Kərbəla şəhərindən təxminən 25 kilometr aralıda təbii çökəklikdə yerləşən məqbərə uçub. 

 İraqın rəsmi İNA agentliyi xəbər verir ki, əyalətin Qəttarat əl-İmam Əli məqbərəsində dağıntılar altından dörd cəsəd çıxarılıb. Xilasetmə əməliyyatı davam edir. Uçquna səbəb torpaq sürüşməsi göstərilir.  Uçqun altında sağ qalanların olduğu bildirilir.

 Mülki müdafiə sözçüsü Navas Sabah Şaker bildirib ki, 6-8 zəvvar ziyarətgahda sıxışıb qalıb.

İNA-nın xəbərinə görə, gecələr proyektorlar altında işləyən xilasetmə qrupları dağıntılar altında qalan insanları oksigen, həmçinin qida və su ilə təmin edə biliblər.

Təcili yardım xidmətləri şənbə günü baş verən fəlakətdən sonra üç uşağın xilas edildiyini və onların vəziyyətinin yaxşı olduğunu və xəstəxanada nəzarət altında olduğunu bildirib.

İraq prezidenti Barham Saleh xilasediciləri çətin vəziyyətdə qalan insanları xilas etmək üçün bütün səyləri səfərbər etməyə çağırıb.

 

 

 

Belarusdan olan könüllü hərbçilər Ukrayna ordusunun sıralarına qoşulub.

"Bu barədə “Belaruski Qayun” monitorinq layihəsi məlumat yayıb.

“Poqonya” alayının aviakəşfiyyatının hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulublar. Onlar hazırda “Boquna” xüsusi təyinatlı birinci əlahiddə briqadasının tərkibindədirlər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, belaruslu hərbçilər avropalı təlimatçılar tərəfindən hazırlıq keçiblər.

Rəcəb Tayyib Ərdoğanın diplomatiyası Türkiyəni beynəlxalq səhnədə əvəzolunmaz mövqeyə gətirdi.

Bu barədə “Le Fiqaro” qəzetində yayımlanan məqalədə deyilir.

“Türkiyə Ukraynada müharibənin qalibi ola bilərmi? Bu, real diplomatik uğurdur. Bu, dünyada 6-cı ən böyük səfirliklər şəbəkəsinə sahib olan və hər şeydən öncə sülhsevər, aktiv türk xarici siyasətinin göstəricisidir.

Ukrayna ixtilafı Şərq, Qərb və ərəb dünyasında iftixarla bəhs edilən türk xarici siyasətini yenidən ön plana çıxardı”, - deyə bildirilib.

Fransalı diplomat Jin dö Gliniasti Türkiyənin Qərb blokunun üzvü olmaqla yanaşı, ittifaqlarını genişləndirdiyini qeyd edib:

“Mənafeyinə zidd olduğu təqdirdə belə, daim dialoqdadır. Artıq hər kəs üçün gərəklidir və hər kəs tərəfindən tərif edilir. Türkiyə çoxqütblü dünyanın virtuozuna çevrilib”.

İranın ali dini lideri Əli Xamneyi yazıçı Salman Rüşdiyə qarşı hücumu dəstəkləyib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, Xamneyinin mövqeyindən çıxış edən İranın “Kayhan” qəzeti Rüşdiyə hücum edəni tərifləyərək “onun əllərindən öpmək” lazım olduğunu yazıb. Material “Şeytan boynu qılınc altında” başlığı ilə dərc edilib.

Qeyd edək ki, bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Çafi bildirib ki, Nyu-Yorkda çıxışı zamanı yazıçı Rüşdiyə hücumun günahkarı yalnız yazıçının özü və onu dəstəkləyənlərdir.

Avqustun 24-də Rusiyadan raket hücumu ehtimalı var. Bu da rus təbliğatçısı Duqinin qızının ölümü ilə bağlıdır. Düşmənin ictimai səhifələrində onlar artıq Ukraynadakı qərar qəbul edən mərkəzlərə hücum tələb edirlər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi müşahidəçi Denis Popoviç deyib.

“Avqustun 24-ü simvolik tarixdir. “Xüsusi hərbi əməliyyat” adlandırılan əməliyyatın başlamasından yarım il ötür. Hesab edirəm ki, Rusiya buna hazırlaşır və şiddətli atışma olacaq. Əsasən də Ukraynanın dinc şəhərlərinə. Buna diqqət etmək lazımdır. Və biz ruslar üçün də sürpriz hazırlaya bilərik", - o bildirib.

