Ermənistanda növbədənkənar parlament seçkiləri mövcud siyasi vəziyyəti bu və ya digər şəkildə aydınlaşdırmağa görə keçiriləcək.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, hazırda fəaliyyət göstərən siyasi partiyalar açıq şəkildə son olaylarla bağlı öz mövqelərini ortaya qoymayıblar:

“Hələ də partiyalar daxilində belə vəziyyətdə kimi dəstəkləmələri ilə bağlı konkret mövqe yoxdur. Köçəryanın siyasətə qayıtması onu göstərir ki, Paşinyana rəqib olan, onun əleyhinə çıxış edən qüvvələri birləşdirmək niyyətindədir. Bu qüvvələrin kimlər olacağı hələlik bilinmir. Hazırda parlamentdə Daşnaksütyun və Çarukyan Bloku Paşinyanla bir araya gəlib, müəyyən məsələlərdə koalisiya şəklində fəaliyyət göstərir. Amma yaranmış şəraitdə bu koalisiyanın davamlı olub-olmayacağı məlum deyil. Daşnaksütyunun aparıcı simaları son olaylarla bağlı Paşinyana qarşı daha tənqidi mövqe sərgiləyirlər. Ona görə də bu partiyaların kimi dəstəkləyəcəyi və hansı platforma ilə çıxış etməsi də hələ aydın deyil”.

Politoloq vurğulayıb ki, iqtidarın keçmiş sahibi olan Respublikaçılar Partiyası bundan sonrakı dönəmdə revanşa çalışacaq:

“Ona görə də respublikaçılar bütün vasitələr, o cümlədən xarici qüvvələrin dəstəyindən istifadə edə bilərlər. Onlar ilk növbədə Rusiyadan dəstək almaq istəyirlər. Əslində Paşinyan da Qərbdən dəstək ala bilər, amma bu dəstəyin Paşinyana kifayət edib-etməyəcəyini bilmək olmaz. Hazırda Paşinyanın ABŞ-a səfərinin təşkili - hökumət nümayəndələri ilə görüşləri, diaspor təşkilatlarının və ABŞ konqresmenlərinin konsolidasiyası məqsədilə iş görülür. ABŞ-dakı erməni icması xüsusilə kifayət qədər mütəşəkkil şəkildə fəaliyyət göstərir. Amma Paşinyana qarşı çıxan siyasi qrupların həm öz maliyyə imkanları, həm də onlara dəstək olan siyasi dairələrdə nüfuzu kifayət qədərdir. Ona görə də Ermənistanı həddən artıq gərgin siyasi mühit gözləyir”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti