Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0
Arayik mənim vasitəmlə Azərbaycanla danışırdı, Moskva isə… – Babayan gizlinləri açdı

“Qarabağın ( o, “artsax” deyir)”ın işğaldan azad edilməsi ona görə baş verdi ki, “5-ci kolon” Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan, David Babayan və başqaları Arayik Arutyunyanın mənim vasitəmlə Azərbaycanla danışıqlar apardığını biləndə təcili Moskvaya – ağalarına bu barədə məlumat verdi. Bundan sonra Moskva Arayik Arutyunyana istefaya getməyi əmr edib”.

Bunu hərbi cinayətkar Samvel Babayan Qarabağ hadisələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Arayik Arutyunyan Azərbaycana Ruben Vardanyanı separatçıların dövlət naziri təyin etməyəcəyinə söz verib, lakin sonradan onu təyin edib və buna cavab olaraq Azərbaycan Laçın yolunu bağlayıb.

“Bu adamlar (separatçıların liderləri) Moskvadakı sahiblərinin onları təhlükəsiz şəkildə “Artsax”dan çıxaracaqlarına əmin idilər, lakin bunu etmədilər”, – deyə Babayan bildirib.(tempinfo.az)

Trampdan Ukrayna açıqlaması: Son nöqtəni qoyacam!


ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni həll etmək niyyətindədir və buna nail olmaq üçün konkret planı var.

Axar.az xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.

"Bu münaqişəyə son qoymaq üçün mənim konkret planım var. Sizə təfərrüatları deyə bilmərəm, amma son nöqtəni qoyacam",- o qeyd edib

Xatırladaq ki, Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni bir gündə həll edə biləcək.
1941 və 2022-ci il hücumları... - Heyrətamiz oxşarlıqlar

Hitler Almaniyasının İkinci Dünya müharibəsi ərəfəsində və İkinci Dünya müharibəsi başlayandan sonrakı davranış və hücum taktikası ilə Rusiyanın davranış və hücum taktikaları arasında oxşarlıqlar və hətta eyniliklər heyrətamiz dərəcədə bənzərdir.

Hitler hakimiyyətə gələndən sonra terror təhlükəsi ilə Almaniyanı hərbi dövlətə çevirdi; Çeçenlərin Rusiyada törətdiyi teraktlar, kütləvi məkanlara hücum səhnələrini xatırlayın!

Hitlerin İkinci Dünya müharibəsi ərəfəsində istədiyi hər şeyi verirdilər – hətta müharibəsiz belə Hitler Almaniyanın iddia etdiyi bəzi torpaqları qaytarmışdı.

Avqust 2008-ci ili deyil də, 2014-cü il Krımını göz önünə gətirmək kifayətdir!

1941-ci ildə Almaniya SSRİ-yə hücum etmək qərar verdi və yaxud bu qərarı verməyə məcbur edildi – halbuki Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək barədə saziş vardı və hətta Polşanı bölüşdürmüşdülər.

Rusiya təhlükəsizliyinə və suverenliyinə qarant durduğu ölkəyə 2022-ci ildə hücuma keçdi və yaxud buna təhrik/məcbur edildi.

Almaniya “Barbarossa planı” ilə Moskvanı 8 həftəyə tutub, müharibəni bitirməli idi;

Rusiya da 3 günə Kiyevi tutub, savaşı tam bitirməyi hədəfləyirdi;

Almaniya 8 həftəyə bacarmadı, payız düşdü, hücum dayandı, yalnız yer donandan sonra – noyabrda növbəti hücuma keçdi, buna qədər özünə gələn SSRİ isə hücumu dəf edə və almanları Moskvanın 27 km-liyindən uzaqlaşdıra bildi.

Rusiya da Kiyevi tuta bilmədi və yaxud tutmaq istəmədi, Ukraynanın gözləmədiyi güclü müqaviməti ilə “qan” itirdi; Kiyevin əks-hücumu isə Rusiyanı bəzi işğal etdiyi ərazilərdən geri ata bildi.

Hitler Almaniyası müharibənin bir ilinin tamamından sonra ikici böyük hücuma keçdi – cənub istiqamətində və Stalinqrada qədər gəlib çıxdı. Bu müddətdə Almaniyanın işğal etdiyi ərazilər birinci hücumda işğal etdiyi ərazilərin iki mislinə qalxdı;

Rusiya da ötən ilin ikinci yarısından “ikinci dalğaya” başlayıb və Ukraynanın əks hücum əməliyyatı zamanı azad etdiyi ərazilərdən ikiqat artığını ələ keçirib...

SSRİ yalnız müharibənin 3-cü ilinin tamamından sonra, ABŞ, Böyük Britaniyanın misilsiz texniki, maliyyə, qida yardımından, ikinci cəbhə həmləsindən sonra sərhədlərini işğaldan tam azad edə bildi...

İndi Ukraynada müharibənin 3-cü ili başlayıb – artıq ölkədə 2 il 3 aydır savaş gedir. Məhz indi Ukraynaya F-16-lar gəlməsi, uzaqmənzilli silahlardan Rusiya ərazisinə zərbələrin endirilməsinə razılıq, təlimatçıların birbaşa Ukrayna ərazisinə göndərilməsi həllini tapmaqdadır və çox güman ki, artıq yay aylarında hamısı və daha artığı reallaşacaq - bəziləri artıq gerçəkləşdirilir...

Kollektiv Qərb Rusiyaya qarşı “ikinci cəbhəni” tamamilə fərqli geosiyasi reallıqda inşa edir.

İkinci Dünya müharibəsində bütün ssenariləri cızan Böyük Britaniya – Çörçill idi.

İndi Çörçill qətiyyəti yoxdur, ancaq Ukraynaya uzaqmənzilli silahlardan tutmuş, bir çox yardımların edilməsində Britaniya öncüllük edib – Boris Consonu xatırlayın; indi də öncüllük edir...

Unutmayaq ki, Hitlerin də ilk illərdə xalq dəstəyi inanılmaz səviyyədə idi.

Sanki bu iki müharibənin ssenarisini bir nəfər yazıb; sanki bütün baş verənlər əvvəlcədən düşünülüb!

ABŞ-ın “yardımının” gecikməsindən tutmuş, aparılan “uzundərə” müzakirələrin də sanki hədəfi var – ssenari/plan üzrə, vaxt üzrə hərəkət, Rusiyanı daha içərilərə çəkmək, ən azı insan resurslarını xərcləməsinə şərait yaratmaq. Yoxsa hərbi büdcəsi 860 milyard dollar olan ABŞ üçün 50-60 milyardlıq yardımı təsdiqləməq niyə "taleyüklü" olsun ki!

Daha bir xatırlatma: ABŞ SSRİ-yə müharibə vaxtı 400 min yük maşını və cip, 14 min təyyarə, 8 min traktor, 13 min tank, 2,7 milyon ton neft məhsulu, 4,5 milyon ton qida, 1,5 milyon adyal, 15 milyon əsgər çəkməsi, 107 min ton pambıq, yüzminlərlə mərmi, silah-sursat və s. və i.a göndərmişdi.

Qəribə oxşarlıqlardır, olduqca qəribə və belə görünür ki, Ukrayna savaşı hələ çox davam edəcək; o qədər ki, əvvəlcədən yazılan ssenari ilə finiş əldə edilsin!

© Axar.az

Yeni Kaledoniyanı bürüyən iğtişaşlar Fransa prezidenti Emmanuel Makronun xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir.

Böyük Britaniyanın "The Guardian" qəzeti xəbər verir ki, bu barədə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) liderlərindən biri Cimmi Naunanın məqaləsində deyilir.

Müəllifin fikrincə, adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır.

Nauna yazır: "Parisdə Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl Numeanın paytaxtında iğtişaşlara səbəb olub".

Onun sözlərinə görə, FLNKS hərəkatı və onun müttəfiqləri seçki islahatı ilə bağlı qanun layihəsi aprel ayında Makron hökuməti tərəfindən Senata təqdim edildikdən sonra etiraza qalxıblar.

Hökumət adanın yerli sakinlərinin narazılığını və iğtişaşlara səbəb olacağını nəzərə almadan qanun layihəsini irəli aparmaqdadır.

C.Nauna Makronun adaya son səfərini də şərh edib: "Bu, onun şəxsi siyasi mənfəəti üçün piar idi. Hətta öz partiyası daxilində də Makron dəstəyi itirib və onun Yeni Kaledoniyadakı vəziyyəti idarə etməsi milli miqyasda siyasi qruplar tərəfindən mübahisəli qiymətləndirilir".

Məqaləyə görə, Makron Parisə qayıdarkən deyib ki, o, seçki islahatını ümumxalq səsverməsinə təqdim etməyi düşünür.

FLNKS öz növbəsində, gərginliyi azaltmaq və yeni siyasi saziş ətrafında danışıqların bərpası üçün seçki islahatları prosesinin dayandırılması və ya ləğv edilməsini, eləcə də yüksək səviyyəli müstəqil missiyanın adaya göndərilməsini tələb edib.(Report)

İsrail bu ölkənin XİN rəhbəri vasitəsi ilə İrana MESAJ GÖNDƏRİBMİŞ

"İsrail Tehranın Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücuma reaksiyasının qarşısını almaq üçün Misirin xarici işlər naziri vasitəsilə İrana mesaj göndərib".

"Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə Qum şəhərində yüksək səviyyəli müəllimlər və xarici rəsmilərin iclasında deyib.

“İsrailin niyyəti yüksək rütbəli İran hərbçilərini öldürmək olsaydı, bunu İranın Suriyadakı konsulluğundan kənarda edə bilərdi. İsrailin məqsədi oktyabrın 7-də məğlubiyyətin əvəzini çıxmaq üçün strateji qələbəyə nail olmaq idi", - o qeyd edib.

Hacızadə bəyan edib ki, “Əsl vəd” əməliyyatı zamanı İranın hərbi potensialının 20%-i işə salınıb.

İranda prezident postu uğrunda MÜBARİZƏ - 3 namizəd qeydiyyatdan keçdi

İranda keçiriləcək prezident seçkisi üçün üç namizəd rəsmən qeydiyyatdan keçib.

"Bu barədə kampaniyanın sözçüsü Möhsün Eslami bildirib.

Bildirilir ki, bunlar İranın sabiq deputatı, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, həmçinin 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Sabaqian və Abbas Moğtadaidir.

Kavakbian ötən prezident seçkilərində bir neçə dəfə namizəd kimi qeydə alınıb. Dörd işdən üçündə onun namizədliyi Mühafizə Şurası tərəfindən rədd edilib. Digər iki namizəd isə əvvəllər prezidentliyə namizəd olmayıb. İran Parlamentində Sabaqian Yəzd əyalətini, Moğtadai isə İsfahanı təmsil edir.

Xatırladaq ki, bu gündən İranda növbədənkənar prezident seçkisi kampaniyası başlayıb. İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edirlər. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür. (Oxu.az)

Türkiyədə hərbçilərə

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib.

Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib.

Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün Çin sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. ABŞ-də isə "TikTok"un ümumiyyətlə qadağa edilməsi gündəmdədir.

Şolts da Kiyevin Rusiyanı Qərb silahları ilə vurmasına razıdır

Almaniya kansleri Şolts Ukraynanın Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə verilməsi ideyasını dəstəkləyir.

Bu barədə "Politico" yazıb.

Nəşrin yazdığına görə, mayın 28-də Şolts Ukraynadakı münaqişədə Qərb silahlarının çeşidini genişləndirmək üçün heç bir səbəb görmədiyini bildirsə də, mayın 29-da onun sözçüsü Stefan Hebestrayt jurnalistlərə bildirib ki, Ukraynanın müdafiə fəaliyyəti təkcə öz ərazisi ilə məhdudlaşmır, həm də Rusiyanın ərazisinə də keçə bilər.

Şoltsun sözçüsü onu da iddia edib ki, kanslerin Ukrayna ilə Rusiya ərazisinə zərbə endirməməsi ilə bağlı "konsensus" bəyanatı zamanı üçün keçərli idi, lakin indiki vaxta şamil edilməyən "faktların bəyanatı"dır.

"Politico" onu da yazıb ki, ABŞ də təchiz etdiyi silahlardan istifadə etməklə Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağı düşünür.

Nəşr qeyd edib ki, dövlət katibi Antoni Blinken ABŞ-nin bu məsələ ilə bağlı siyasətində mümkün dəyişiklikləri açıqlayıb.

Qəzza çağırışı: Ordu yeridək, başqa alternativ yoxdur

Kolumbiya prezidenti Qustavo Petro BMT-yə çağırış edərək ölkəsinin Qəzzaya qoşun göndərməyə hazır olduğunu bildirib və sülhməramlı qüvvələrin yaradılmasını istəyib.

Kolumbiya prezidenti Petro İsrailin Rəfah şəhərində baş verən qanlı hücumlardan sonra sosial media hesabında paylaşım edib.

BMT-yə müraciət edən Petro bunları qeyd edib: "Qəzza zolağında BMT-nin sülhməramlı qüvvələrin yeridilməsindən başqa alternativ yoxdur. Kolumbiya belə bir qüvvələrin bir hissəsi olacaq".

İsrail qüvvələrinin Rafahdakı köçkün Fələstin vətəndaşlarının düşərgəsinə hücumundan sonra İsraili qınayan Petro onu da əlavə edib ki, Kolumbiya olaraq Qəzzaya əsgər göndərməyə hazırdırlar.

Gün ərzində Petro şəxsi hesabında Fələstini dəstəkləyən çoxlu görüntü və xəbərləri izləyiciləri ilə paylaşıb. Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlayıb.

Tehrandan Rəisinin ölümü ilə bağlı yeni açıqlama: Təxribat, yoxsa... 

İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı növbəti açıqlama yayıb.

Baş Qərargah prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci ilkin araşdırma hesabatını dərc edib.

Hesabatda bildirilir ki, qəzaya uğramış helikopterin texniki xidmət və təmir qeydləri araşdırılıb və bununla bağlı heç bir problem aşkar edilməyib, qəzaya 69 saniyə qalmışa qədər ekipajla əlaqə zamanı hər hansı bir fövqəladə hal və ya əlaqə kəsintisinin olmadığı bildirilib.

Helikopter Təbrizdən ilk uçuş marşrutu olan Ağbənd körpüsünə və "Qızqalası" bəndinə qalxdıqdan sonra hava şəraitinin vizual uçuş şəraitinə uyğun olduğu, lakin əldə edilən sənədlərə, pilot və sərnişinlərin ifadələrinə uyğun olduğu bildirilib.

Sənəddə həmçinin qeyd edilib ki, digər 2 helikopterin pilot və sərnişinlərinin hava şəraitinin qəzaya səbəb ola bilmə detalları daha ətraflı araşdırılmalıdır.

Vurğulanıb ki, helikopterin qalıqları, hissələri üzərində aparılan müayinələr, götürülən nümunələrə görə elektron müdaxilə və təxribata dair heç bir fakt aşkar edilməyib.

Bildirilib ki, qəzanın əsl səbəbi aşkarlanadək araşdırmalar davam etdiriləcək və nəticələr ictimaiyyətlə paylaşılacaq.

Prezident Rəisi mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 8 məmur həyatını itirib.

Baş Qərargah mayın 24-də dərc olunan qəzanın səbəblərini araşdıran ilk ilkin istintaq hesabatında bildirib ki, helikopterin hissələrində güllə və ya oxşar xarici obyektlərin izləri aşkar edilməyib.

Xəbər lenti