Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət edilən dünya liderləri avtomobil və helikopterlərdən istifadə edə bilməyəcək. Bundan başqa, onlar kommersiya reysləri ilə ölkəyə gəlməli olacaqlar.

Oxu.az məlumatına görə, qaydalar tədbirdə boş yerin olmaması, eləcə də ziyarətçilərin çoxluğu ilə bağlıdır.

Nümayəndə heyətlərinin tərkibində də məhdudiyyətlər var. Dəfn mərasimində yalnız dünya liderləri və onların həyat yoldaşları iştirak edə biləcəklər. Onlar mərkəzləşdirilmiş şəkildə avtobusla çatdırılacaqlar.

Anım mərasimindən sonra onlar Lankaster-Hausda başsağlığı kitabına qeydlər qoya biləcəklər. Onlar daha sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmək üçün Dins-Yarda gedəcəklər.

Eyni zamanda, dəfn mərasimindən bir gün əvvəl III Karl Bukingem sarayında bütün xarici liderlər üçün ziyafət təşkil edəcək.

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 19-da Britaniya vaxtı ilə saat 11:00-da keçiriləcək.

Şok: Cənubdakı rus ordusu təslim olur – Rəsmi
Rusiya hərbçiləri cənub istiqamətində silahı yerə qoymaqla bağlı Ukrayna ordusu ilə danışıqlar aparırlar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qumenyuk deyib.

“Onlar silahlarını yerə qoymaq və beynəlxalq humanitar hüququn himayəsi altına girəcəkləri ilə bağlı şərtləri müzakirə etməyə çalışırlar”, - Qumenyuk bildirib.

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisi “Amerikanın səsi”nə açıqlamasında iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığını təsdiqləyib. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı axar.az-ın sorğusuna cavab olaraq İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, - deyə bildirilib.

Çeçenistanda Ukraynaya göndərilməsi üçün 560 əsgərdən ibarət üç batalyon və 1500 nəfərlik xüsusi alay hazırlanıb.

Axar.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

O, hərbi hissələrin və texnikanın döyüş baxışında iştirak edib:

O bildirib ki, Ukraynaya qarşı müharibə üçün ümumilikdə 3180 əsgər hazırlanıb.

Gün ərzində Ukrayna ordusu düşməni iyirmidən çox yaşayış məntəqəsindən sıxışdırıb çıxarıb və onları tam nəzarət altına almaqda davam edirlər.

“Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ukrayna ordusu Mayorskaya və Krasnoqorovka yaxınlığında düşmən hücumlarını dəf etdiyi, Nikolayevka Vtoroy və Zaytsevoy ərazilərində isə döyüşlərin davam etdiyi qeyd edilir.

“Ordu Xerson istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra düşmən xeyli canlı qüvvə itkisinə məruz qalıb. Məlumata görə, 810-cu xüsusi dəniz piyada briqadası şəxsi heyəti demək olar ki, 85%-ni itirib. Qalan hərbçilərin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır, onlar kütləvi şəkildə döyüş bölgəsinə qayıtmaqdan imtina edirlər”, - məlumatda deyilir.

Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra Uels şahzadəsi Çarlz rəsmi mərasimlə kral III Çarlz elan edilib.

Qafqazinfo xəbər verir ki, III Çarlzın andiçmə mərasimində sənədi imzalayarkən etdiyi jestlər və mimikalar gündəm olub.

Rəsmi sənədlərə imza atdığı zaman masada yer azlığından narahat olan kral əsəbiləşib və dişlərini sıxaraq zaldakı xidmətçidən qələmləri götürməsini istəyib.

Görüntülər sosial mediada paylaşılıb və çoxları onu tənqid edib.

Türkiyə ordusunun İraqın şimalında apardığı “Pəncə-Kilid” əməliyyatı çərçivəsində 2 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Deputat:

Ukraynadakı hərbifəaliyyətlər birbaşa Ermənistan və Qarabağa təsir edəcək.

Bu barədə Ermənistan parlament fraksiyasından deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

"Ukrayna qambiti

Ukraynadakı hərbi fəaliyyətlər birbaşa Ermənistan və Qarabağa təsir edəcək.

Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Hücuma hazırlaşırlar. Hansı istiqamətdə hazırlaşdıqlarını deməyə ehtiyac varmı?...

Bəs Ermənistanda? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür”.

Avropa ən böyük humanitar böhranlardan biri ilə üz-üzədir.

Bu fikri Rumıniya Prezidenti Klaus İohannis səsləndirib.

“Biz qitəmizin yaxın tarixinin ən böyük humanitar böhranlarından biri ilə üz-üzəyik. Bu böhran qurbanların sayının artmasına, insanların məhvinə, Ukraynanın daxilində və xaricində köç etməsinə səbəb olur”, - dövlət başçısı jurnalistlərə bildirib.

İohannis əlavə edib ki, Buxarest hazırda transatlantik münasibətlərin möhkəmlənməsini, dünyada vətəndaşların azadlığının qorunmasını və demokratiyanın qurulmasını təmin edən tədbirləri dəstəkləyir.

Prezident əmindir ki, NATO və Avropa İttifaqının birgə fəaliyyəti Avropada, xüsusilə Cənub-Şərqi Avropada və Qara dəniz regionunda təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.(oxu.az)

Çin lideri Si Cinpin koronavirus pandemiyasının başlamasından bəri ilk dəfə ölkəni tərk edəcək.

Modern.az xəbər verir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Çin liderinin Putinlə görüşü planlaşdırılır.

Çin tərəfi hələlik Si Cinpinin səyahət planını təsdiqlənməyib. Putinlə yanaşı onun digər liderlərlə də görüşü gözlənilir.

Xəbər lenti