Rusiya qoşunlarının sursatları tükənir ki, bu da hücum potensialının azalması prosesini sürətləndirir.

Bunu Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının rəsmisi bildirib.

Onun sözlərini ITN telekanalının əməkdaşı Emma Berrous “Twitter”də paylaşıb.

“Bizim sursatların tükəndiyinə dair çoxlu sübutlarımız var, o cümlədən də dərin anbarlardan çıxarılan sursatların”, - ABŞ kəşfiyyatının nümayəndəsi bəyan edib.

O, qeyd edib ki, sursatların miqdarının azalması nəhayət, Rusiyanın hücuma başlamaq qabiliyyətini sarsıtmağa başlayır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya indi batalyon taktiki qruplarını birləşdirib və öz qüvvələrini yenidən qurmağa çalışır.

Jurnalistin sözlərinə görə, kəşfiyyat rəsmisi Ukraynadakı müharibənin fərqli mərhələyə keçdiyini, lakin hələ pik həddə çatmadığını vurğulayıb.

“Hər iki tərəf bunun sprint deyil, marafon olduğunu artıq dərk edib”, - deyə kəşfiyyatın nümayəndəsi qeyd edib.

Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də keçirilməlidir.

Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.

“2023-cü il iyunun 18-də keçiriləcək seçkilər Prezidentimizin ikinci dəfə iştirak edəcəyi seçkilər olacaq. Burada əlavə şərhə ehtiyac yoxdur. Gizli, ikimənalı nəsə axtarmaq lazım deyil”, - nazir deyib.

Son bir gün ərzində Ukrayna ordusu 400 rus əsgərini məhv edib.

“Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Son bir gün ərzində Ukraynada gedən döyüşlərdə 400 rus əsgəri və ondan çox tank məhv edilib.

Düşmən ən böyük itkini Donetsk istiqamətində verib. Məlumat dəqiqləşdirilir.
Rus ordusu Ukraynanın cənubunda ciddi itkilərə uğrayıb. İtki verən rus ordusu geri çəkilmək məcburiyyətində qalıb.

Ukraynanın Cənub Müdafiə Qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyukun məlumatına görə, rus ordusunun xeyli sayda hərbi texnikası, o cümlədən tanklar, 50-yə qədər şəxsi heyət itkisi verərək geriyə çəkkilməli olub.
“Rus ordusunun fevralın 24-dən avqustun 19-dək ümumi döyüş itkiləri təqribən olub: şəxsi heyət - təqribən 44.700 (+400) nəfər ləğv edilib, tanklar - 1.899 (+10) ədəd, zirehli döyüş maşınları - 4.195 (+16) ədəd, artilleriya sistemləri. - 1016 (+6) ədəd, MLRS/MLRS - 266 (+1) ədəd, hava hücumundan müdafiə sistemləri - 141 (+5) ədəd, təyyarələr - 234 (+0) ədəd, helikopterlər - 197 (+0) ədəd., İHA əməliyyat-taktiki səviyyədə - 795 (+2), qanadlı raketlər - 190 (+0), gəmilər / qayıqlar - 15 (+0) ədəd, avtomobil texnikası və tankerlər - 3130 (+69) ədəd, xüsusi texnika - 94 ( +1)”-məlumatda deyilir.

“Paşinyanı qətlə yetirə bilərlər, buna görə də onun mühafizəsi gücləndirilib” - NƏ BAŞ VERİR? 
“Paşinyanı qətlə yetirə bilərlər, buna görə də onun mühafizəsi gücləndirilib”


Rusiya Xarici İşlər Nazirliyi (XİN) İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan sonra Ermənistan XİN-ə nota göndərib. Rusiyanın Ermənistandakı səfirliyinin bununla bağlı açıqlamasında bildirilir ki, İrəvandakı ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının əli olması ilə bağlı ittihamlardan dərin hiddət keçirirlər.

“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən lazımi ictimai açıqlamalar gözləyirik”, - deyə səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Ermənistan mətbuatında baş verən partlayışın Rusiya tərəfindən təşkil edildiyi ilə bağlı iddialar yayılıb. Məlumatlara görə, Rusiya bu təxribatı hazırlamaqla Ermənistanın daxilində siyasi sabitliyi pozmağa və vətəndaşları hakimiyyətdən narazı salmağa çalışır.

