Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0
Bayden: Bu, Azərbaycan üçün unikal imkan yaradır

Bakı Enerji Həftəsinə ev sahibliyi Azərbaycanın enerji landşaftında oynadığı rolu vurğulayır.

APA xəbər verir ki, bu, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb.

Co Bayden qeyd edib ki, Bakı noyabrda COP29-a ev sahibliyinə hazırlaşır:

“Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirən ABŞ Prezidenti bildirib ki, sülh və əmin-amanlığa böyük önəm verirlər.

Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Hakan Fidan

Bugünkü qlobal geosiyasi proseslər fonunda Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü ilə paralel olaraq, Türkiyədən başlayaraq, Qafqaz, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya dövlətlərindən keçərək Çinə çatacaq Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsünün (Orta Dəhliz) əhəmiyyəti getdikcə artmaqdadır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekində bəyan edib.

Nazirin sözlərinə görə, Orta Dəhlizin Avropa ilə Asiya arasında 2 min kilometr qısa yol əlaqəsini təmin etdiyini və dəniz yolunu 15 gün qısaldır.

"Bu baxımdan Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsü ilə Çinin “Bir Kəmər və Bir Yol Təşəbbüsü” təbii harmoniya təşkil edir", - o qeyd edib.

Fidan əlavə edib ki, Orta Dəhliz Avropa və Afrika ilə yanaşı Qara dəniz və Aralıq dənizi hövzələrinə də fasiləsiz və daha sürətli nəqliyyat hərəkətini təmin edir.

“Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı müharibənin Qırmızı dənizə təsir etdiyi və geosiyasi risklərin artdığı bu dövrdə Orta Dəhliz layihəsi daha ciddi əhəmiyyət kəsb edir”, - o deyib.

Hakan Fidan Orta Dəhlizi uğurlu regional inteqrasiya üçün Avrasiyanın iqtisadi güc mərkəzlərini birləşdirə biləcək layihə adlandırıb.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığa diqqət çəkərək “TDT vasitəsilə biz regional əlaqəni gücləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək və cəmiyyətlərimizdə siyasi, iqtisadi və sosial standartları yüksəltmək üçün çalışırıq”, söyləyib.

"Türkiyənin geostrateji mövqeyi ilə Avropadan Yaxın Şərqə, Şimali Afrikaya və Orta Asiyaya qədər uzanan geniş ticarət əlaqələrimiz 5 milyard əhaliyə və 28 trilyon dollar dəyərində bazara 4 saatlıq uçuşla asan çıxışı təmin edir", - o qeyd edib.

Zöhrabyanın çıxışında Rusiya izi... - Açıqlama xoruzun quyruğunu göstərirƏslində biz Nikol Paşinyana qarşı mübarizə aparmırıq.
Bu sözləri Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan bugünkü aksiyada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Nikol oyuncaqdır, biz burda Türkiyəyə, Azərbaycana, onun arxasında duran Qərbə qarşı vuruşuruq.
Zöhrabyan “danışıqlar prosesində” Rusiyanın olmasını istədiklərini bildirib.

Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Zöhrabyan həqiqətləri dilə gətirib:

“Bu bir daha Rusiyanın Ermənistanda baş verən etirazların arxasında durmadığı ilə bağlı səsləndirdiyi fikirlərin özünü aldatmaqdan ibarət olduğunu göstərir. O, Azərbaycan-Ermənistan sülh prosesində Rusiyanın iştirakını tələb etməklə əsas hədəflərini göstərib. Əslində bu fikirlər Rusiyanın istəyidir. Rusiya sülh prosesində olmadığını anlayır və məsələlərin ikitərəfli müstəvidə həll olunduğunu görür. Ona görə də Ermənistandakı etirazlara sərhədlərin delimitasiya və demarkasiyası üçün son şans kimi baxır. Rusiyanın proseslərdə iştirak etməməsi regionda təsir imkanlarının olmaması deməkdir. Sözügedən açıqlama xoruzun quyruğunu göstərir. Yəni proseslərin əsas ideya vericisi Rusiyadır fikrini ortaya qoyur. Kilsə hərəkatının arxasında revanşist qüvvələr dayanır. Kilsənin arxasında revanşist qüvvələrin dayandığı ifşa olunduğuna görə xalq etiraz dalğasına qoşulmadı. Hüquqi müstəvidə Nikol Paşinyan hökümətinə heç bir təsir imkanları mövcud deyil. Artıq müxalifət toqquşmalar və qan tökmələrə yönəlik addımlar atmaq istəyir. Bununla cəmiyyətdə vətəndaş qarşıdurması fonunda insanları prosesə cəlb etmək niyyətindədirlər”.
Baqrat bu gün HƏLLEDİCİ döyüşə çıxır? - ÖZÜ DEYİB...

“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bazar ertəsi səhər saatlarında tərəfdarlarını Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşmağa və İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb.

Axar.az xəbər verir ki, o, bu barədə mitinqdə çıxışında deyib.

“Sabah (bu gün -dia-az.info) səhər saat 10:00-da biz Müqəddəs Xaç kilsəsində toplanacağıq və İstintaq Komitəsinə hərəkət edəcəyik. Ya bütün suallarımıza yerindəcə cavab veriləcək, ya da biz hərəkətlərimizdə sərbəst olacağıq”, - deyə o bildirib.

Paşinyanın missiyası HƏLƏ BİTMƏYİB... - ONA GÖRƏ DƏ...Ermənistanda artıq Zəngəzur dəhlizinin açılacağı ilə bağlı xof yaranıb. Erməni siyasiləri hesab edir ki, Tavuşdan sonra Süniki (Zəngəzuru - red.) də itirəcəklər. Bu mövzuya toxunan erməni politoloqlar öz şərhlərində qeyd ediblər ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Bu barədə erməni şərhçi Avetis Babacanyan yazıb: “Tavuşdan sonra Sünik gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır. Müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar. Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.

Politoloq Vasif Əfəndiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, biz 44 günlük savaşı sülh savaşı adlandırmalıyıq:

“Azərbaycanın bu savaşdan sonra tərəflər arasında imzalanan aktı kapitulyasiya aktı adlandırmaq haqqı olduğunu heç kim inkar etmir. Lakin bu tərz erməni cəmiyyətini də çox narahat edir. Əslində bu savaş həm də sülhə məcburetmə savaşıdır. Ermənilər faktiki qorxu içində yaşayırlar. Qorxunu yaradan səbəb isə şübhəsiz ki, işğal dövründə etdikləri vandalizm və soyqırımıdır. Halbuki bütün olub keçənlərə baxmayaraq, ayıq başlı insanlar anlamalıdırlar ki, 1000 km uzunluqda sərhəddi olan iki qonşu dövlətin sülh və əmin-amanlıq şəraitində yaşamaqdan başqa heç bir doğru yolu yoxdur. Bu tezis daha çox Ermənistana aiddir. İnanın ki, indiki şərait və imkanlar qarşı tərəfin əlində olmuş olsaydı, bizə qarşı daha çox qəddar davranacaqdılar. Amma indi şərtlər elə dəyişib ki, bundan sonra uzun illər revanşistlərin işğalçılıq həvəsləri öləcək. İndi də yeni keşiş Baqrat oyununa başlayıblar. Bu cəhdlərin hamısı mənasız və özünü aldatmaqdır. Paşinyan da vəziyyəti anlamamış deyil, ona görə də üzərinə düşən ən ümdə vəzifə erməni cəmiyyətini Zəngəzur dəhlizinin açılışına hazırlamaqdır. Bütün maneələrə baxmayaraq, Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək yolun inşası qarşı tərəfdə davam etdirilir. Qazaxın işğalda olan 4 kəndinin danışıqlar yolu ilə qaytarılması və təxminən 100 km-ə qədər sərhədin demarkasiya olunması ümidlərimizi artırır. Əslində bizim üçün bu, ümid deyil və gərəyi olarsa, 44 günlük müharibənin şərtlərini birtərəfli qaydada həyata keçirmək imkanımız da var. Fikrimcə, Zəngəzur dəhlizinin açılması Qafqaza böyük sülh gətirməsi ilə yanaşı daha qlobal hadisələrin gerçəkləşməsinə vəsilə olacaq”.
Səudiyyə Ərəbistanı həcc qaydalarını sərtləşdirir

Səudiyyə Ərəbistanının ictimai təhlükəsizlik xidməti həcc qayda və təlimatlarını pozan zəvvarlara qarşı cərimələr tətbiq etməyə başlayıb.

Oxu.az xəbər verir ki, həcc qanununun əhatə etdiyi ərazilərə Məkkə şəhəri, mərkəzi ərazi, müqəddəs yerlər, Hərəmeyn dəmir yolu stansiyası, nəzarət-buraxılış məntəqələri, yoxlama mərkəzləri və müvəqqəti təhlükəsizlik keçid məntəqələri daxildir.

