![]() |
|
“Rusiya və ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlayır”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqların yekunu üzrə Ağ Evin mətbuat katibi Kerolayn Livitin dərc etdiyi bəyanatda deyilir.
Onun sözlərinə görə, hər iki lider bu münaqişənin davamlı sülhlə başa çatması ilə bağlı razılığa gəliblər. Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar:
“Bu münaqişə heç vaxt başlamamalı idi və çoxdan səmimi və xoş niyyətli sülh səyləri ilə bitməli idi. Liderlər razılaşıblar ki, sülhə doğru hərəkat enerji və infrastruktur obyektlərində atəşkəslə, eləcə də Qara dənizdə atəşkəsin həyata keçirilməsi, tam atəşkəs və daimi sülhün əldə olunması üçün texniki danışıqlardan başlayır. Bu danışıqlar dərhal Yaxın Şərqdə başlayacaq”.(Qafqazinfo)
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik məxfi sənədləri açıqlayacağını bildirib.
Bu barədə “The Hill” məlumat yayıb.
“Sabah bütün sənədləri təqdim edəcəyik. İnsanlar bunu on illərdir gözləyirlər və mən xalqıma bunu sabah çatdırmağı tapşırmışam”, – deyə Tramp bildirib.
Yanvar ayında Tramp Kennedinin, keçmiş baş prokuror Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı federal hökumət sənədlərinin yayımlanması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Kennedi 1963-cü il noyabrın 22-də Dallasda (Texas) olarkən güllələnib.
İsrail Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.
“Bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb.
Ordu, həmçinin Qəzza ilə sərhəd yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrində təhsil müəssisələrinin işini müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS ABŞ-nin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Uitkoff və digər vasitəçilərin bütün təkliflərini rədd edib.
Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minmişdi. Bu atəşkəs isə çormərhələli idi: birinci mərhələ İsrailin Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına imkan yaratması, İsrail qoşunlarının sıx məskunlaşan ərazilərdən çıxarılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Birinci mərhələnin müddəti martda başa çatıb.
Bunun ardınca isə İsrail razılaşmanın ikinci hissəsinə keçməyi deyil, birinci mərhələnin müddətinin uzadılmasını tələb edib. HƏMAS isə öz növbəsində bu təklifdən imtina edərək, ilk razılaşmaya riayət etməyi tələb edib. Qruplaşma vurğulayıb ki, İsrail ilk olaraq öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarmalıdır və tərəflər arasında mübadilə bundan sonra baş tuta bilər. Bununla belə, tərəflər yeni şərtlər üzrəində işlədiyi müddətdə atəşkəs rejimi təqribən 3 həftə uzadılmışdı.
"ABŞ olmasaydı fransızlar indi almanca danışırdı."
APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O Avropa Parlamentinin fransalı deputatının Azadlıq heykəlinin qaytarılması ilə bağlı çağırışını rədd edərək, bildirib ki, ikinci Dünya müharibəsində ABŞ-nin köməyin olmasaydı, Fransada hazırda alman dilində danışırdılar.
“Mənim, aşağı səviyyəli fransalı siyasətçiyə məsləhətim budur - xatırlasınlar ki, yalnız Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi alman dilində danışmırlar. Buna görə də bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar.”, – o deyib.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib.
“Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.
Ümumdünya Ərzaq Proqramı qeyd edir ki, bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb.
Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.
Yəmənin Ənsar Allah hərəkatı Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbəni endirib.
Məlumatı husilərin yaratdığı silahlı qüvvələr yayıb.
Bildirilir ki, 24 saat ərzində ikinci dəfə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisini Qırmızı dənizin şimalında vurublar: “Bir neçə saat davam edən hücum ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirilib".
Bəyanatda deyilir ki, “Yəmən silahlı qüvvələri Amerikanın aviadaşıyıcı qrupunun təcavüzünü dəf edə bilib”. Husilər iddia edir ki, “raketlər və pilotsuz təyyarələr təyyarədaşıyan gəmiyə və digər gəmilərə atəş açdıqdan sonra düşmən qırıcıları havaya qalxdıqları yerə qayıtmağa məcbur olublar”.
Husilərin hərbi sözçüsü Yəhya Saria bazar günü bildirib ki, USS Harry Truman və onu müşayiət edən gəmilər 18 ballistik və qanadlı raket, həmçinin pilotsuz uçan aparatla hücuma məruz qalıb. O, husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndeb boğazından İsrailin kommersiya gəmilərinə mane olacağını bildirib.
Rusiya prezidenti Putinlə martın 18-də danışmağı planlaşdırıram.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Çərşənbə axşamı Putinlə danışacağam. Həftə sonu çox iş görülüb", - o qeyd edib.
Tramp əlavə edib ki, bu müharibəni bitirməyi müzakirə edəcəklər. “Biz bacaracağıqmı? Bəlkə edə bilərik, bəlkə də bacarmırıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var", - o əlavə edib.
Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb.
Axar.az xəbər verir ki, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək.
Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır.
Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.
Rusiya, Çin və İran qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır.
Bu bəyanatı martın 14-də Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaoxu deyib.
"Biz bütün qeyri-qanuni sanksiyalara son qoymağın vacibliyini vurğulayırıq", - deyə o bildirib.
Bundan əlavə, ölkələr qarşılıqlı hörmətə əsaslanan dialoq mövqeyindən İranın nüvə proqramının sülh yolu ilə həllinə hazır olduqlarını bildiriblər. Ma Çjaoxu həmçinin qeyd edib ki, Rusiya və Çin İranın nüvə işlərinin dinc xarakter daşıdığını təsdiq etməsini və Tehranın nüvə silahı yaratmaq istəməməsini alqışlayır.
Eyni zamanda Pekin, Moskva və Tehran İranın nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının vacibliyinə işarə ediblər.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə Fransaya rəsmi səfər edib.
Görüş zamanı Fransa Prezidenti Emmanuel Makronun
türkcə ifadələr işlətməsi diqqət çəkib.
Bundan əlavə, Makron “X” hesabında özbək dilində "Yaşasın Özbəkistan, yaşasın Fransa!" deyə paylaşım edib.