Almaniya Avropa Birliyinin başında öz adamını görmək istəyir.

 

Bu həftə Almaniya kansleri Angela Merkel ölkəsinin Avropa Birliyinin strukturunda əsas vəzifə sayılan Avropa Komissiyasının sədri vəzifəsinə namizədini müəyyən etməlidir.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu post hazırkı sədr Jan Klod Yunkerin gələn il getməsindən sonra boş qalacaq. Lakin Berlinin indidən iştahlandığı bildirilir.

Almaniyanın “Handelsblatt” qəzetinin hökumətə yaxın qaynaqlara istinadən yazdığına görə, bundan ötrü Angela Merkel AFR Mərkəzi Bankının prezidenti Yens Vaydmanın Avropa Mərkəzi bankının prezidenti postuna namizədliyini irəli sürməkdən vaz keçməyə razıdır.

Qeyd edək ki, Avropa Komissiyasının sədri postuna Birliyə üzv olan ölkələrdə yüksək vəzifə tutmuş şəxslər gətirilir. Məsələn, hazırkı sədr, Jan Klod Yunker buna qədər 20 il Lüksemburqun baş naziri olub. Bu mənada Avropa Komissiyasını da bir növ üzv ölkələrin Nazirlər Kabneti, onun sədrini isə baş nazirlə müqayisə etmək olar. Məhz Avropa Komissiyası Birlik daxilində qanunvericilk aktlarının və siyasi proqramların əsas təşəbbüskarı sayılır, habelə Avropa Parlamenti və Avropa Birliyi şurasının (üzv ölkələrin yalnız dövlət və hökumət başçılarının daxil olduğu orqan-red.) qərarlarının icrasında əsas məsuliyyət daşıyır.

Картинки по запросу eu commission

Cənab Yunker öz vəzifəsini gələn ilin payızında təhvil verməlidir. Bundan sonra Avropa Birliyinin Şurası Avropa Komissiyasının sədrliyinə namizədi Avropa Parlamentinə irəli sürür. Burada Avropa parlamentinə keçirilən seçkilərdə hansı fraksiyanın qalib gəldiyi faktoru da nəzərə alınır. Proqnozlara görə, 2019-cu ildə Avropa parlamentinə keçiriləcək seçkilərdə sağ mərkəzçilərin və onu təmsil edən Avropa Xalq Partiyasının qalib gəlmək şansı böyükdür Bu səbəbdən Avropa Birliyinin hazırda şəksiz lideri sayılan Merkelin öz istədyi namizədi keçirmək üçün əlində yaxşı imkanlar var.

Əgər seçkiqabağı təxminlər özünü doğrultsa sosial-demokratlar Avropa Parlamentinin sədri postu ilə kifayətlənməli olacaqlar. Gələn il Avropa Mərkəzi bankının sədri və Avropa xarici siyasət üzrə komissarı da dəyişməlidir.

Картинки по запросу european union

Qərb mediasında Jan Klod Yunkerin yerinə bir neçə alman namizədin adı hallanır. Bunlar Avropa parlamentində Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, Almaniya Xristian-demokrat Birliyinin üzvü Manfred Veber, AFR İqtisadiyyat və energetika naziri Peter Altmayer və Almaniyanın müdafiə naziri Ursula fon der Lyaendir.

Картинки по запросу european union Manfred Veber

Manfred Veber

Lakin zəif ehtimal da olsa başqa ölkələrin də bu posta iddiası var. Onların arasında “Breksit” danışıqları üzrə müzakirə heyətinin rəhbəri Mişel Barnye (Fransa), Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubba və İrlandiyanın baş naziri Endi Kenninin isimlər çəkilir.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti