erdogani-tehqir-eden-turkiye-gozeli-saxlanildi

2009-cu ildə “Miss Globe Türkiye” seçilən Banu Öztürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün saxlanılıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, sosial şəbəkədə etdiyi paylaşımlarda Ərdoğanı təhqir edən qadın Beykoz Prokurorluğunun göstərişi ilə nəzarət altına alınıb.

Qeyd edək ki, Banu Öztürk “Avrupa yakası” və “Adanalı” kimi bir çox serialda da rol alıb.

 

 


 
pasinyan-onlari-hedeledi

“Ermənistanın hər üç keçmiş prezidenti hazırkı vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. Lakin bu debatlar baş tutsa belə, Paşinyan Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı divara sürtməklə hədələyib.

“2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar, lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”, - Paşinyan deyib.

Həmçinin onlar Nikol Paşinyanın parlamentdə Dağlıq Qarabağ məsələsi ilə bağlı mümkün müzakirələr kontekstində səsləndirdiyi sərt bəyanatlara münasibət bildiriblər. Paşinyanın bəyanatlarından sonra eks-prezidentlər yanaşmalarını dəyişməyiblər. Onlar debatlarda iştirak etmək fikrində deyillər.

Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan birbaşa Paşinyanın adını çəkmədən sosial şəbəkələrdə cavab yayıb.

“O, dişləyə, ağlaya, hədələyə, şikayət edə, xəyali və olmayan şeylərdən danışa bilər. Amma o, heç vaxt Minsk Qrupunun Qarabağla bağlı rəsmi təkliflərini və Ermənistanın rəsmi cavablarını, o cümlədən 2019-cu ildə rədd etdiyi planı dərc etməyəcək”, - Musinyan qeyd edib.

O, bu cür bəyanatları daha sakit qəbul etmək lazım olduğunu deyib və bunu “kasıb ənənə” adlandırıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da Baş nazir Nikol Paşinyanın bəyanatlarını şərh edib. O, Baş nazirin son təhdid və bəyanatlarına kəskin reaksiya verib.

“Müzakirələr üçün ən yaxşı variant ən yaxın psixiatriya xəstəxanasının əməkdaşlarıdır. Ümumiyyətlə, arağı həblə qarışdırmaq olmaz”, - Mikoyan deyib.

putin-tezlikle-olecek

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.

Bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə müsahibəsində deyib.

“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, - Zelenski vurğulayıb.

Baş katib: Türkiyəsiz Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil

“ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada, Norveç və İslandiya olmadan Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil və təhlükəsizliyimizin əsas qarantı olan Amerikanın nüvə çətirini heç nə əvəz edə bilməz”.

Bunu NATO baş katibi Mark Rutte Varşava İqtisadiyyat Məktəbində mühazirə zamanı deyib.

"Mən bilirəm ki, transatlantik bağın gücü və Birləşmiş Ştatların Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı suallar var. Sərt ritorika eşidilir. Avropa və Amerika arasında ticarət və tariflər üzərində gərgin müzakirələr gedir. Avropanın muxtariyyəti ilə bağlı çağırışlar var. Mən bütün bunlara aydınlıq gətirərək bildirmək istərdim ki, indi nə Avropanın, nə də Şimali Amerikanın təkbaşına hərəkət etmək vaxtı deyil. Qlobal təhlükəsizliyə dair çağırışlar həddən artıq ciddi olduğu bir zamanda Avropa və Şimali Amerikanın təhlüksizliyi üçün NATO-ya alternativ yoxdur”, - NATO baş katibi qeyd edib.

Avropalı hərbi ekspert: "NATO bu tarixdə mövcud olmayacaq"

Fransa Hərbi Hava Qüvvələrinin polkovniki və hərbi ekspert Reji Şaman Şimali Atlantika Alyansının - NATO - nun 2030-cu ilə qədər daxildən dağılacağı və əvvəlki formasında mövcud olmayacağı barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Stratpol" nəşrinə verdiyi müsahibədə bildirib.

Ekspert Qərbin qarşıdakı illərdə qlobal dəyişikliklərlə üzləşəcəyini və bu prosesdə Avropa liderlərinin də siyasi səhnəni tərk edəcəyini qeyd edib.

Şamanın fikrincə, bu dağılmanın əsas səbəblərindən biri ABŞ-nin çətin iqtisadi böhranı, xüsusilə də de-dollarizasiyanın təsirləri olacaq. O, ABŞ və Aİ-nin hazırkı vəziyyətinin Qərbdə rejim dəyişikliyinin qaçılmaz olduğunu göstərdiyini vurğulayıb. Bununla yanaşı, ekspert, 2030-cu ilə qədər Avropa İttifaqı və NATO-nun artıq mövcud olmayacağını proqnozlaşdırıb.

Ekspertin proqnozlarına görə, Avropa İttifaqı yaxın illərdə Sovet İttifaqına bənzər şəkildə dağılma ilə qarşılaşa bilər.

Alman xalqı depressiyadadır, iş qabiliyyətləri azalıb

Almaniya xalqı depressiyadadır.

Xarici KİV xəbər verir ki, Almaniyanın sağlamlıq sığortası təşkilatı "DAK-Gesundheit" tərəfindən açıqlanan məlumatlara görə, son bir ildə ölkədə depressiya diaqnozlarında böyük bir sıçrayış var.

Məlum olub ki, bu ölkədə keçən il depressiyaya görə istifadə edilən xəstəlik məzuniyyətlərinin sayı 2023-cü illə müqayisədə təxminən 50% artıb.

Əgər 2023-cü ildə hər 100 işçiyə 122 iş günü itkisi düşürdüsə, bu göstərici 2024-cü ildə 183 gün təşkil edib.

DAK İdarə Heyətinin Sədri Andreas Storm psixi sağlamlığı gücləndirmək üçün dəstək proqramlarının yaradılmasını tələb edib.

Mütəxəssislərin fikrincə, bütün yaş qrupları bu vəziyyətdən əziyyət çəkir. Bir neçə ildir ki, gənclər üçün rəqəmlər tədricən artsa da, 2024-cü ildə yaşlı yaş qruplarında kəskin artım müşahidə olunur.
50 yaşdan yuxarı şəxslər arasında depresiyaya görə işdən qalma halları 169 gündən 249 günə yüksəlib.

Yunan əsgərlərindən Türkiyəyə qarşı TƏXRİBAT: Ankara HƏRƏKƏTƏ KEÇDİ

Yunanıstanın 25 mart "Müstəqillik Günü" çərçivəsində Afinada keçirilən rəsmi hərbi paradında Yunanıstan Hərbi Dəniz Qüvvələrinin piyadaları Türkiyə əleyhinə təhqiramiz şüarlar səsləndiriblər.

“Haber Global” xəbər verir ki, yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və ciddi etirazlara yol açıb.

Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayaraq bu görüntüləri "həyasız və qəbuledilməz" adlandırıb. Eyni zamanda, Yunanıstan rəsmilərindən izahat tələb edildiyi bildirilib.

Sözügedən davranış Türkiyə-Yunanıstan münasibətlərinə zərər vurmağa yönəlmiş bir təxribat kimi qiymətləndirilib və Ankaranın bununla bağlı rəsmi mövqeyini Yunanıstan hakimiyyətinə çatdırdığı vurğulanıb.

qezza-yene-bombalandi-olenler-var

İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər həlak olub.

“Bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.

İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.

Hakan Fidan və Marko Rubio görüşündə Azərbaycan söhbəti: Tramp administrasiyası Türkiyədən nə istədiyini açıqladı

ABŞ-dan Ankara və Bakı üçün mesaj: "Ukrayna və Cənubi Qafqazda daha fəal olun"
ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Vaşinqtonda baş tutan görüş bir sıra mühüm geosiyasi siqnallarla müşayiət olunub. Dövlət Departamentinin rəsmi açıqlamasında Türkiyədən həm Ukrayna, həm də Cənubi Qafqazda sülh proseslərinə daha güclü dəstək gözlənildiyi açıq şəkildə ifadə edilib.

ABŞ tərəfi Türkiyənin İŞİD-ə qarşı qlobal koalisiyadakı rolunu və Suriyada sabitlik cəhdlərini alqışlasa da, bu görüş Ankara üçün siyasi balans və strateji qərar anıdır. Çünki eyni zamanda Suriyada İran təsirinə qarşı birgə fəaliyyət, daxildə isə insan haqları və etirazlarla bağlı tənqidlər də səsləndirilib.

