Paşinyan Fidanı qabaqlamaq istədi – Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?

"ABŞ dövlət katibi Marko Rubio ötən güm Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışdıqdan bir neçə saat sonra Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Paşinyan telefon zəngi ilə Fidanı qabaqlamaq istəyib".

Bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirir ki, Paşinyan Rubio ilə telefon danışığında Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı razılaşmanı müzakirə etsə də, baş nazirin dövlət katibi ilə İrəvanla Ankara arasında dialoq barədə söhbət etdiyi də istisna deyil:

"Türkiyə-Ermənistan sərhədi martin 31-ə qədər açıq qalacaq. Mümkündür ki, Paşinyan Rubiodan xahiş edib ki, dövlət katibi bu mövzuyla bağlı türkiyəli həmkarıyla geniş fikir mübadiləsi aparsın. Paşinyanın istəyi odur ki, Vaşinqton Ankaraya təsir edərək Türkiyə-Ermənistan sərhədinin daima əsasda açıq qalmasına nail olsun. Ankara Bakı ilə koordinasiyanı davam etdirir, bu səbəbdən sərhədin martin 31-dən sonra da açıq qalması üçün Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması vacibdir".

CHP İmamoğlunun yerinə onu GƏTİRİR

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) göstərəcəyi başqan vəkili namizədi müəyyənləşib. Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir.

“Haberler.com” xəbər verir ki, kulis məlumatlarına görə, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məclisi 314 üzvdən ibarətdir və partiyalar üzrə bölgü belədir:

CHP – 185 üzv

AKP – 120 üzv

MHP – 6 üzv

BBP – 2 üzv

Əvvəlcə CHP daxilində Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş, Böyükçekməcə Bələdiyyəsinin sədri Hasan Akgün və Eyüpsultan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen kimi adlar namizəd kimi nəzərdən keçirilsə də, seçkiyə az qalmış əsas namizəd Nuri Arslan olub.

Jurnalist və keçmiş CHP millət vəkili Barış Yarkadaş sosial media hesabında açıqlama verərək, CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. O qeyd edib ki, CHP-nin sədr müavini Gökan Zeybek məclis üzvləri ilə görüşdə "Namizədimiz Nuri Arslandır" deyə bəyan edib.

Jurnalist Şaban Sevinç isə sosial media hesabında paylaşım edərək "Əkrəm İmamoğlunun yerinə İBB Məclisi 1-ci Başqan Vəkili Nuri Arslan gəlir" ifadəsini işlədib.

Nuri Arslan Kimdir?

Nuri Arslan 1969-cu ildə Sivas şəhərində doğulub. İlk və orta təhsilini İstanbulda tamamladıqdan sonra 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik Fakültəsinin Gəmi İnşaatı (Gəmi Maşınları) bölümünü bitirib.

Karyera:
✔ 1999-2004 – Küçükçekməce Bələdiyyə Məclis Üzvü
✔ 2009-2017 – Türk Qızıl Aypara (Kızılay) Küçükçekməce Başqan Vəkili
✔ 2014-2018 – Beylikdüzü Sənaye və İş Adamları Dərnəyi (BEYSİAD) Başqanı
✔ 2014-2021 – İstanbul Sənaye və İş Adamları Federasiyası (İSİFED) İdarə Heyəti Üzvü
✔ 2009-2020 – Sivas Koyulhisar və Köyləri Xeyriyyə Vəqfi (KODAV) Başqan Vəkili
✔ 2011-2019 – Beylikdüzü Şəhər Şurası İcra Komitəsi Üzvü
✔ 2019-2024 – Beylikdüzü Bələdiyyəsi və İBB Məclis Üzvü
✔ 31 Mart 2024 – Beylikdüzü və İBB Məclisinə yenidən seçildi
✔ 15 Aprel 2024 – İBB Məclisi 1-ci Başqan Vəkili seçildi

Ailəlidir, 3 övladı var.

almaniya-hokumeti-resmen-istefa-verdi

Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi hökumət üzvləri yeni çağırış Bundestaqın ilk iclasından sonra Prezident Frank-Valter Ştaynmayerdən rəsmi istefa bildirişi alıblar. 

“Bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Almaniya qanunlarına əsasən, hazırkı hökumət yeni hökumət formalaşana qədər vəzifələrini icra etməyə davam edəcək. Yeni kansler -Xristian Demokrat İttifaqının lideri Fridrix Merts kabinetin tərkibini aprelin 20-dək təqdim edəcəyini vəd edib.

Qeyd edək ki, Merts 8 mart tarixində Xristian-Demokrat İttifaqı (CDU), Xristian-Sosial İttifaqı (CSU) və Almaniya Sosial-Demokrat Partiyası (SPD) arasında iqtidar koalisiyasının uğurla formalaşdığını elan edib.

Şolts isə kansler postundan ayrıldıqdan sonra siyasətdən tamamilə gedəcəyini bəyan edib.

Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik

"Qardaşla qardaşın arasını vurmaq üçün oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər".

“report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən bildirib.

“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular”, - o qeyd edib.

Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların getdiyi yol dalana dirənir”.

Vaşinqton-Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı

Rusiya Federasiya şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bir gün əvvəl Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların təfərrüatları barədə danışıb.

