![]() |
|
"İran İslam Respublikası nüvə silahı istehsal etmək və ya əldə etmək niyyətində deyil, doktrinamızda bu cür silahlara yeri yoxdur".
Report" bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O, ölkəsinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmanın bərpasına ciddi yanaşdığını vurğulayıb, lakin Tehranın Vaşinqtonun hər hansı mümkün razılaşmaya sadiqliyinə etibar edə bilmədiyini söyləyib. "İstəyimiz yalnız birdir: öhdəliklərə əməl etmək" deyən İ.Raisi məhz ABŞ-ın sazişdən çıxan tərəf olduğunu qeyd edib.
"ABŞ nüvə sazişini tapdaladı", - İran Prezidenti deyib. O, Qərbin tətbiq etdiyi sanksiyaları İran xalqına qarşı cəza adlandırıb.
Xatırladaq ki, 2015-ci ildə İran G6 ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa) ilə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalayıb. Plan nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. 2018-ci ildə isə ABŞ sazişdən çıxdığını elan edib.
Avqustda Avropa İttifaqı BHFP-nin bərpasına dair sənədin kompromis variantını təqdim edib
Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında həyata keçirilən əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır.
Report xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında jurnalistlərə bildirib.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik iş nəticəsində dünən iki ölkə arasında 200 hərbi əsirin dəyişdirildiyini müsbət qiymətləndirib.
Türkiyənin dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib.
Ərdoğan Vladimir Putin və Volodimir Zelenskiyə məhbus mübadiləsini həyata keçirdiklərinə görə təşəkkür edib.
Qərbin Rusiya və Çin ilə münasibətlərinin pisləşəcəyini və silahlı münaqişənin dünya miqyasında genişlənəcəyini gözləyirəm.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putinin BMT-də gözlənilən çıxışını şərh edərkən deyib.
"Prezident Vladimir Putinin ümumi mənada nə deyəcəyini təxmin etmək çətin deyil. Güman edirəm ki, xüsusi hərbi əməliyyat mərhələsindən biz böyük hərbi münaqişəyə yaxınlaşırıq və bəlkə də bir-iki aydan sonra böyük hərbi münaqişə olacaq, hansı ki, II Dünya müharibəsindən bəri bizdə belə bir savaş olmayıb", - Vuçiç qeyd edib.
Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumlar Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanması üçün səylərə mane olacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir.
“Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendumlar təşkil etmək cəhdlərindən narahatıq. Belə qeyri-qanuni fakt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, onlar diplomatik prosesi canlandırmaq səylərinə mane olacaq və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxaracaq”, - deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
“Rəsmi İrəvan Baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirəcəyini istisna etmir”.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bildirib.
"Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib", - Unanyan qeyd edib.
“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq”.
Oxu.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə qismən səfərbərlik elan olunması barədə danışarkən bildirib.
Onun sözlərinə görə, nə ali hərbi təhsil müəssisələrinin tələbələri, nə də çağırışçılar döyüşlər gedən bölgələrə aparılmayacaqlar.
Şoyqu vurğulayıb ki, Rusiyada orduda xidmət etmiş və döyüş təcrübəsi olanlarla bağlı böyük səfərbərlik resursu var - onların sayı 25 milyona yaxındır.
Səfərbərlik zamanı orduya qəbul üç mərhələdə aparılacaq.
İlk növbədə sıravi əsgərlər və çavuşlar, habelə yaşı 35-dən aşağı olan gizir və miçmanlar, 45-60 yaşa qədər (rütbədən asılı olaraq) kiçik zabitlər və baş zabit heyəti daxildir. Bu qrupa hərbi xidməti başa vurmuş bütün şəxslər və real döyüş əməliyyatlarında təcrübəsi olan şəxslər aiddir.
İkinci mərhələdə 35-45 yaşlı əsgərlər və 45-60 yaş arası baş zabit heyəti çağırılacaq. Prioritet baxımından onlar ehtiyatın birinci kateqoriyalı vətəndaşlarından aşağıdırlar və buna görə də səfərbərliyin ikinci dalğasına çağırılırlar.
Həmçinin bu qrupa bu və ya digər səbəbdən hərbi xidməti başa vurmayan (Xəstəliklər Cədvəlinə uyğun olaraq “V” və ya “Q” kateqoriyaları üzrə azad edilmiş) hərbi xidmət keçməli olan şəxslər də aiddir.
Üçüncü ehtiyat kateqoriyası o deməkdir ki, hərbi vəziyyət elan edildikdə vətəndaşlar hərbi xidmətə çağırış üçün ən aşağı prioritet təşkil edir. Bu insanlar yalnız kritik vəziyyətdə (o cümlədən, döyüş uzun müddət davam edərsə - bir ildən çox müddətə) orduya qoşulacaqlar.
Üçüncü qrupa 45 yaşı tamam olan, lakin hələ 50 yaşı tamam olmayan əsgərlər, eləcə də 50-60 yaşlı zabitlər aiddir. Bundan əlavə, hərbi ehtiyatın bu kateqoriyasına rütbəsinin olub-olmamasından asılı olaraq yaşı 45-50-yə qədər olan qadınlar (xidmət stajı və ya hərbi təhsili olan) daxil ola bilər.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismət səfərbərlik elan edib. Ölkədə səfərbərlik fəaliyyətləri bu gündən başlayacaq. Qubernatorlara Müdafiə Nazirliyinin hər bir rayon üzrə müəyyən etdiyi miqdarda və müddətdə çağırışların hazırlanmasını təmin etmək tapşırılıb.
“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xidmətə çağırılacaq”.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Şoyqu çıxışında Rusiyanın səfərbərlik resursunun, təxminən, 25 milyon nəfər olduğunu xatırladıb: “Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir”.
Ermənistanın paytaxtı İrəvan şəhərində polis əməkdaşları ölən hərbçilərin yaxınlarını Yerablur hərbi panteonunun ərazisindən zorla çıxarıb.
Polis əməkdaşları hərbçilərin yaxınmlarını zorla və sürüyərək maşınlara aparıblar.
Ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Gününə təsadüf edən tədbirdə iştirakına maneə yaratmaq istəyiblər.
Ukraynada xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin itkisi açıqlanıb.
Xarici mediaya xəbər verir ki, müvafiq açıqlamanı Rusiya müdafiə naziri Sergey Şoyqu verib.
Onun sözlərinə görə, fevralın 24-dən Rusiyanın canlı qüvvə baxımından itkisi 5937 nəfər olub.
“Ukraynanın məhv edilməsini tələb edən Rusiya səfərbərlik elan edib".
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkə hesabında yazıb.
"Sərhədlər bağlanıb, bank hesabları dondurulub. Bu gün baş verənlər həyatın ironiyasıdır. Doğrudan da, hər şey plana uyğun gedir?!",- deyə o qeyd edib.