İstər Səudiyyə Ərəbistanı vətəndaşı, istər Krallığın daimi sakini, istərsə də gəlmə olsun - həcc qaydalarını pozan hər hansı bir şəxs 2,7 min dollar cərimələnəcək. Qeyri-vətəndaşlar öz ölkələrinə deportasiya ediləcək və onlara müəyyən müddət ərzində Səudiyyə Ərəbistanına yenidən daxil olmaq qadağan ediləcək.

Həmçinin bildirilib ki, təkrar cinayət törədənlər üçün cərimələr ikiqat artırılacaq.

Qaydalar 20 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.

Tramp Nurməhəmmədovla görüşdü: Fələstindən danışdılar - VİDEO

ABŞ-nin keçmiş prezidenti Donald Tramp UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovla görüşündə onu sevimli döyüşçüsü adlandırıb.

Görüş iyunun 2-də UFC 302 çərçivəsində baş tutub.

Onların birgə fotosunu rusiyalı meneceri Əli Əbdül-Əziz instaqramda paylaşıb. 

Bildirildiyinə görə, görüşdə Fələstin məsələsi müzakirə olunub. Trampın Fələstində müharibəni dayandıracağına söz verdiyi iddia edilir.

Həbib Nurməhəmmədovun 35 yaşı var. O, 2018-ci ildə UFC çempionu olub və bu titulu üç dəfə qoruyub. İdmançının hesabında 29 qələbə var, heç bir məğlubiyyəti yoxdur. 2020-ci ilin oktyabrında Nurməhəmmədov karyerasına son verib və o vaxtdan məşqçi kimi çalışır. 

 

 

 

Hakan Fidandan tarixi Şərqi Türküstan səfəri

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Çinə səfər edir.

İyunun 5-dək davam edəcək proqram çərçivəsində Hakan Fidan Pekində Qəzzada, Ukraynada, Qırmızı dənizdə baş verənləri, o cümlədəm iki ölkə arasındakı ticari-iqtisadi əlaqələri müzakirə edəcək.

Bunlarla yanaşı, Hakan Fidan Çindəki uyğur türklərinin əsas hüquq və azadlıqları kimi çox ciddi məsələ müzakirə mövzusu olacaq.

Nazir Fidanın Pekindəki təmaslarından sonra iyunun 4-5-də Urumçi və Kaşqar şəhərlərinə səfəri gözlənilir.

Bu səfər prezident Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə baş nazir olduğu dövrdə Şərqi Türküstana (Sincan Uyğur Muxtar Bölgəsi) səfərindən sonra ən yüksək səviyyəli səfəri olacaq.

Səfər zamanı keçirilən görüşlərdə Çindəki uyğur türklərinin əsas hüquq və azadlıqlarının qorunmasının, rifah və sülh içində yaşamasının əhəmiyyəti gündəmə gətiriləcək.

Keşiş Baqrat meydanlarda: Paşinyan xanımı ilə Göyçə gölündə kefdə... - FOTO
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "İnstaqram" səhifəsindəki hekayələr bölməsində daha bir foto yayımlayıb.

Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.

Şəkil "Sevan" adlandırılmış Göyçə gölünün sahilindəki “Yasəmən” restoranında çəkilib. Anna Akopyan Nikol Paşinyanın iştirakı ilə bir foto yayımlayıb, ikinci fotoda isə selfi çəkdirib.

Qeyd edilir ki, Paşinyanın xanımı sosial şəbəkələrdə kifayət qədər aktivdir.

P.S. Keşiş Baqratın İrəvanda, Gümrüdə və s. boğazını yırtaraq başına hakimiyyətə gəlmək üçün tərəfdar toplamaq üçün dəridən-qabıqdan çıxdığı bir vaxtda Paşinyanın belə qayğısız görkəmdə istirahət etməsi onu göstərir ki, o, erməni cəmiyyətinin böyük hissəsinin onu dəstəklədiyinə arxayındır...

Keşiş Baqrat meydanlarda: Paşinyan xanımı ilə Göyçə gölündə kefdə... - FOTO
Ukrayna saat yarıma ABŞ-ı razı saldı: zərbə endirəcək

Ukrayna hakimiyyəti 90 dəqiqəlik telefon danışığı zamanı ABŞ-ı Rusiya ərazisinə cavab zərbələri endirməyə razı salıb.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, danışıqlar Rusiyanın Xarkov vilayətinə hücumundan sonra baş tutub.

Kiyev hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə danışıb və Rusiya ərazisinə zərbələr endirmək üçün icazə istəyib. Təşəbbüs həftə sonu ABŞ hökuməti tərəfindən müzakirə edilib və mayın 30-dək təsdiqlənib.

Qeyd edək ki, ABŞ lideri Bayden Ukraynaya Amerika silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib.

Xəbər lenti