"Türkiyənin israrlı addımlarla "ABŞ-ın onu əmr və təlimatla idarə etməsi dövrü"nü başa vurması ABŞ rəhbərliyini açıq-aşkar təşvişə salıb. İndi onlar tədbir görüb Türkiyəni yenidən öz əllərinə almağa çalışırlar. Plandan plana keçirlər".

Teleqraf.com bildirir ki, bunu Kipr Türk Cümhuriyyəti prezidentinin müşaviri, Kipr Universitetinin dekanı professor Ata Atun deyib.

Professor ABŞ Prezidenti Co Bayden 2019-cu ilin dekabrında türk həmkarı Rəcəb Tayyib Ərdoğana yönəlik "çevriliş" hədəsinə də diqqət çəkib:

"Bayden "The Weekly" proqramında bildirdi ki, Türkiyədə müxalifətlə birbaşa əlaqədədirlər: "Ərdoğanı məğlub etmələri üçün onları cəsarətləndirə bilərik. Çevrilişlə yox, seçki ilə".

Görünən budur ki, ABŞ planını həyata keçirmək məqsədilə 2023-cü il iyunun 18-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı qollarını çırmalayıb.

1974-cü ildə Kipr Sülh Əməliyyatından sonra ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların baş aktoru Baydenin yolu açmasıyla Konqresin yunan əsilli üzvləri Nikol Malliotakis, Qus Bilirakis və Kris Pappasın fəaliyyətləri onlara görə "meyvə" verməyə başlayıb.

Plan bəllidir:

Türkiyəni ABŞ-ın dəstəklədiyi qonşuları ilə münaqişəyə cəlb etmək;

İqtisadi embarqo ilə türk lirəsini dəyərsiz hala gətirmək və Türkiyə xalqının alıcılıq qabiliyyətini aşağı salmaq, dolanışıqda çətinliklər yaratmaq;

MKİ, FETÖ və "Qladio"nun yatmış hücrələrini oyatmaq və türk xalqını hökumətə qarşı təxribata çəkmək;

ABŞ-yönlü siyasi partiyaları və rəy liderlərini bir çətir altında toplamaq və müxalif hərəkatı başlatmaq;

ABŞ tərəfindən maliyyələşdirilən media qurumlarında hökumətə qarşı intensiv əks-təbliğata başlamaq;

Xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaq və ölkədə xaos yaratmaq;

2023-cü il seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın uduzmasını təmin etmək və öz maraqlarına xidmət edəcək siyasətiçini onu yerinə keçirmək.

Bu planın ilk addımı Yunanıstan və Türkiyəni açıq qarşıdurmaya çəkmək, bu da olmasa xalqı yoracaq müharibə ab-havası yaratmaqdır. Yunanıstan işə Türkiyə Silahlı Qüvvələrinin Trakya üzərindən Yunanıstana girməsinin qarşısını almaq üçün ABŞ hərbçilərinin Qərbi Trakyaya yerləşdirilməsi ilə başladı. Yunanıstanı Türkiyəyə qarşı cəsarətləndirən və ona hərbi, iqtisadi və siyasi dəstək verən ABŞ-dır".

İkinci addıma gəldikdə, Ata Atun bildirib ki, bu mərhələdə növbəti gediş Şərqi Aralıq dənizində problem yaratmaq və Türkiyə Silahlı Qüvvələrini öz gücünü regional problemlərlə bölməyə məcbur etməkdir:

"Bu istiqamətdə ABŞ-ın "çirkli pulların yuyulması və narkotik ticarətinə göz yumması" səbəbilə 1987-ci ildən bəri Yunan Kiprinə tətbiq etdiyi silah embarqosu aradan qaldırılıb. Yunan Kipri ABŞ-ın hərbi, iqtisadi və siyasi baxımdan arxasında olacağına zəmanət verərək Türkiyəyə qarşı düşmənçilik etməyə təşviq ediləcək.

Üçüncü addım Cənub-Şərq sərhədlərimizdə PKK-YPG-yə hərbi və iqtisadi dəstək verməklə, Türkiyəyə qarşı hərəkətə keçməyə təşviq etməklə xalqın qəzəbini gücləndirmək olacaq.

Dördüncü addım Ermənistan-Azərbaycan münaqişəsinə başlamaq və ya Ermənistan vasitəsilə Türkiyəyə qarşı vəkalət savaşına başlamaq olacaq.

Onların planına görə, Türkiyə Silahlı Qüvvələri bu üsulla dörd-beş cəbhədə, hüquq-mühafizə qüvvələri isə Türkiyə daxilində hücum və təxribatlarla mübarizə aparmaq məcburiyyətində qalacaq. ABŞ bu prosesdə türk lirəsini mümkün qədər ucuzlaşdırmağa və iqtisadiyyata zərbə vurmağa çalışacaq.

Son addım çox aydın və dəqiqdir: içəridə və xaricdə xaos yaradaraq türk xalqını qəzəbləndirmək, onların problemlər içində boğmaq və prezident seçkilərində ABŞ-ın marionet siyasətçisini prezident seçmək.

Buna bənzər ssenarilərin tətbiqini 1960 və 1980-ci illər hərbi çevrilişlərində də görmüş və yaşamışıq. Amma unutduqları odur ki, Amerikadakı hesablamalar burada tutmur, türk xalqı belə saxta ssenarilərə aldanmır".

17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti