zelenski-turkiyeli-nazirlerle-iftar-acdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin ticarət naziri Ömer Bolat, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Krım tatarlarının milli lideri Mustafa Abdulcemil Kırımoğlu, eləcə də müsəlman olan ukraynalı əsgərlərlə birgə iftar məclisində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Məclis ötən ilin sentyabrında Rusiya dronunun hücumu nəticəsində zədələnmiş binada baş tutub.

 

 


 
"BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bunu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan dyib.

ABŞ lideri həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO-ya qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, cavabın nə olduğunu hamı bilir və 40 ildir ki, cavabı bilir.

Tramp bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.

Martın 13-də Rusiya Prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra Rusiyanın atəşi dayandırmağa hazır olduğunu, lakin bu qərarın uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə bəyan edib.

Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət yaratmaq lazımdır, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və yenidən silahlanması üçün istifadə edə bilərlər.(publika.az)

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır: “Bu, ilk baxışda sadə görünə bilər, amma, əslində, olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbən olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə siraət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”.

Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər: “Amma fikrimcə, bu, yalnız zaman məsələsidir və səbrli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.

Baş nazir Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını, sərhədin dəmir yolu və avtomobil nəqliyyatı üçün açıq olmasını, ticarət əlaqələrinin birbaşa olmasını arzuladığını bildirib: “2022-ci ilin yayında Ermənistanla Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı əldə olunmuş razılıq hələ də həyata keçirilməyib. Bu, münasibətlərdə nəzərəçarpacaq irəliləyişin olmaması kimi şərh edilib. Amma mən bu fikirlə razı deyiləm. Çünki bu gün Ermənistanla Türkiyə arasında birbaşa dialoq var. Əvvəlki dövrü nəzərə alsaq, bu, çox mühüm dəyişiklikdir. Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar. Nəticə kənardan görünməyə bilər, ancaq bizim üçün vacibdir. Tərəflər hazırkı mərhələdə çətinlikləri, problemləri və fərqli perspektivləri daha yaxşı başa düşür və bunu mühüm qazanc kimi görür. Bu müddət ərzində Prezident Ərdoğanla bir neçə dəfə görüşmüşəm. İki ölkənin xarici işlər nazirləri arasında təmaslar davam edir.

Regional idarəetmə və infrastruktur nazirimiz həmkarı ilə əlaqə saxlayıb. Təhsil, elm, mədəniyyət və idman naziri də əlaqə saxlayıb. Xüsusi nümayəndələr də bir-biri ilə danışır. Bizim konkret əməkdaşlıq nümunələrimiz var. Bu yaxınlarda Türkiyənin ədliyyə sistemi tərəfindən axtarışda olan və ya ittiham olunan iki şəxsi Türkiyəyə təhvil vermişik. Bunlar böyük nailiyyətlər kimi görünməyə bilər, amma əvvəlki dövrlərlə müqayisədə çox mühüm irəliləyişlərdir".

Bunun dinamik proses olduğunu vurğulayan Paşinyan bu dinamikanın davam etdirilməsi üçün səylərin göstərilməli olduğunu vurğulayıb.(Report)

Paşinyan: Yeni konstitusiya Bakının tələbi kimi təqdim olunur

Ermənistanın yeni konstitusiyası regional əhəmiyyətə malik olacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Yeni konstitusiya ilə bağlı irəli sürdüyüm tezis çox müzakirə olundu, Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Əslində, “Real Ermənistan” ideologiyası kontekstində bunun tamam başqa mənası var. Bu şəraitdə qəbul oluna biləcək mətnin regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün olmasa da, istənilən halda bu, bütün konstitusiyalara aiddir”, - Paşinyan qeyd edib.

Paşinyanın fikrincə, konstitusiya vətəndaşların ölkədə yaşamaq və qarşılıqlı əlaqə qaydalarına dair razılaşması olmalıdır.

Polşa baş naziri Ərdoğanla görüşə "ayağı yaralı" gəldi - Video

Polşanın Baş naziri Donald Tuskun Türkiyəyə səfəri başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusku rəsmi mərasimlə qarşılayıb.
O, Ankarada Prezident Administrasiyası binası girişində qarşıladığı Tuskla bir müddət söhbət edib.

Səhhətində yaranan problem səbəbindən sol ayağına karset bağlayan Tusk pilləkənləri çıxarkən Ərdoğan onun qolundan tutaraq çıxmasına yardımçı olub.

Daha sonra ikitərəfli görüş keçirən Ərdoğan və Tusku xarici işlər naziri Hakan Fidan və maliyyə naziri Mehmet Şimşək müşayiət edib.

 

 

Müharibə Rusiyanı “qara gün” üçün yığdıqlarını xərcləməyə vadar edir – ŞOK RƏQƏMLƏR

Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək üçün antiböhran ehtiyatlarını xərcləyir. Belə ki, ölkənin Milli Rifah Fondunun likvid hissəsi artıq 2022-ci ilin əvvəli ilə müqayisədə 2,5 dəfə azalıb.

Məlumatı Deutsche Welle nəşri yayıb.

Maliyyə Nazirliyinin fevral ayında fondun idarə olunmasının nəticələrinə dair hesabatına əsasən, Rusiya Milli Rifah Fondunun likvid hissəsi martın 1-nə təxminən 3,4 trilyon rubl və ya ÜDM-in 1,6 faizinə bərabər olub. 2022-ci ilin yanvarında, Rusiya Ukraynanı işğal etməzdən bir ay əvvəl Milli Rifah Fondunda 8,43 trilyon rubl var idi. Eyni zamanda rubl o zaman indikindən daha güclü idi.

Üstəlik, müharibədən əvvəl fondun aktivləri yuan və qızılın indiki kimi məhdud konvertasiyasında deyil, əsasən sərbəst dönərli valyutalarda saxlanılırdı.

Revanşistlər Bakıya qarşı toplanır - bu gün İrəvanda...

Ermənistanda “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı mitinqə icazə verilməsinə Azərbaycandan sərt etirazlar...

Bu gün - martın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Səbəb nə olsa yaxşıdır? Məsələ ondadır ki, 2024-cü ilin dekabrında İsveçrə parlamentinin aşağı palatası - Milli Şura yerli hökuməti “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə həsr olunmuş beynəlxalq konfrans təşkil etməyə çağıran qətnamə qəbul edib.

Uydurma “artsax”ın qondarma “parlamenti”nin bununla bağlı “bəyanatı”nda deyilir: “2025-ci il martın 18-də bizim üçün çox vacib olan bu məsələ İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasında müzakirə olunacaq. Bununla əlaqədar, martın 13-də saat 13:30-da İsveçrənin Ermənistan Respublikasındakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Bu aksiyada biz aşağı palatanın atdığı addımlara görə İsveçrə Parlamentinə minnətdarlığımızı bildirəcək, yuxarı palatanı da qətnamə qəbul etməyə çağıracağıq. Habelə İsveçrə hökumətini "artsax" sakinlərinin geri qaytarılması üçün öz neytral rolundan istifadə etməyə çağıracağıq".

Əvvəla, Ermənistanda hələ də mifik “artsax”ın hansısa “institutları”nın qalması, görəsən, nədən xəbər verir? Niyə onlar ləğv edilmir, əksinə, yığışıb bəyanat vermələrinə şərait yaradılır? Yeri gəlmişkən, Nikol Paşinyan daxil, hökumətinin aparıcı üzvləri bu ""institutları"nın ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildiriblər. Hanı bəs? İkincisi, bu mitinqlər nəyi dəyişəcək? İsveçrə Azərbaycan və Ermənistan arasında nə dərəcədə neytral vasitəçi ola bilər, əgər rəsmi Bakı vasitəçiyə, ümumiyyətlə, ehtiyac görmürsə?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Yeni Müsavat”a bildirdi ki, İsveçrə parlamentinin aşağı palatasının qətnaməsi ermənilər tərəfindən çox şişirdilib. Partiya funksioneri dedi ki, qətnamə konfrans keçirməyə çağırışdır və yuxarı palatanın bu niyyəti dəstəkləməsi xahiş olunur. S.Əsədli vurğuladı ki, ermənilər indi ən kiçik dəstəyə belə möhtac olduqlarını hiss etdirirlər: “Yəni İsveçrə parlamentinin aşağı palatasında erməni lobbisinin təsir elementləri hiss olunur. Avropada erməni lobbisi fəaldır və ayrı-ayrı parlamentlərə nüfuz etməyə can atırlar. Məsələn, Niderland, Lüksemburq, elə İsveçrə kimi ölkələrin deputatlarını kampaniyaya cəlb edirlər. Məncə, burada böyütməli hadisə yoxdur. İsveçrəli deputatlar Qarabağın xəritədə yerini belə bilmirlər. Biz belə kampaniyaların çox şahidi olmuşuq. Təbii ki, Azərbaycan parlamentindən İsveçrə parlamentinə məktub göndərilə bilər”. S.Əsədli ermənilərin çağırışlarının nəticə verəcəyini gözləmir: “Hətta Bayden kimi ermənipərəstin dövründə Konqresə çoxsaylı qətnamələr, qanun layihələri təqdim olunmuşdu. Heç biri keçmədi. Eləcə də İsveçrənin parlamentində yuxarı palata bu bəyanatları eşitməyəcək. Hətta qətnamə qəbul edilsə belə mənasızdır. Deyək ki, konfrans təşkil olundu, bunun nəticəsi nədir? Sadəcə, piar, səs-küy salmaq cəhdləri. Görün nə günə qalıblar ki, konfrans təşkili üçün yalvarırlar, aksiya keçirirlər”. VHP rəsmisi sonda əlavə etdi ki, Ermənistan hakimiyyəti İsveçrənin İrəvandakı səfirliyi qarşısında mitinq keçirilməsinə mane olmalıdır: “Çünki Simonyan özü etiraf edib ki, "artsax"ın fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhdiddir. O zaman, bunun qarşısı alınmalıdır. Son vaxtlar Ermənistan parlamentində də qondarma bayrağı görmək olur. Bu da yolverilməzdir və Paşinyan iqtidarının qeyri-səmimiliyidir. Ümumiyyətlə, Ermənistanda “artsax” adı ilə yığıncaqların keçirilməsi qadağan olunmalıdır".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə açıqladı ki, İsveçrənin Bakıdakı səfirliyini məlumatlandırmaq olar və rəsmi Bakının bəyanat verməsi də mümkündür. Onun sözlərinə görə, İsveçrə siyasi proseslərdə aktiv dövlət deyil, lakin Qarabağdan gedən ermənilərlə bağlı bu çağırışların olması göstərir ki, Fransanın həmin ölkəyə təsiri var: “Avropa Birliyi ölkələri arasında Fransaya yaxın olanlar Azərbaycana qərəz nümayiş etdirir. Fikir verin, Kipr, Yunanıstan, Lüksemburq, Niderland, İsveçrə və bu kimi bəzi ölkələrin senatları, parlamentdə olan palataları bəyanatlarla çıxış edirlər. Onlar erməni məsələsini yenə piara çevirirlər. Burada məqsəd təzyiq etməkdir. Lakin Azərbaycan Qarabağdan dinc erməniləri qovmayıb. Eyni zamanda münaqişə keçmişdə qalıb və Ermənistan Qarabağın bizə aid olduğunu təsdiq edir. O halda, ”Dağlıq Qarabağ münaqişəsinin həlli" mövzusunda necə konfrans təşkil etmək olar? Axı bu münaqişə həll olub, Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistan da bunu təsdiqləyir. Hazırda sülh danışıqları gedir, sərhədlərin delimitasiyası ilə bağlı görüşlər keçirilirsə, hansı münaqişənin həllindən söhbət gedə bilər? Ona görə də həmin aksiya provokasiyadır. Rəsmi İrəvan ləğv edilmiş qondarma rejimin oradakı fəaliyyətinə göz yummalı deyil. Bu, ərazi iddiası deməkdir və sülh prosesinə zərər vurur".

mixail-saakasviliden-ona-oxunan-hokme

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib. 

“Qafqazinfo” “1tv.ge”yə istinadən xəbər verir ki, Saakaşvili hökmünə münasibət bildirib.

O bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib:

“Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!”.

Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.

Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.

putin-ateskese-razi-olacaq-amma

“Rusiya Ukrayna ilə 30 günlük atəşkəs barədə razılığa gələ bilər, lakin Rusiya Prezidenti Vladimir Putin Moskvanın şərtlərinin müqaviləyə daxil edilməsinə əmin olmaqda qərarlıdır”.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Rusiya liderinin Ukrayna ilə atəşkəs üçün mümkün şərtlərlə razılaşacağı ehtimalı olsa da, o, əvvəlcədən öz şərtlərinin daxil edilməsinə əmin olmaq istəyir”, - nəşr yazır.

Agentliyin mənbələrinin sözlərinə görə, Rusiya rəsmiləri amerikalı həmkarları ilə Ukraynanın Ciddə danışıqları zamanı razılaşdığı sövdələşmənin detallarını müzakirə etməyiblər.

Kremlə yaxın mənbənin dediyinə görə, müvəqqəti atəşkəs üçün şərt olaraq Moskva Kiyevə silah tədarükünün dayandırılmasını tələb edə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin 9 saatlıq görüşü olub. Danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir. ABŞ Prezidenti Donald Tramp isə danışıqlardan sonra Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımına dərhal yenidən başlamaq barədə göstəriş verib.

Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Vaşinqtondan Ciddədə baş tutan görüşlə bağlı təfərrüatları açıqlamasını gözləyir.

Əsrin paradoksu: İqlim dəyişikliyi ilə mübarizə sammiti üçün Amazon meşələri qırılır

2025-ci ilin noyabrında Braziliyanın Belen şəhərində keçiriləcək COP30 iqlim sammiti ərəfəsində ölkə hakimiyyəti mübahisəli qərar qəbul edib. Belə ki, sammit yerini ölkənin qalan hissəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi üçün Amazonun kilometrlərlə qorunan tropik meşələri qırılır. Bu şose dünyanın müxtəlif yerlərindən təxminən 50 min qonağı qəbul etməyə imkan verəcək.

Oxu.Az xəbər verir ki, böyük infrastruktur layihəsi yerli sakinlər və ekoloji fəallar arasında ciddi narahatlıq yaradıb.

Onlar hesab edirlər ki, "planetin ağciyərləri" kimi tanınan unikal Amazon cəngəlliklərinin qırılması iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq forumun keçirilməsi ideyasına ziddir.

Braziliya hökuməti öz növbəsində ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görəcəyinə söz verir. Xüsusilə, yeni magistral boyunca vəhşi heyvanlar üçün xüsusi keçidlərin yaradılması planlaşdırılır. Bundan əlavə, yolun hər iki tərəfində bir zamanlar burada olan Amazon meşələrini xatırlatmaq üçün tropik ağaclar əkiləcək.

Hazırda ekskavatorlar qorunan ərazidən keçəcək yolu örtmək üçün meşə döşəməsini çəkirlər.

Xəbər lenti