Vaşinqtonun Türkiyəni regionun sabitləşdirici gücü kimi görməsi Ankara üçün status qazandırsa da, bunu real təsir və vasitəçiliklə sübut etməyi də tələb edir.

Rubionun “Cənubi Qafqazda sülhə dəstək” çağırışı isə birbaşa Türkiyənin Azərbaycanla strateji ittifaqına yönəlmiş mesaj kimi oxunur.

Tərəfdaş Ankara vasitəsilə regiona siqnal

ABŞ-ın Türkiyəyə etdiyi bu çağırış, Azərbaycan üçün də dolayı və incə məna daşıyır. Vaşinqton, görünür ki, Ankaranı Bakı üzərindəki təsirindən istifadə edərək sülh prosesini sürətləndirməkdə rol almağa təşviq edir.

Bu həm də o deməkdir ki, Azərbaycan-Ermənistan sülh prosesi artıq qlobal güclərin diplomatik gündəminə birbaşa daxil olub. ABŞ, bu prosesdə Ankaranı vasitəçi və zəmanətçi aktor kimi görmək istəyir – bu, Bakının da maraqlarına uyğundur, təbii ki, bu əməkdaşlıq balanslı şəkildə idarə olunarsa.

Lakin burada Vaşinqtonun öz təsirini Ankara üzərindən Bakıya yönəltmək istəyi də sezilir. Bu isə Azərbaycanın regional təşəbbüslərdə suveren qərarlarını daha aydın və qətiyyətli ifadə etməsini vacib edir.

Türk dünyası və Qafqaz üçün diplomatik yol ayrıcı

Rubio–Fidan görüşü göstərdi ki, Cənubi Qafqaz artıq yalnız regional yox, böyük güclərin rəqabət və əməkdaşlıq meydanıdır. Türkiyə bu masada həm VASİTƏÇİ, həm də mühüm oyunçu kimi çıxış edir.

Azərbaycan isə bu dəyişən geosiyasi mənzərədə öz milli maraqlarını qorumaq üçün həm Ankara ilə koordinasiyanı dərinləşdirməli, həm də beynəlxalq proseslərdə aktiv tərəf olaraq mövqeyini gücləndirməlidir.

ABŞ-ın bu çağırışı həm fürsətdir, həm də strateji təzyiq elementidir. Ankara ilə Bakı bu balansı düzgün qurmağı bacarmalıdır.

Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI

Fələstin Milli Administrasiyasının (PNA) lideri Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı radikal Həmas qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb.

məlumatı FƏTH-in Qəzza zolağı üzrə sözçüsü Munter Hayek WAFA xəbər agentliyinə açıqlayıb.

Hayek vurğulayıb ki, HƏMAS-ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala gəlib və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli, Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir: "Biz HƏMAS-ı PNA və Fələstin Azadlıq Təşkilatına öz vəzifələrini yerinə yetirmək üçün Qəzza zolağında hökumət səhnəsindən çəkilərək xalqımızın səsinə qulaq asmağa çağırırıq".

Xatırladaq ki, Qəzza zolağı 1967-ci ildə Altı Günlük Müharibədən sonra İsrailin nəzarətinə keçib və bundan sonra İsrail orada məskən salmağa başlayıb. 2005-ci ildə birtərəfli ayrılma planının bir hissəsi olaraq İsrail öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarıb və oradakı bütün yəhudi yaşayış məntəqələrini boşaldıb. Bunun ardınca Qəzza zolağına nəzarət İordan çayının qərb sahilini də idarə edən Abbasın rəhbərlik etdiyi PNA-ya verilib. Ancaq Fələstin parlamentinə keçirilən ilk seçkilərdə radikal HƏMAS hərəkatının nümayəndələri daha mötədil FƏTH təşkilatı ilə qarşıdurmaya girərək qalib gəldi və bu, fraksiyalar arasında parçalanmaya səbəb oldu. Radikallar Qəzza zolağına tam və tək nəzarəti bərqərar ediblər.

Xəbər lenti