![]() |
|
ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bu vəziyyəti saxlamağa çalışacaq.
Bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.
“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə o bildirib.
“The Sun” qəzetinin Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı dərc etdiyi xəbərin heç bir əsası yoxdur.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “The Sun” qəzeti Vladimir Putinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat dərc etmişdi. Məlumata görə, Rusiya prezidentinin avtomobili sol ön təkərindən sərt zərbə alıb, ardınca isə nəqliyyat vasitəsində güclü tüstüləmə baş verib.
Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb. Qeyd olunub ki, artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub.
Ukrayna Prezidenti Vladimir Zelenskinin korteji Kiyevdə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
Ermənistan-İran sərhədindəki hərbi birləşmələr 100 faiz döyüş hazırlığındadır.
“Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda deyilir.
Sentyabrın 14-də İran-Ermənistan sərhədinə İslam Respublikası Silahlı Qüvvələrinin zirehli bölmələri və piyada qoşunlarını yerləşdirib.
Kremlin insayderləri iddia edirlər ki, Vladimir Putinə qarşı sui-qəsd cəhdi olub.
Məlumata görə, Rusiya prezidentinin avtomobili sol ön təkərindən “sərt zərbə” alıb, ardınca isə “güclü tüstüləmə” baş verib.
Avtomobil təhlükəsiz yerə aparılıb. Prezidentin özü isə xəsarət almayıb, belə ki, o, həmin avtomobillə deyil, ehtiyat kortejlə hərəkət edib.
Bildirilir ki, məsələ iə bağlı artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub.
Sui-qəsdin nə vaxt baş verdiyi açıqlanmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı maraqlı açıqlamalar verib.
“Caliber” xəbər verir ki, o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.
“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə o bəyan edib.
Çox ciddi proseslər gedir. 12 sentyabrdan 13 sentyabra keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ön xəttini qıraraq, strateji yüksəklikləri ələ keçirə bildi. Bu strateji nöqtələr bizim onurğa sütunumuz sayıla bilərdi.
Axar.az xəbər verir ki, bu fikirləri tanınmış erməni hərbi analitik Şiraz Xaçatryan bölüşüb.
Onun sözlərinə əsasən, Azərbaycan Ordusunun hücumlarının istiqamətləri kifayət qədər genişdir və əvvəl-əvvəl Bakının əsas məqsədini bəlli etmək olmurdu:
“Elə “hərbi taktika” da buna deyirlər. Biz ilk saatlarda nə baş verdiyini heç anlamırdıq. Birdən eşitdik ki, artıq Azərbaycan Ordusu bizim üçün çox vacib bir neçə nöqtəni nəzarət altına götürüb. Gələcəkdə Bakı İrəvanın nəfəsini kəsmək istəsə, bizim üçün strateji yüksəklik sayılan Qızılcıq kəndini (Qarakilsə) də ələ keçirə bilər. Bu, zərgər dəqiqliyi ilə ölçülmüş və uzunmüddətli prespektivə hesablanmış strategiyadır”, - deyə o qeyd edib.
Davamlı sülh və sabitlik istəyiriksə Ermənistan təxribatlardan əl çəkməlidir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Diplomatik müxbirlər toplantısında çıxışı zamanı Ermənistanın təxribat xarakterli hərəkətlərinə mövqeyini açıqlayarkən deyib.
“Ermənistan zaman-zaman təxribat törətməkdə davam edir. Təbii ki, Azərbaycanın buna cavab verməməsi mümkün deyil. Biz burada davamlı sülh və sabitlik istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir”, - nazir qeyd edib.
Baş nazir Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
“hraparak” xəbər verir ki, baş nazir sərhəddəki gərginliklə bağlı İran Prezidentini məlumatlandırıb.
İbrahim Rəisi qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələrin gedişatını diqqətlə izləyir. O vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir.
Rəisi Ayətullah Xameneinin sözlərini xatırladıb ki, İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməli, rabitə kanalları dövlətlərin suverenliyi altında olmalıdır.
İran Prezidenti ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb.
Report xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.