Rusiya təkcə Ukrayna ilə yox, kollektiv Qərblə də savaşır.

Rusiya mətbuatı xəbər verir ki, bu sözləri rusiyanın müdafiə naziri Sergey Şoqyu deyib. O bildirib ki, təxminən 70 hərbi və 200 mülki peyk də daxil olmaqla bütün NATO peyk qrupu uKraynanın mənfəətləri üçün istifadə olunur.

Şoyqu qeyd edib ki, Qərbin hərbi komandanlığı olan Kiyevdə faktiki olaraq 150-dən çox hərbi ekspert işləyir.

Müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.

Report xəbər verir ki, etiraz aksiyalarının təşkilatçısı “Vesna” Gənclər Hərəkatıdır.

Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20.00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı “Məzarlaşmağa yox” adlandırıblar.

“Minlərlə Rusiya kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün?

İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub.

Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil - ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər.

Hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar. Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır - qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər”, - hərəkatın bəyanatında vurğulanıb.

Qeyd edək ki, “Vesna” Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda “Gənc Yabloko”, “Oborona” və “Solidarnost” gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.

Almaniya xəstəxanalarının 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Birliyinin apardığı araşdırmada belə nəticə ortaya çıxıb.

Qeyd edilir ki, enerji qiymətlərinin artması və yüksək inflyasiya klinikaların fəaliyyətini davam etdirməsini qeyri-mümkün vəziyyətə gətirib. Bu səbəbdən ölkədəki xəstəxanaların 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Assosiasiyasının prezidenti Gerald Qass klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanacağını açıqlayıb.

Qass xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pisləşəcək.

Bundan əlavə, araşdırmada xəstəxanaların 60 faizinin artıq maliyyə həyəcanı vəziyyətində olduğu qeyd edilib.

Araşdırmada xəstəxanalardakı kəsirin 2023-cü il üçün artıq 10 milyard avroya çatacağı bildirilib və xərclərin kəskin artımını tarazlaşdırmaq üçün dövlətdən dəstək istənilib.

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Bu barədə TASS xəbər verir.

Əlavə məlumat veriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenin qəbulunda olacaq.

Ərdoğan Baydenlə Nyu-Yorkda ikitərəfli görüş baş tutmasa, təəssüflənməyəcəyini bildirib.

“Niyə təəssüflənirəm? O, Baydendir, mən Ərdoğan”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edir. Bundan əvvəl Ərdoğanın Baydenlə görüşmək və onunla bir sıra məsələləri müzakirə etmək niyyətində olduğu bildirilir.

Xəbər verdiyimiz kimi, əks-hücum zamanı Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin cənubundakı İzyumu rus hərbçilərdən azad edib.

Ukrayna mediasına istinadən azad edilmiş İzyumdan son fotoları təqdim edirik: 

 

 

 

 

Oxu.az xəbər verir ki, Gürcüstanın Kutaisi şəhərində banka hücum edərək oradakıları girov götürən şəxs iki milyon dollar tələb edib.

Sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan xahiş edir ki, onun tələbini səsləndirsin.

Girov öncə: “Üç saat ərzində iki milyon dollar gətirilsin”, - deyir. Sonra isə qarətçiyə xitabən: “Qardaş, öz tələblərini özün de”, - söyləyir.

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “Gürcüstan Bankı”nda hazırda 12 nəfər girov saxlanılır.

Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
 
Binanı polislər mühasirəyə alıblar.
 
DİN Kutaisidə bankda insanların girov götürülməsini terror aktı kimi dəyərləndirib.

***

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.

O, bankdakı insanları girov götürüb.

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, naməlum şəxs həm müştərilər, həm də qurumun əməkdaşları da daxil olmaqla 10-a qədər adamı girov götürüb.

Hadisənin şahidləri bildiriblər ki, bank binasının yaxınlığında silah səsləri eşidilib. Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxsin iki milyon pul tələb etdiyini eşidib, ancaq valyuta barədə dəqiq məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirir.

 

 

 

 

"Türkiyənin israrlı addımlarla "ABŞ-ın onu əmr və təlimatla idarə etməsi dövrü"nü başa vurması ABŞ rəhbərliyini açıq-aşkar təşvişə salıb. İndi onlar tədbir görüb Türkiyəni yenidən öz əllərinə almağa çalışırlar. Plandan plana keçirlər".

Teleqraf.com bildirir ki, bunu Kipr Türk Cümhuriyyəti prezidentinin müşaviri, Kipr Universitetinin dekanı professor Ata Atun deyib.

Professor ABŞ Prezidenti Co Bayden 2019-cu ilin dekabrında türk həmkarı Rəcəb Tayyib Ərdoğana yönəlik "çevriliş" hədəsinə də diqqət çəkib:

"Bayden "The Weekly" proqramında bildirdi ki, Türkiyədə müxalifətlə birbaşa əlaqədədirlər: "Ərdoğanı məğlub etmələri üçün onları cəsarətləndirə bilərik. Çevrilişlə yox, seçki ilə".

Görünən budur ki, ABŞ planını həyata keçirmək məqsədilə 2023-cü il iyunun 18-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı qollarını çırmalayıb.