Karasın danışıqların nəticəsini şətin, lakin faydalı dialoq hesab edib.

“Hər şey müzakirə olundu, zəngin, çətin dialoq oldu, lakin bu, bizim üçün və amerikalılar üçün çox faydalı oldu... Əlbəttə, hər şey qərara alınmadı, hər şey razılaşdırılmadı, amma yeni administrasiyanın və ekspert qruplarının görüşünə gələn yeni siyasətçilərin gəlişini nəzərə alsaq, belə bir söhbətin baş tutması, mənə elə gəlir ki, çox vaxtındadır”, - deyə Karasın bildirib .

O, əmindir ki, Amerika tərəfi də dialoqun davam etdirilməsində maraqlıdır.

Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…

ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Bu amillərdən biri də Trampın hakimiyyətə yenidən qayıdışı ilə dünyada nüvə silahlarının yeni dövrü başlamasıdır.

Bu barədə “Financial Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, belə, Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və Avropaya qarşı uzaq mövqeyi Berlindən Varşavaya, Seuldan Tokioya kimi müttəfiq dövlətləri qaçılmaz suallar qarşısında qoyub.

Analitiklərin fikrincə, Trampın xüsusilə Rusiyaya qarşı mövqeyi Avropa və Asiyadakı müttəfiqlərinin bu ölkələrin öz nüvə qalxanlarını qurmağı planlaşdırdıqlarını söyləməsinə səbəb olub.

“Financial Times” yazır ki, Trampın xarici siyasəti nüvə silahına malik dövlətlərin sayını 25-ə çatdıra bilər.

Hazırda nüvə variantlarını nəzərdən keçirən ölkələr arasında Almaniya, Polşa, Cənubi Koreya və Yaponiya var. Almaniya Fransa və İngiltərə ilə nüvə silahı paylaşmaq ideyasını müzakirə edir.

Polşa öz ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirmək istəyir.
Yaponiya və Cənubi Koreya nüvə silahından Çin və Şimali Koreyaya qarşı çəkindirici vasitə kimi istifadə etmək niyyətindədir.

moskva-mehkemesinden-teyyare-qezasi-ile-bagli

Moskva məhkəməsi ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı qərar verib.

RİA Novosti xəbər verir ki, yerli məhkəmə “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi ilə əlaqədar aparılan istintaq haqda sənədlərin müsadirəsinə icazə verib.

Sənədlər Rusiyanın cənubunda iki ünvandan götürüləcək.

Bununla bağlı vəsatət hələ ilin əvvəlində-yanvarda verilibmiş. Prokuror vəsatətə qiymət verərək onu təmin edib.

Qeyd edək ki, qəza ilə əlaqədar yekun nəticələrin 2025-ci ilin dekabrında təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində göyərtədə olan 62 sərnişindən yalnız 29 nəfəri sağ qala bilib.

İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya

İran Türkiyədə bələdiyyələrin fəaliyyətinin araşdırılması, İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər şəxslərin həbsi ilə bağlı cərəyan edən proseslərə ilk dəfə münasibət bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran hökumətinin sözçüsü Fatimə Mohacerani Türkiyədəki hadisələri şərh edib: "İran İslam Respublikasının qonşularına münasibətdə siyasəti onların daxili işlərini özlərinə saxlamaq və qarışmamaqdan ibarətdir", - deyə o bildirib.

ABŞ və Rusiya bəyanatla ÇIXIŞ EDƏCƏK - YENİ GƏLİŞMƏ

ABŞ və Rusiya Federasiyası tezliklə danışıqlardan sonra birgə bəyanatla çıxış edəcək

Bu barədə "CBS News" məlumat yayıb.

Bəyanat Qara dənizdə atəşkəs razılaşmasına aid olacaq. Jurnalistlərin sözlərinə görə, bu, Kiyev vaxtı ilə səhər saat 10:00-da həyata keçiriləcək.

Bəyanatın təfərrüatları hələ aydın olmasa da, ABŞ-ın Ər-Riyaddakı texniki qrupunun Tramp administrasiyasına təqdim etdiyi hesabatlar “nikbin” görünür.

Ukrayna rəsmilərinin də bundan xəbəri var.

Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ alıb.

Məlumatı Rusiya Telegram kanalları yayıb. Belə ki, “Romanov Light” Telegram kanalını idarə edən rusiyalı müharibə müxbiri Vladimir Romanov axşam rında Rusiya ordusunun Belqorod vilayətinin Krasnoyarsk rayonunda yerləşən Popovka kəndini itirdiyini yazıb. O, dünən səhər bu yaşayış məntəqəsinə hücumun başladığı barədə məlumat vermişdi: "Ukraynanın müvəqqəti işğal etdiyi Rusiyanın Belqorod vilayətinin Krasnoyarsk rayonu, Popovka qəsəbəsi. Qəsəbə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib".

Xatırladaq ki, martın 23-də rusiyalı blogerlər vilayətin Demidovka kəndinin Ukraynanın nəzarətinə keçdiyini bəyan ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik Rusiya ərazisində hər hansı yeni əməliyyatlar barədə açıqlama verməyib.

Xəbər lenti