![]() |
|
Sentyabrın 29-u İrəvanın Azərbaycanla aktiv müharibəyə hazırlaşması ilə bağlı Ermənistandan bir neçə siqnal daxil olub.
“Caliber”in “YouTube” layihəsi bununla bağlı süjet hazırlayıb.
Bu siqnallar arasında Hindistandan 240 milyon ABŞ dollarından çox dəyərdə silah alınması, Ermənistanın növbəti ildə hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılması barədə məlumatlar, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryanın ölkəsinin bütün dövlətlərdən silah almaq istəyi ilə bağlı açıqlaması, bu dövlətlər sırasında Hindistanı xüsusi olaraq vurğulaması və noyabrın 22-dək davam edəcək ehtiyatda olan hərbçilərin toplanması haqqında məlumatlar da var.
Müəllif onu da xatırladır ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi son günlər Azərbaycanla şərti sərhəddə silahlı təxribatları gücləndirib.
Daha ətraflı süjetdə:
Aylarla Rusiyanın işğalına müqavimət göstərən Ukrayna qüvvələri Qərbdən gələn silahların köməyi ilə hücuma keçib. Rusiyanın buna cavabı isə Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum keçirmək qərarı olub.
Referendumun "nəticələri" elan edildikdən sonra Rusiya hərəkətə keçib. İlk rəsmi addım Xerson və Zaporojye vilayətlərinə atılıb. Rusiya Prezidenti Vladimir Putin 2 vilayətin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.
Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.
ZELENSKİDƏN TƏHDİD KİMİ AÇIQLAMA
Musavat.com Britaniyanın “İndependent” qəzetinə istinadən xəbər verir ki, gərginliyin pik həddə çatdığı bir vaxtda Kiyevdən Moskvaya cavab gəlib.
Ukrayna lideri Volodimir Zelenski hədələyici bəyanatla çıxış edib. O, Rusiyanın bu addımına “çox sərt” qarışılıq verəcəklərini açıqlayıb.
ABŞ prezidenti Cozef Bayden də Birləşmiş Ştatlar Rusiyanın Ukraynanı ilhaq etmək cəhdini “heç vaxt” qəbul etməyəcəklərini bildirib.
RUSİYANIN REFERENDUM PLANI
Qeyd edək ki, Moskvada çıxan “Vedomosti” qəzeti referendumun davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb.
Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə əsaslanaraq yayımlayıb.
Səsvermə Qərb dövlətləri və Kiyev tərəfindən "saxtakarlıq" kimi qiymətləndirilib və nəticələrin tanınmayacağı elan edilib.
Xatırladaq ki, Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və bu torpaqlar 97 faiz lehinə səslə Rusiyaya ilhaq edilib.
Lakin bir çox ölkələr hələ də Krımı Ukrayna ərazisi kimi tanıyır.
Bu gün ayrı-ayrı Avropa ölkələrinin ardınca bütün NATO bloku “Şimal axını”nda baş verən insidentlə bağlı rəsmi açıqlama verib. Onlar da indi baş verənlərin planlaşdırılmış təxribat olduğuna şübhə etmirlər.
"Dağıntının miqyası və hətta dəymiş ziyanın xarakteri ilə bağlı hələlik konkret məlumat yoxdur.
Qaz yüksək təzyiq altında dəliklərdən çıxmağa davam edir. Yaxınlaşmaq mümkün deyil.
Ekspertlərin fikrincə, sızma yalnız bazar ertəsinə qədər dayandırılacaq. Amma artıq Avropa mətbuatında baş verənlərlə bağlı maraqlı versiyalar yer alıb.
ABŞ-ın eks-prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlama verib:
"Hər kəs Florida ştatını vuran böyük qasırğadan danışır, lakin bəlkə də uzunmüddətli perspektivdə daha mühüm hadisə “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin sabotaj edildiyi xəbəridir. Bu, böyük bir eskalasiyaya və ya müharibəyə səbəb ola bilər".(publika.az)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.
Unikal xəbər verir ki, sənədlərdə Zaporojye və Xerson vilayətlərinin dövlət suverenliyi və müstəqilliyinin tanınması barədə qərar qəbul edilir. Fərmanlar imzalandığı gündən qüvvəyə minib.
Sənədlər regionların Rusiya Federasiyasına qəbulu ilə bağlı növbəti rəsmi qərar üçün texniki rəsmiyyətdir.
Bundan əvvəl məlum olmuşdu ki, sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da Rusiya prezidenti Vladimir Putin dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair sazişlər imzalayacaq.
Mərasim Kremlin Georgiyevski zalında baş tutacaq və Putin burada Xerson və Zaporojye vilayətlərinin, Luqansk və Donetsk Xalq Respublikalarının rəhbərləri ilə də görüşəcək.
Sentyabrın 27-də Donbass regionlarının Rusiyaya birləşdirilməsi məsələsi üzrə referendumda səsvermənin beşinci günü başa çatıb. Seçki komissiyalarının məlumatına görə, seçicilərin azı 87 faizi bu perspektivi dəstəkləyib.
Rusiyanın Ukraynanın Dnepr şəhərinə “İsgəndər” raketləri ilə zərbə endirməsi nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Dnepr şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko bildirib.
Onun sözlərinə görə, hadisə zamanı 52 sərnişin avtobusu yanıb.
Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.
V.Rezniçenko qeyd edib ki, Rusiya hərbçilərinin həmçinin şəhərin Nikopolsk rayonunu “Qrad” və ağır artilleriyadan atəşə tutması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
ABŞ-ın altı ştatı bəzi amerikalıların tələbə borclarını silmək qərarına görə prezident Co Baydenə, həmçinin Təhsil Departamenti və onun rəhbəri Migel Kardona qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırıb.
Modern.az bildirir ki, kollektiv məhkəmə iddiası Ayova, Kanzas, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırılıb.
“Heç bir qanunvericilik Prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə icazə vermir”, - iddiada qeyd olunub.
Arkanzas ştatının baş prokuroru Lesli Rutlec aydınlaşdırıb ki, qanunla Təhsil Departamenti balansda olan borcları toplamalıdır və dövlət başçısının bunu heç bir şəkildə ləğv etmək səlahiyyəti yoxdur.
"Səfərbərlik tədbirləri zamanı vətəndaşlar həm çağırışın özünün təşkili, həm də təchizatın keyfiyyəti, yaşayış şəraiti və digər məsələlərlə bağlı çoxlu məlumatlar almağa başlayıb".
Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Bütün səhvləri düzəltmək və onların bir daha təkrarlanmasının qarşısını almaq lazımdır”, - dövlət başçısı tələb edib.
Rusiya lideri, həmçinin möhlət hüququ olan vətəndaşların çağırış hallarının ayrıca təhlilinə çağırıb. Putin xüsusilə çoxuşaqlı ataların və xroniki xəstəlikləri olanların, hətta yaşlarına görə artıq çağırıla bilməyənlərin belə hərbi xidmətə çağırıldığına diqqət çəkib.
"Əgər səhvə yol verilibsə, o, düzəldilməlidir və səbəbsiz yerə çağırılanlar evlərinə qaytarılmalıdır", - Putin bildirib.
Prezident deyib ki, məsələn, xəstəxanalarda tələbat olan həkimlərin və digər peşələrin yüksəkixtisaslı mütəxəssislərinin nədənsə motoatıcı kimi xidmətə cəlb edilməsi halları olub. Və eyni zamanda, könüllülər lazımi hərbi qeydiyyat ixtisasları olmadığı üçün geri döndərilir.
Putin həmçinin prokurorlardan bütün pozuntulara dərhal reaksiya vermələrini istəyib.
Ukraynanın Rusiyanın işğalı altında olan 4 bölgəsində keçirilən ilhaq referendumu böyük fərqlə “Rusiyanın xeyrinə” nəticələnsə də, Kiyev administrasiyası və Qərb ölkələri nəticələri tanımayacaqlarını açıqlayıb. Bəs Moskvanın növbəti planı nədir?
Rusiya separatçı Donetsk, Luqansk və Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlarında xalqın 99 faizindən çoxunun ilhaqın lehinə səs verdiyini iddia edir. Ukrayna referendumun nəticələrini etibarsız və əsassız, BMT və ABŞ isə səsverməni qeyri-qanuni adlandırıb.
Nəticələrin açıqlanmasından sonra Donetsk və Luqansk liderlərinin Rusiyaya birləşmək üçün rəsmi müraciət etdikləri, Xerson və Zaporojye rəhbərlərinin isə tezliklə müraciət edəcəyi məlum olub.
“TORPAQLARIMIZI GERİ ALACAĞIQ”
Ukrayna prezidenti Volodimir Zelenski deyib: “İşğal olunmuş ərazilərdəki bu cəfəngiyyatı, hətta referendumun təqlidi də adlandırmaq olmaz”.
Zelenski ilhaq referendumlarının Ukraynanın strategiyasını dəyişməyəcəyini və ölkənin işğal olunmuş torpaqlarını geri alacaqlarını bildirib: “Biz irəliləyirik və ölkəmizi xilas edirik”.
BMT-dən AÇIQLAMA
BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini xanım Rozmari DiKarlo referendumların beynəlxalq hüquqa əsasən qanunsuz olduğunu deyib.
"Bir dövlətin xalqın iradəsini təmsil etdiyi iddiası ilə başqa bir dövlətin ərazisini zorla ələ keçirmə cəhdini qanuniləşdirmək məqsədi daşıyan birtərəfli hərəkətlər beynəlxalq hüquq baxımından qanuni olaraq qəbul edilə bilməz" - BMT Təhlükəsizlik Şurasında çıxış edən Dikarlo deyib.
AVROPA İTTİFAQI NƏTİCƏLƏRİ PİSLƏYİR
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel Aİ-nin referendumları və onların nəticələrini pislədiyini açıqlayıb.
"Aİ qanunsuz referendumların keçirilməsini və onların saxtalaşdırılan nəticələrini pisləyir. Bu, sistematik insan haqları pozuntuları arasında Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün növbəti pozulmasıdır”, - o “Twitter” hesabında yazıb.
NATO-dan REAKSİYA
NATO-nun baş katibi Yens Stoltenberq sosial media hesabından verdiyi açıqlamada referendumun nəticələrinin etibarlı olmadığını bildirib.
Ukrayna lideri Zelenski ilə telefonla danışdığını açıqlayan Stoltenberq deyib:
“NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyinin sarsılmaz olduğunu açıq şəkildə ifadə etdim. Rusiyanın təşkil etdiyi saxta referendumların heç bir legitimliyi yoxdur və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu torpaqlar Ukraynaya məxsusdur”.
ABŞ: “NƏTİCƏNİ TANIMIRIQ”
ABŞ dövlət katibi Antoni Blinken də "Rusiyanın şeytani planı" olaraq xarakterizə etdiyi referendumun nəticələrini tanımayacaqlarını açıqlayıb.
Blinken ukraynalıların torpaqlarını geri alması üçün dəstəyi davam etdirəcəklərini bildirib.
MOSKVANIN NÖVBƏTİ ADDIMI NƏ OLACAQ?
Növbəti prosesdə yaxın günlərdə Rusiya lideri Vladimir Putinin parlamentdə çıxış edəcəyi və sözügedən bölgələrin Rusiyaya birləşdirilməsini elan edəcəyi gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin və qondarma Luqansk Xalq Respublikasının lideri Leonid Paseçniklə ünsiyyəti baş tutacaq.
"Bu və ya digər şəkildə, əlbəttə ki, ünsiyyət olacaq, planlar hələ hazırlanır", - Peskov aydınlıq gətirib.
Kremlin sözçüsü Putinin DXR və LPR liderləri ilə görüşlərinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala qəti cavab verməyib.
"Vaxtında sizə məlumat verəcəyik" - Peskov bildirib.
Digər tərəfdən, bütün bölgələr Rusiyanın nəzarəti altında deyil. Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye vilayətinin mərkəzi hələ də Ukrayna qüvvələrinin nəzarəti altındadır, Donetskin bütün ərazisi hələ Rusiya qüvvələri tərəfindən ələ keçirilməyib.
Kremlin sözçüsü Dmitri Peskov dünən jurnalistlərə açıqlamasında bu mövzuya toxunub:
“(qondarma) Donetsk Xalq Respublikası torpaqlarının hamısı hələ azad edilməyib. Söhbət 2014-cü ildən etibarən sərhədlərin müəyyən edildiyi bölgədən gedir. Ona görə də Donetsk Xalq Respublikasının bütün torpaqları azad edilməlidir”.
Mənbə: Musavat.com
Bu gün səhər Ermənistanın Abaran şəhərinin mərkəzində tələbələr və məktəblilər şəhərlərarası yolu bağlayaraq, hakimiyyətdən öz dostlarının, tələbə yoldaşlarının sərhəddən geri çəkilməsini tələb ediblər.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazır.
Belə ki, erməni tələbələr və şagirdlər İrəvanın sərhəddə törətdiyi təxribatın nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında ölüm hallarının artmasına etiraz olaraq, strateji yolu kəsiblər.
Polislər yolu bağlayan aksiyaçıları zor gücünə dağıdıb. Müəllimlərdən biri mediaya açıqlamasında gənc əsgərlərin Azərbaycan ilə sərhəddən geri çəkilməsini tələb etdiklərini bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr axşam saatlarında törətdiyi təxribata Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində 3 erməni hərbçisi (biri batalyon komandiri olmaqla – red.) məhv edilib.
“Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair rəsmi sənədlər imzalanacaq”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, imzalanma prosesindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı olacaq.