![]() |
|
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 92 yaşında ölüb.
Bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Qorbaçov Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunur. Məhz onun əmri ilə Sovet Ordusu Bakıya daxil olaraq dinc insanları qətlə yetirmişdi.
“İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə istintaqa cəlb edilən müğənni Gülşen Çolakoğlu İstanbulda verdiyi konsertdə “İmam hatip” liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə ötən cümə axşamı məhkəmə tərəfindən həbs edilib. Dünən vəkilinin etirazından sonra müğənni ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Gülşenin həbsi ilə bağlı sərt açıqlama verib.
“Son günlərdə millətimizin ən böyük gücü olan qardaşlığa qarşı təxribatların çox ciddi həddə çatdığını, ibadət yerlərimizin və imam hatiplərimizin hədəf alındığını görürəm.
Millətimizin müqəddəs dəyərlərini təhqir edənlər, tarixi şəxsiyyətlərimiz arasında ayrı-seçkilik yaradan, fitnə alverçisinə çevrilməyə çalışanlar öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər”, – deyə Ərdoğan fikirlərini ifadə edib.
ABŞ-ın fövqəladə xam neft ehtiyatları avqustun 26-dək olan həftə ərzində 3,1 milyon barel azalıb.
Bu barədə ABŞ-ın Energetika Departamentinin məlumatlarında qeyd olunub.
Məlumata görə, Strateji Neft Ehtiyatı (SPR) ehtiyatlar 1984-cü ilin dekabrından bu yana ən aşağı səviyyə olmaqla 450 milyon barrelə düşüb.
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.
Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini beş dəfə artıracaq.
"Sabah" xəbər verir ki, “2022-ci il oktyabrın 7-dən boğazlardan keçidlərdə mayak, təxliyə və tibbi xidmət haqqı beş dəfə artırılacaq, indiki formada 40 milyon dollar olan gəlir isə 200 milyon dollara qədər artacaq. 1936-cı ildə imzalanmış Montrö Müqaviləsi ilə Türkiyə İstanbul boğazından keçən və Çanaqqala boğazına (Dardanel) girib-çıxan gəmilərdən mayak, evakuasiya və tibbi xidmət haqqı almaq hüququna malikdir”.
1936-cı ildə qəbul edilən Montrö Konvensiyasına əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb.
Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır
Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka bəyan edib ki, Belarus təyyarələrinin nüvə silahı daşıya bilməsi üçün yenidən quraşdırılması başa çatıb:
"Biz nə vaxtsa Putinlə Piterdə bəyan etmişdik ki, Belarusun S-24 təyyarələrini nüvə silahı daşıya bilmələri üçün yenidən quraşdıracağıq. Bəs siz nə bilirdiniz? Elə bilirdiniz ki, biz elə-belə boş söz danışırıq? Hər şey hazırdır!”
Lukaşenka əlavə edib ki, Belarus Qərbin hədələrinə adekvat cavab verməyə hazırdır.
Lakin RBK agentliyi diqqəti belə bir məqama çəkir ki, Su-24 təyyarələri hələ 2012-ci ildə “köhnə” olduğuna görə Belarus silahlı qüvvələrinin cəbbəxanasından çıxarılıb.
BelTA dövlət xəbər agentliyinin saytında da Lukaşenkanın nitqində Su-24 barədə məlumat yoxdur.
İki ay bundan əvvəl Sankt Peterburqda Lukaşenka Rusiya prezidenti Vladimri Putinə müraciət edərək ondan nüvə silahı daşıya bilən NATO təyyarələrinin təlim uçuşlarına “adekvat reaksiya” verə bilməsi üçün kömək istəmişdi.
Bununla əlaqədar Lukaşenka paritet qaydada cavab verilməsi üçün Belarus təyyarələrinin heç olmasa nüvə silahına uyğunlaşdırılmasını xahiş etmişdi.
O vaxt Putin demişdi ki, Belarus ordusunun bir qrup Su-25 təyyarəsi var və onları müvafiq avadanlıqla təkmilləşdirmək olar.
Bu arada Alyaksandr Lukaşenka Almaniya kanslerini “patsan” (Azərbaycanca “uşaq” və ya “gədə” mənasını verir) adlandırıb və deyib ki, “onun siyasətdən başı çıxmır”.