1974-cü ildə Kipr Sülh Əməliyyatından sonra ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların baş aktoru Baydenin yolu açmasıyla Konqresin yunan əsilli üzvləri Nikol Malliotakis, Qus Bilirakis və Kris Pappasın fəaliyyətləri onlara görə "meyvə" verməyə başlayıb.

Plan bəllidir:

Türkiyəni ABŞ-ın dəstəklədiyi qonşuları ilə münaqişəyə cəlb etmək;

İqtisadi embarqo ilə türk lirəsini dəyərsiz hala gətirmək və Türkiyə xalqının alıcılıq qabiliyyətini aşağı salmaq, dolanışıqda çətinliklər yaratmaq;

MKİ, FETÖ və "Qladio"nun yatmış hücrələrini oyatmaq və türk xalqını hökumətə qarşı təxribata çəkmək;

ABŞ-yönlü siyasi partiyaları və rəy liderlərini bir çətir altında toplamaq və müxalif hərəkatı başlatmaq;

ABŞ tərəfindən maliyyələşdirilən media qurumlarında hökumətə qarşı intensiv əks-təbliğata başlamaq;

Xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaq və ölkədə xaos yaratmaq;

2023-cü il seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın uduzmasını təmin etmək və öz maraqlarına xidmət edəcək siyasətiçini onu yerinə keçirmək.

Bu planın ilk addımı Yunanıstan və Türkiyəni açıq qarşıdurmaya çəkmək, bu da olmasa xalqı yoracaq müharibə ab-havası yaratmaqdır. Yunanıstan işə Türkiyə Silahlı Qüvvələrinin Trakya üzərindən Yunanıstana girməsinin qarşısını almaq üçün ABŞ hərbçilərinin Qərbi Trakyaya yerləşdirilməsi ilə başladı. Yunanıstanı Türkiyəyə qarşı cəsarətləndirən və ona hərbi, iqtisadi və siyasi dəstək verən ABŞ-dır".

İkinci addıma gəldikdə, Ata Atun bildirib ki, bu mərhələdə növbəti gediş Şərqi Aralıq dənizində problem yaratmaq və Türkiyə Silahlı Qüvvələrini öz gücünü regional problemlərlə bölməyə məcbur etməkdir:

"Bu istiqamətdə ABŞ-ın "çirkli pulların yuyulması və narkotik ticarətinə göz yumması" səbəbilə 1987-ci ildən bəri Yunan Kiprinə tətbiq etdiyi silah embarqosu aradan qaldırılıb. Yunan Kipri ABŞ-ın hərbi, iqtisadi və siyasi baxımdan arxasında olacağına zəmanət verərək Türkiyəyə qarşı düşmənçilik etməyə təşviq ediləcək.

Üçüncü addım Cənub-Şərq sərhədlərimizdə PKK-YPG-yə hərbi və iqtisadi dəstək verməklə, Türkiyəyə qarşı hərəkətə keçməyə təşviq etməklə xalqın qəzəbini gücləndirmək olacaq.

Dördüncü addım Ermənistan-Azərbaycan münaqişəsinə başlamaq və ya Ermənistan vasitəsilə Türkiyəyə qarşı vəkalət savaşına başlamaq olacaq.

Onların planına görə, Türkiyə Silahlı Qüvvələri bu üsulla dörd-beş cəbhədə, hüquq-mühafizə qüvvələri isə Türkiyə daxilində hücum və təxribatlarla mübarizə aparmaq məcburiyyətində qalacaq. ABŞ bu prosesdə türk lirəsini mümkün qədər ucuzlaşdırmağa və iqtisadiyyata zərbə vurmağa çalışacaq.

Son addım çox aydın və dəqiqdir: içəridə və xaricdə xaos yaradaraq türk xalqını qəzəbləndirmək, onların problemlər içində boğmaq və prezident seçkilərində ABŞ-ın marionet siyasətçisini prezident seçmək.

Buna bənzər ssenarilərin tətbiqini 1960 və 1980-ci illər hərbi çevrilişlərində də görmüş və yaşamışıq. Amma unutduqları odur ki, Amerikadakı hesablamalar burada tutmur, türk xalqı belə saxta ssenarilərə aldanmır".

İran polisi Divander şəhərində nümayişçilərə atəş açıb.

Trend-in məlumatına görə, aksiya 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməldaşları tərəfindən öldürülməsinə etiraz olaraq keçirilib.

Daha əvvəl xəbər verildiyi kimi, qız şəriət qaydalarına uyğun gəlməyən görünüşünə görə döyülüb.

O, şəriət normalarına riayət olunmasına nəzarət edən “İrşad” polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Küçəyə qızı səhv hicab geyinməkdə ittiham ediblər.


Erməni mediası Nümayəndələr Palatası (NP) spikeri N.Pelosinin səfərini Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirirlər. Lakin təşkilatçıların etirafına görə, Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılıb.

Bu fikirlər Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin təhlilində öz əksini tapıb. Bildirilib ki, səfər və şərti sərhəddə toqquşma hadisələri arasında səbəb-nəticə əlaqəsi düzgün tərzdə təqdim edilməlidir:

“Sərhəd səfər toqquşmasının nəticəsi yox, mümkün səbəblərindən biridir.
Hərbi təxribatın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsi, Ermənistanın Azərbaycanı “Qətiyyətli cavab” əməliyyatına təhrik etməsi, Fransanın hal-hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyindən istifadə edərək, məsələni TŞ müzakirəyə çıxarması, Ermənistanın rədd cavabını alacağını bilə-bilə KTMT-yə hərbi yardım üçün müraciət etməsi, Paşinyanın Putin və Ərdoğanla görüşməmək üçün ŞƏT Səmərqənd sammitinə getməməsi, spiker A. Simonyanın atəşkəsin əldə edilməsində aparıcı rolun ABŞ-a məxsus olması və Ermənistanın digər ölkələrdən silah alacağına dair bəyanatları - bir-birinin ardınca baş verən təsadüfi hadisələr zənciri deyil. Bütün bunlar anti-Rusiya əhvali-ruhiyyəsini yaradaraq, Ermənistanın üzünü Qərbə tərəf çevirməyi nəzərdə tutan xüsusi əməliyyatın tərkib hissələridir”.

Təhlildə vurğulanıb ki, N.Pelosinin Ermənistan səfəri ABŞ qanunvericiliyinə görə əhəmiyyətli bir səfər hesab olunmur:

“NP sədrinin daxili siyasətdə rolu olduqca böyükdür. Partiya təşkilatına sədaqət, partiya rəhbərliyi və partiya xətti ilə səsvermə də Senatdan daha çox NP-də müşahidə olunur. NP spikeri prezident kürsüsünə sırada ikinci yerdə dayansa da, ABŞ tarixində heç bir spiker hələ bu yolla prezident seçilməyib.

Buna rəğmən xarici siyasətdə istər spiker, istərsə də Konqres çox məhdud rol oynayır. Ali Məhkəmənin 1936-cı il tarixli qərarına əsasən (“U.S. s. Curtis-Wright Ex. Co.” adlı məhkəmə işi), xarici siyasətdə əsas funksiya Prezidentə məxsusdur. Bu səbəbdən N.Pelosunun Ermənistan səfəri praktiki cəhətdən İrəvana faydası şübhəli görünür: spiker ABŞ adından müstəqil müqaviləyə imza ata və ya Ermənistana kredit verə bilməz. Spiker İrəvana hərbi yardım vəd edə, Azərbaycanı isə sanksiyalarla hədələyə bilməz. O, hətta Konqresdə qanun aktlarının qəbul edilməsinə belə zəmanət verə bilməz. Belə ki, istənilən akt qüvvəyə minmək üçün mütləq surətdə ABŞ Prezidenti tərəfindən imzalanmalıdır”.

Analizdə həmçinin qeyd olunub ki, Pelosi erməni kokusunun çoxdanki üzvü olsa da, erməni lobbisi tərəfindən irəli sürülən təşəbbüslərin əksəriyyətində iştirak etmir:

“Amerika Erməniləri Milli Konqresinin (ANCA) məlumatına görə Pelosi 114-cü konqresdə (2015-2016) heç bir təşəbbüsü dəstəkləməyib, cəmi bir dəfə qondarma erməni “soyqırımının” Kapitolidə keçirilən xatirə tədbirində iştirak edib. 115-ci konqresdə Pelosi erməni diasporunun dəstəklədiyi 20-dən artıq təşəbbüsdən yalnız birinə - Türkiyə ilə bağlı qətnaməyə dəstək verib. 116-cı konqresdə dəstək yalnız “(qondarma) Erməni Soyqırımı Qətnaməsi”nə, 117-ci, yəni cari konqresdə isə “Armenian Genocide Education Act” daxil olmaqla erməni lobbisi tərəfindən irəli sürülən heç bir vacib təşəbbüs N.Pelosi tərəfindən dəstəkləməyib.

Vurğulayaq ki, 2017-2018-ci illərdə N.Pelosi hətta Azərbaycanla əlaqəli lobbi təşkilatlarla iş birliyində şübhəli bilinirdi. Azərbaycan və Türkiyə ilə əlaqəli lobbi təşkilatları ilə işləyən (N.Pelosi daxil) parlament üzvlərinin adları “Barbour, Griffith & Rogers Group” şirkətinin hesabatında dərc edilib”.

Təhlildə bildirilib ki, səfər həmçinin ABŞ-dakı erməni seçicilərinin demokratlar partiyasının ətrafında konsolidasiyasını hədəfləyir:

“Tarixən Ağ Evə sahib partiya növbəti ara seçkilərində adətən məğlub olur. Hazırda Prezident C.Baydenin reytinqləri 50%-dən aşağıdır. Ekspertlər demokratlar partiyasının ara seçkilərdə bir və hətta iki palatanı itirə biləcəyini proqnoz edirlər. Seçkilərdə respublikaçılar partiyasının qələbəsi ermənilərin demokratlar partiyasının nəzarəti altında olan və Ermənistana xoş münasibət bəsləyən Ağ Ev və Konqres haqqında xəyallarına tezliklə dağıda bilər”.

Xəbər lenti