Rusiya Prezidenti Vladimir Putin ciddi şəkildə nüvə müharibəsi variantını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Vadim Skibitski deyib.

“Mümkündür ki, Rusiya Ukraynaya qarşı nüvə silahı tətbiq etsin. Onlar bizim irəliləyişimizi dayandırmaq və dövlətimizi məhv etməyə cəhd edəcəklər. Nüvə zərbəsi Polşa, Türkiyə və Bolqarıstana da təsir göstərə bilər”, - deyə o bildirib.

"Baş katibin və hörmətli nazirlərin qarşısında bir daha çağırış edirəm. Xahiş edirəm ki, ukraynalı rəsmilərə Buça şəhərində cəsədləri göstərilən şəxslərin ad siyahısının yayımlanması üçün çağırış etsinlər”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. O, bir aydır Rusiyanın bu tələbinə cavab verilmədiyini söyləyib:

“Cənab Baş katib, ən azından səlahiyyətlərinizdən istifadə edin. Bu səhnələşdirmədən dərhal sonra qərbli həmkarlarımız qəzəblənərək Rusiya Federasiyasına qarşı sanksiya paketi təqdim etdi. Bizi əsassız şəkildə mülki vətəndaşları öldürməkdə ittiham etdiklərinə diqqət çəkmək istəyirəm”.

Rusiya XİN başçısı həmçinin Kiyev rəhbərliyinin 2014-cü ildən bəri Donetsk və Luqansk Respublikalarının sakinlərinə qarşı çoxu hərbi cinayətlər törətdiyini deyib .

“Bizim əlimizdə Kiyev rejiminin 2014-cü ildən bəri müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair çoxlu sübutlar var”,- deyə o bildirib.

“Belə başa düşürəm ki, bugünkü iclas Ukraynada baş verənlərin cəzasız qalmaması ilə bağlıdır. Məncə, bu, çox yerində atılmış bir addımdır. 2014-cü ildən bəri bu ölkədə yaşananlar mövzunu ehtiva edir. Radikal qüvvələr, Rus düşmənləri və neo-nasistlər və Qərb dövlətlərinin birbaşa dəstəyi ilə hərbi çevriliş nəticəsində iqtidara gəldilər və dərhal sonra əsas insan hüquqlarını saymamağa başladılar” - Lavrov əlavə edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində Buçanın işğalı zamanı yerli əhali arasında Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi qətl və işgəncələr törədilib. Ukrayna mənbələrinin yazdığına görə, qətliam nəticəsində 1000-dən çox insan öldürülüb.

Avstraliyanın Tasmaniya adasında 200-ə yaxın balina sahilə çıxdıqdan sonra ölüb.

"Bu barədə xilasedicilər məlumat yayıb.

Bildirilir ki, sahildə 230 balina tapılıb, onlardan yalnız 35-i sağ olub. Hazırda onların həyatlarının xilas edilməsinə çalışılır.

Mütəxəssislər belə hallarda ölüm səviyyəsi yüksək olduğunu təəssüflə bildiriblər.

Balinalar Makkuori limanının yaxınlığında sahilə çıxıb.

Qeyd edək ki, iki il öncə analoji hadisə zamanı sahilə 500 delfin çıxmışdı, könüllülərin səylərinə baxmayaraq onlardan 300-dən çoxu ölmüşdü.

 

 

 

Ankara ABŞ-dan daha sərfəli şərtlərlə daha çox mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda TAİK-in (Türkiyə-ABŞ İş Şurası) iclasında çıxışı zamanı bildirib.

 “Biz qarşıdakı dövrdə ABŞ-dan daha sərfəli şərtlərlə alacağımız qazın həcmini artırmaq istəyirik. Əlimizdə olan qabaqcıl infrastruktur sayəsində biz ABŞ LNG-nin (mayeləşdirilmiş təbii qaz) region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq”, - deyə Türkiyə lideri bildirib.

Hazırda Türkiyəyə əsas qaz tədarükçüləri Azərbaycan, Rusiya və İrandır.

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib.

Bu barədə “Twitter”də video paylaşılıb.

Baqiri çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə Azərbaycanı təhdid edib. O bildirib ki, sərhəd dəyişikliyi olarsa, sakit oturmayacaqlar.

 

İranda etiraz aksiyaları davam edir.

Oxu.az xəbər verir ki, etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər, polislə toqquşmalar baş verib. 

Sosial şəbəkələrdə yayılan yeni videoda isə qəzəbli etirazçıların polis idarəsinə hücum edərək binaya od vurduqları əks olunub. 

Xatırladaq ki, sentyabrın 16-da İranın Kürdüstan əyalətinin sakini Məhsa Əmini xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb və beyni fəaliyyətini dayandırdığı üçün həyatını itirib.

Hadisə şahidləri jurnalistlərə bildiriblər ki, Məhsa Əmini polis maşınının içərisində döyülüb və işgəncələr nəticəsində həyatını itirib. 

Bu hadisədən sonra İranda etirazlar səngimir və hazırda ölkənin azı 24 ostanı və 36 şəhərində nümayişlər keçirilir.

 

ABŞ Prezidenti Co Bayden növbəti dəfə qəribə davranışları ilə gündəmə gəlib.

Qlobal fondun tədbirində çıxış edən  ABŞ prezidenti  səhnədə çıxış etdikdən sonra anlaşılmaz davranışlar sərgiləyib.

bundan əvvəl də dəfələrlə boşluğa salam verməsi, yanlış təqdimatları və s. ilə müzakirələrə səbəb olan Bayden sosial şəbəkə istifadəçilərinin dilinə düşüb.

Bəziləri ABŞ prezidentinin növbəti dəfə "gözəgörünməz qüvvələrlə rastlaşdığını", bəziləri isə onun səhnədə itdiyini yazıblar. 

 

"Azov" alayının komandiri, "Ukrayna qəhrəmanı" Denis Prokopenko və onun müavini Svyatoslav Palamar əsirlikdən azad olunub.

Ukrayna KİV xəbər verir ki, Rusiya sözügedən şəxsləri insanlığa qarşı cinayətlərdə ittiham etdiyi və açıq məhkəmədə mühakimə etməyə hazırlaşdığı üçün bu, gözlənilməz xəbər olub.

Qeyd edilib ki, "Azov"çular Ukraynada ən məşhur rusiyayönümlü siyasətçi və oliqarx, Rusiya Prezidenti Vladimir Putinin qohumu Viktor Medvedçukla dəyişdirilib.

Bildirilib ki, əsir mübadiləsinə Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik edib.

"ABŞ başda olmaqla Qərb ölkələri açıq şəkildə Rusiyanı Ukraynada döyüş meydanında məğlub etmək istəyir".

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Newsweek” nəşrinə müsahibəsində deyib.

"Vurğulamaq istərdim ki, ABŞ başda olmaqla kollektiv Qərb açıq şəkildə Rusiyanı döyüş meydanında məğlub etməyə çalışır. ABŞ və onun müttəfiqləri öz geosiyasi məqsədləri üçün Ukraynanı qurban verməyə hazırdırlar " , - Lavrovun deyib.

Nazir qeyd edib ki, Qərb öz məqsədlərinə çatmaq üçün Kiyev rejiminə silah verir və bu, eskalasiya və süründürməçiliyə gətirib çıxarır, münaqişənin istənilən başqa həllinə mane olur.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfərə gedib.

Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Nikol Paşinyan bu gün axşam saatlarında Nyu-Yorka yola düşüb. O, sentyabrın 22-24-də BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli hissəsində iştirak edəcək və çıxış edəcək.

Xəbər lenti