Lukaşenkanı qəzəbləndirən Şoltsun Putinlə söhbətini açıqlaması olub:
"İnanın ki, mənim buna reaksiyam...Patsandır da...Şolts siyasətdə heç nə anlamayan və anlamaq istəməyən patsandır”.
Olaf Şolts bu yaxınlarda Rusiya prezidenti ilə bir telefon söhbətini xatırlamışdı. Onun sözlərinə görə guya Putin həmin söhbət vaxtı demişdi ki, nə Belarus, nə də Ukrayna müstəqil, suveren dövlət olmamalıdr.
Lukaşenkanın fikrincə Şolt belə bir informasiyanı açmamalıydı:
"İki dövlət başçısı arasında belə söhbətlər tam qapalı xarakter daşıyır. Söhbəti telefon xəttinin o başındakı şəxslə razılaşdırdıqdan sonra ictimailəşdirmək olardı. O bunu Putinlə razılaşdırmalıydı. Yəni “bunu demək istəyirəm və sair...””
Lukaşenka bildirib ki, o bu barədə Putinin tamam başqa “nöqteyi-nəzərini” bilir:
“Əsas o deyil ki, Şolts və Putin nə danışıblar. Əsas mənim sizə dediyimdir: bizim dövlətimizin suverenliyi, müstəqilliyi toxunulmazdır. Vəssəlam!”
Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində miqrantlar arasında dava və silahlı atışma olub.
"Ətrafda yaşayan sakinlər insidenti telefonlarına çəkərək ictimailəşdiriblər.
Polis və Rusiya Milli Qvardiyasının hərbçiləri hadisə yerinə gəliblər. Hazırda qaçaraq hadisə yerindən uzaqlaşmış şəxslərin axtarışı aparılır.
Ümumdünya Səhiyyə Təşkilatı son bir həftədə dünyada meymunçiçəyinə yoluxma hallarının 21% azaldığını bildirib.
Publika.az xəbər verir ki, son bir həftə ərzində dünyada 5907 yoluxma halı qeydə alınıb. Bu xəstəliyə ilk yoluxma halları ötən həftə İran və İndoneziyada qeydə alınıb.
Aprelin sonundan bəri dünyanın 98 ölkəsində 45 000-dən çox meymunçiçəyinə yoluxma halı təsdiqlənib.
Son bir ayda dünyada meymuna yoluxma hallarının 98%-i Amerika (60%) və Avropa (38%) ölkələrində qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynanın milli bayramı – Müstəqillik Günündə geyindiyi köynək sosial şəbəkələrdə gündəm mövzusu olub.
Ukrayna lideri müstəqillik günündə ölkəsində “vışıvanka” adı verilən ənənəvi xaki rəngli köynək geyinib.
Köynəyin üzərindəki naxışlarda bir qadın və kişi fiquru, həmçinin Ukrayna istehsalı BTR-3E1 tipli zirehli texnika təsviri yer alıb.
Qeyd edək ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumlara başlamasından sonra V.Zelenski geyindiyi xaki rəngli gödəkcə və tişortlərə görə müzakirə olunmuşdu. Ölkəsinə hücum edilən prezidentin kostyum əvəzinə hərbi geyim rənglərinə üstünlük verməsi səmimi davranış kimi qəbul edilmişdi.
Rusiya ilə münasibətlərin potensial bərpası Avro-Atlantik sistemində təhlükəsizlik fəlakəti olardı. Bu baş verərsə, Rusiya yaşayış dəyərinə indikilərdən də yüz dəfə pis təsir edən problemlər yaradacaq.
Bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.
“Münasibətlərin normallaşdırılması həqiqətən də sadə vətəndaşlar üçün yaşayış xərclərini azaltmağın ən asan yolu ola bilər. Ancaq bir neçə ildən sonra yenə eyni hal ortaya çıxacaq. Əgər Rusiyanın Ukraynadakı təcavüzünə məhəl qoymasaq, o zaman Rusiya NATO üzvü olan Baltikyanı ölkələri işğal edə bilər”, - nazir müavini deyib.