![]() |
|
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Telefon danışığı zaman Qarabağ ətrafında vəziyyət müzakirə edilib. Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini bir daha qeyd ediblər. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd olunub.
Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı bəzi aktual məsələlərə toxunulub”.
Həmçinin bildirib ki, telefon danışığı Ermənistanın təşəbbüsü ilə baş tutub.
“Biz taleyüklü dilemma qarşısındayıq: ya hər gələn ildən suverenliyimizin daha da azalacağı düşüncəsi ilə barışmalıyıq, ya da milli missiyamızın bitdiyini qəbul edib, maddi rifah ümidi ilə yad diyara (Ermənistanı, ümumilikdə Cənubi Qafqazı tərk etmək nəzərdə tutulur-red) getməliyik”.
Bunu erməni ictimai-siyasi xadim Avetik Çalabyan deyib.
Onun sözlərinə görə, müstəqillik bəyannaməsinin qəbulundan 32 il keçsə də, onların müstəqil dövləti var, lakin digər tərəfdən, onun real suverenliyi məhdudlaşıb və məhdudlşmaqda da davam edir.
"Biz “artsaxı” günü-gündən itiririk. Zahirən ölkəmiz inkişaf edir, amma digər tərəfdən əhalinin sayı azalır”, - Avetik Çalabyan qeyd edib.
Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın "Ostankino" televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.
Qafqazinfo" xəbər verir ki, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.
Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyevin rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur.
O, bunu "Krım platforması" sammitində deyib.
"Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb" - deyə Zelenski qeyd edib.
Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xersonu işğalçılardan azad etmək və Krım körpüsünü dağıtmaq lazımdır.
Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə də onun kimilər gələcək. Amma onun yerinə gələnlər reallıqla hesablaşmalı olacaqlar və ümumi təklifi ciddi qəbul edəcəklər. Danışıqlara yalnız Rusiya qoşunlarının fevralın 23-dəki xəttə geri çəkilməsindən sonra başlanılacaq. Daha sonra isə Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlara başlanılacaq”, - o bildirib.
O qeyd edib ki, yalnız ABŞ Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllinə və Xersonu azad etməyə kömək edə bilər:
“Bunun üçün daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və HİMARS sistemlərinə ehtiyac var”.
“Yunanıstan qara pr-dan əl çəkməlidir”.
Oxu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“Yunanıstan beynəlxalq hüquqa əməl etməlidir. Avropa İttifaqına güvənərək bu addımları atırlar. Amma hərəkətlərindən əl çəkməlidirlər. Türkiyə kimi qonşunun qiymətini bilməlidirlər. Münasibətlərin yumşalmasının mənası yoxdur. Çünki Yunanıstan səmimi deyil”, - o deyib.
Rusiya Prezidenti Vladimir Putin ictimai xadim Aleksandr Duqinin qızı Dariyanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnində deyilir: “Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə Darya Aleksandrovna Duqina (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə təltif edilsin”.
Bundan əvvəl Putin teleqram kanalında Duqinanın ailəsinə başsağlığı verib.
Rusiyanın Ukraynaya aylarla davam edən hücumu nəticəsində Donetsk bölgəsində qarşıdurmalar şiddətlənərək müharibə Krıma da sıçrayıb.
Xarici xəbər verir ki, Ukrayna 2014-cü ildə Rusiyanın nəzarətinə keçən bölgədə pilotsuz təyyarələr və raketlərlə silsilə hücumlar həyata keçirib. Ukraynanın bölgədəki Rusiya hədəflərini necə vurduğu günlər sonra üzə çıxıb.
Nazirliksözügedən turistin S-400 sistemləri qarşısında fotosunu paylaşaraq məlumatı sosial şəbəkələrdən əldə etdiyini bildirib.
Daha əvvəl bölgədəki turistləri evə getməyə çağıran Ukrayna nazirliyi sözügedən turistə təşəkkür edib.
“Bəlkə biz rus turistlərə qarşı çox sərt davranırıq. Bu adam həqiqətən bizə kömək etdi”-açıqlamada qeyd edilib.
Naməlum rus turistin bu paylaşımı Rusiyada da böyük əks-səda doğurub. Bir çox sosial media istifadəçisi kişinin bu fotonu məkan məlumatı ilə paylaşmasını “axmaqlıq” kimi şərh edib.
Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda ölməsindən sonra ilk dəfə açıqlama verib.
Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi "Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz" deyib.
Duqinin yaxın dostu Konstantin Malofeyev isə sosial media hesabında Duqinin yazılı açıqlamasını yayıb.
Hücuma görə Ukraynanı ittiham edən Duqin, “Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror hücumu nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığında “Tradisiya” adlı festivaldan qayıdarkən baş verən partlayışda vəhşicəsinə öldürülüb. Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz. Onlar qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər. Bunu edə bilməyəcəklər”, - deyə bildirib
Qızının ölümünə görə yalnız "intiqam" istəmədiklərini vurğulayan Duqin, "Ürəyimiz intiqam və ya cavab verməkdən daha çoxunu istəyir. Bizə sadəcə qələbə lazımdır” ifadəsini işlədib.
Duqin sabah Darya Duqinanın dəfn mərasiminin keçiriləcəyi barədə də məlumat paylaşıb.