bu şəraitdə suverenliyin və müstəqilliyin itirilməsi Moldovanın silahlı münaqişələrə cəlb olunmasına, son nəticədə ərazi itkilərinə və hətta dövlətçiliyin itirilməsinə səbəb ola bilər. Buna yol vermək olmaz”, - Dodon bildirib.
“Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir, sadəcə yaşamaq istəyir”.
“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq olaraq bizə bir mesajdır”, - deyən Paşinyan bildirib.
Onun sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi vurğulayıb ki, bu suala yalnız dövlət cavab verə bilər.
Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalqın əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır.
Xəbər verdiyimiz kimi, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən məlumatına görə, buna cavab olaraq Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz avtomobilini Samvel Şahramanyana hədiyyə edib.
Məlumata görə, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək “Lexus” markalı avtomobilini Şamramanyana verib. Tavuş yeparxiyasının rəhbəri baş verənləri qəbuledilməz adlandırıb.
Qeyd edilib ki, sözügedən avtomobil daha əvvəllər Qalstanyanın postlara erməni hərbçiləri ziyarətə getməsi üçün hədiyyə edilmişdi.
ABŞ administrasiyası Rusiyanın ölkədəki viza mərkəzinin hər iki bölməsini bağlayır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov açıqlayıb.
Onun sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı səfirliyə məlumat göndərib. Bununla belə, Antonov konsulluq xidmətlərinin davam etdiriləcəyini vurğulayıb.
Eyni zamanda, rusiyalı diplomatlardan onları ökədə vergidən azad edən vəsiqələr də götürülüb.
Sözügedən vəsiqələr diplomatlara istənilən ölkədə yaşayıb yerli xəzinəyə vergi ödəməmək kimi imtiyazlar verirdi.