Putin administrasiyasının Ermənistan iqtidarı ilə münasibətlərinin normal olmadığı, Paşinyan hökumətinin Qərbə yaxınlığı səbəbindən uzun müddətdir Rusiya tərəfindən təzyiqlərə məruz qaldığı, hətta bir neçə dəfə onun hakimiyyətdən devrilməsi üçün cəhdlər göstərildiyi heç kimə sirr deyil. Bir çox ekspertlər baş verənləri Kremlin İrəvana növbəti təzyiq aləti kimi qiymətləndirirlər. Onların qənaətinə görə, Moskva Paşinyanı devirib öz adamını hakimiyyətə gətirməklə Ermənistana nəzarəti tam şəkildə əlinə almaq niyyətindədir. Azərbaycan Milli Məclisinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Azərbaycana və Ermənistana təzyiqləri davam etməkdədir: “Çünki Rusiya fərqindədir ki, artıq postsovet məkanını itirir. Ukraynada baş verənlər, Moldova, Gürcüstan və digər nümunələr başqa keçmiş ittifaq dövlətlərinin də Rusiyaya olan bütün bağlarını qoparır. Artıq keçmiş sovetlər məkanında Rusiyaya qarşı dərin qəzəb hökm sürməkdədir və hamı Moskvadan qopmağa çalışır”.

“Şimal qonşumuz da dinc oturmayıb və müəyyən təzyiq alətləri ilə nəzarəti öz əlində saxlamağa çalışır. Bu məqsədlə müxtəlif təxribatlar törədir, münaqişələr yaradır, qonşu dövlətləri üz-üzə qoymağa çalışır. Tamamilə mümkündür ki, İrəvanda baş verənlərdə Rusiyanın da hər hansı formada iştirakı olsun. Lakin bu, sadəcə bir ehtimaldır və yekun sözü Ermənistanın hüquq-mühafizə orqanları deməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, Paşinyanın Qarabağla bağlı mövqeyi Rusiyanı qane etmir: “Məlumdur ki, Paşinyan demokratik yolla iqtidara yiyələnib. 44 günlük müharibədə sonra məğlub olmasına rəğmən, Ermənistan cəmiyyəti tərəfindən yenidən dəstək qazanıb. Çünki Ermənistan ictimaiyyəti sülhdən yanadır və Rusiyanın forpostu olmaqdan yorulub. Həm revanşist qüvvələrə münasibətinə, həm də Qarabağ məsələsində tutduğu loyal mövqeyə görə fəaliyyəti Ermənistan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır. Qərbə yaxınlığı və qeyd etdiyim səbəblər Rusiyanı qıcıqlandırır”.

“Bu mənada hər vəchlə ona təzyiq göstərməyə çalışırlar. Düşünürəm ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa edərək, Ermənistan Rusiyanın bu təzyiqlərindən yayına biləcək. Əslində Ermənistan üçün ən doğru seçim də elə budur”, - deyə Əhmədov vurğulayıb. Dia.az-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə isə AYNA-ya şərhində söyləyib ki, İrəvanda baş verən partlayışın təbii, yoxsa terror hadisəsi olması barədə qəti mülahizə yürütmək çətindir: “Çünki dünyanın müxtəlif yerlərində bu cür partlayışlar baş verir. Ermənistanda da bunun baş verməsi gözləniləndir. Burada kənar dövlətləri ittiham etmək, səbəbi xaricdə axtarmaq Ermənistan siyasi dairələri üçün xarakterikdir”.

“Lakin istisna da deyil ki, Rusiyanın da bu partlayışda əli olsun. Bu, elə bir məsələdir ki, araşdırmalardan sonra hüquqi müstəvidə aydınlıq gətirilməlidir. Ermənistan cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bu kimi olaylardan hər zaman siyasi məqsədlər üçün istifadə olunub. Digər yandan siyasi məqsədlər üçün terrordan istifadə bu ölkədə geniş yayılıb. Yaxın tarixdə siyasi məqsədlər üçün törədilən terror aktlarını da az görməmişik. Götürək elə Ermənistan parlamentində deputatların güllələnməsini. Orada buna bənzər hallar çox baş verib”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ermənistana daim təzyiq göstərməyə çalışıb: “Təkcə Ermənistana deyil, digər postsovet ölkələrinə də. Elə Azərbaycana da. İmperialist maraqları naminə şimal qonşumuz hər zaman keçmiş ittifaq ölkələrini qarışdırıb, münaqişələr yaradıb. Qarabağ münaqişəsindən də təzyiq vasitəsi olaraq istifadə edib. Lakin bir məsələ var ki, artıq revanşist qüvvələrin Ermənistana təsir imkanları yoxdur. Köçəryan, Sərkisyan kimi siyasətçilər daxildə dayaqlarını tam şəkildə itiriblər. Paşinyan isə demokratik yolla iqtidara gəlib. Qərbə həm birbaşa, həm də mənəvi bağlılığı mövcuddur”.

