![]() |
|
ABŞ Kiyevə daha 4,5 milyard dollarlıq büdcə yardımı verəcək və bununla da Vaşinqtonun büdcə dəstəyi fevral ayından 8,5 milyard dollara çatdırılacaq.
“Bu barədə Beynəlxalq İnkişaf Agentliyi məlumat yayıb.
“ABŞ Ukrayna hökumətinə daha 4,5 milyard dollar verəcək”, - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, Dünya Bankı vasitəsilə ABŞ Xəzinədarlığı ilə razılaşdırılan yardım Kiyevə tranş şəklində veriləcək, avqustda Ukrayna 3 milyard dollar alacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşura günü ilə bağlı paylaşım edib.
Prezident bu haqda tviter hesabında yazıb.
“Birlik və bərabərliyin simvolu olan Aşura və Məhərrəm ayının İslam dünyası üçün xeyirli olmasını diləyirəm. Şəhidliyinin ildönümündə şəhidlərin ağası, Peyğəmbərin nəvəsi həzrəti Hüseyn əfəndimizi və Kərbəla şəhidlərini rəhmətlə yad edirəm”,- deyə paylaşımda qeyd olunub.
Daha sonra Ərdoğan Aşura münasibəti ilə Türkiyə ələvilərinin məclisində iştirak edib.
Rusiya ordusunun rəhbərliyi əhəmiyyətli dəyişikliklərə məruz qalmaqda davam edir ki, bu da rusların Ukraynadakı qüvvələrə komandanlıq və nəzarət etmək səylərinə təsir edə bilər.
Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Böyük Britaniya Müdafiə Departamenti ISW-nin əvvəlki rəqəmlərini təsdiqləyib ki, fevral ayında yenidən işğalın başlamasından bəri ən azı altı rus komandiri vəzifəsindən qovulub.
Onların arasında Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Çayko, Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var.
Britaniya Müdafiə Nazirliyi əlavə edir ki, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb və ordu generalı Sergey Surovikin Ukraynada qoşunların “cənub qruplaşması”nı öz üzərinə götürüb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi belə qənaətə gəlib ki, Rusiya komandanlıq strukturunda ahəngdarlığın olmaması və döyüş meydanında hərbi rəhbərliyin itirilməsinin davam etməsi, komandanlıq və nəzarətə, eləcə də Ukraynadakı əməliyyatların ümumi effektivliyinə mane olur.
Rusiya “Koka-Kola” içkisini Belarus istehsalı olan “Bela-Kola” qazlı içkisi ilə əvəz etməyi planlaşdırır.
Artıq innovasiyalar sahəsində biznes əlaqələrinin genişləndirilməsinə dair memorandum imzalanıb.
İyun ayında "Koca-Kola Hellenic Bottling Company" Rusiyada eyni adlı içkilərin satışını dayandıraraq qərarını açıqlayıb.
Ermənistanın xüsusi xidmət orqanlarının Yunanıstanda casusluq fəaliyyəti aşkarlanıb.
Yunanıstanın PASOK partiyasının sədri Nikos Andrulakisin telefonları Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənilir.
“Ekathimerini.com”un məlumatına görə, partiyanın sədri qeyd edib ki, onun telefonlarıba xüsusi cihazlar vasitəsilə qulaq asırlar. Nikos Androulakis telefonuna qeyri-qanuni “Predator” casus proqram təminatı quraşdırmaq cəhdi barədə məlumat verib.
Yunanıstan kəşfiyyatının rəhbəri də Andrulakisin telefonunun Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə dinlənildiyini açıqlayıb.
Qalmaqala Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan da münasibət bildirib. Diplomat Ermənistanın xüsusi xidmət orqanlarının PASOK sədri Nikos Androulakisin telefonlarının dinlənilməsində iştirak etmədiyini iddia edib.
İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin, bildirlib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.
Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.