“Bunu isə Moskvada həzm etmirlər. Bir neçə dəfə onu devirməyə səy göstərsələr də, buna nail olmayıblar. Bu dəfə də belə bir cəhd olacaqsa, nəticəsiz qalacaq. Həm də artıq Rusiya əvvəlki Rusiya deyil, xeyli zəifləyib. Paşinyan Qarabağ məsələsində ədalətli mövqe tutarsa, Ermənistan cəmiyyətindən tam dəstək alacaq və onu devirmək mümkün olmayacaq”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Əlizadə hesab edir ki, Paşinyanı qətlə yetirə də bilərlər: “Siyasi yollarla susdura bilmədiklərini fiziki üsullarla aradan götürmək Rusiyanın köhnə adətidir. Təbii ki, onlar Paşinyanı öldürmək istəyəcəklər. Bunu Ermənistan iqtidarında da bilirlər. Elə buna görə də onun mühafizəsi gücləndirilib. Bu məqsədlə xeyli peşəkar əməliyyatçılar cəlb edilib”.

Koronavirus epidemiyası davam etsə də, demək olar ki, bütün dünyada tədbirlər yumşaldılıb və insanlar normal həyatını davam etdirməyə çalışır. Lakin ekspertlər “səssiz” sağlamlıq böhranı barədə xəbərdarlıq edir.

Xarici KİV xəbər verir ki, mütəxəssislərin fikrincə, bu böhran hazırda koronavirusun yaratdığından daha çox ölümə səbəb ola bilər.

Ətrafınızda qəfildən səhhətində problemlər yaranmağa başlayan və hətta heç bir səbəb olmadan gözlənilmədən vəfat edən insanların sayının çox olduğunu müşahidə etmiş və ya eşitmiş ola bilərsiniz.
Peyvənd əleyhinə olan şəxslər bunun vaksinlərdən qaynaqlandığını desələr də, reallıq tamam başqadır.

İngiltərədə bu yaxınlarda aparılan bir araşdırma koronavirusun yayılması zamanı karantinin ictimai sağlamlığa təsirini müəyyənləşdirməyə çalışıb.

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, karantin dövründə adi haldan 1000-dən çox insanın öldüyünü müəyyən edib. Bu rəqəm isə aölüm nisbətini beş illik orta göstəricidən 14,4 % yüksək olması deməkdir.

Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı rəqəmlər hər həftə normaldan əlavə olaraq təxminən 1000 insanın koronavirusdan başqa xəstəliklərdən və şərtlərdən öldüyünü ortaya qoyub.

Əslində, ONS məlumatları göstərir ki, karantin dövründə beş illik orta göstəricidən təxminən 10.000 daha çox ölüm qeydə alınıb. Bu da karantinin təsirlərinin koronavirusdan daha çox ölümə səbəb ola biləcəyini göstərir.

Müayinə edilən halların 469-u COVID-19-la bağlı ölümlər olduğu halda, qalan 881-i "açıqlanmamış" qalıb.

“The Telegraph” qəzetində yer alan xəbərə görə, İngiltərə Səhiyyə Nazirliyinin müalicədəki gecikmələrlə əlaqədar rəqəmlərlə bağlı araşdırma əmri verib.
Bildirilir ki, koronavirus məhdudiyyətləri xərçəng, diabet və ürək xəstəliyi kimi xəstəliklərin müalicəsini təxirə salıb.

Keçən həftə Böyük Britaniyada açıqlanan statistika göstərdi ki, xəstəxanalarda təcili yardım standartları ən aşağı səviyyəyə çatıb. Belə ki, 20,000-dən çox xəstə 12 saatdan çox tibbi müalicə üçün gözləməli olub.

“The Telegraph”ın araşdırması göstərdi ki, bu ölümlərin əksəriyyəti əsasən qarşısı alına bilən ürək, insult və diabetlə əlaqəli xəstəliklərdir.

Xəbər lenti