Hikmət Hacızadə: “Yazıq müsəlman demokratlar, inciməyin”; Bəxtiyar Sadıqov: “Düşünmürəm ki, Makkeyn xarakterli bir şəxslə bizdən kimsə  dostluq edə bilərdi”.

 

Amerikanın məşhur respublikaçı senatoru, 81 yaşında beyin xərçəngindən dünyasını dəyişən Con Makkeyn sabah dəfn olunacaq. ABŞ prezidentliyinə keçmiş namizədin vəfatından öncəki vəsiyyəti indi  daha çox müzakirə olunur.

Məlumdur ki, o, tabutunun rusiyalı publisist və “Açıq Rusiya” hərəkatının koordinatoru Vladimir Kara-Murza, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, keçmiş senator Rass Faynqold, keçmiş müdafiə naziri Uilyam Koen və bir neçə dostunun çiyinlərində son mənzilə yola salınmasını istəyib. Bu isimlər arasında ən çox diqqəti Kara-Murza cəlb edir. Makkeynin Amerikanın ən gərgin münasibətdə olduğu Rusiyanın müxalif siyasətçisinin çiyinlərində getmək diləyinin onun sağlığında düşmən münasibətdə olduğu Ağ Evin sahibi Donald Trampa və şimal qonşumuzun rəhbəri Vladimir Putinə son mesajı kimi qələmə verilir. İstənilən halda dünya demokratlarının ağsaqqalı sayılan mərhum senatorun rusiyalı publisistə verdiyi önəm ciddi suallar doğurur.

Məlumat üçün bildirək ki, Rusiyalı müxalifətçi ilə amerikalı senator 2010-cu ildən, Moskvanın Bolotnaya meydanındakı etiraz aksiyalarından sonra  tanış olublar.

Azərbaycan müxalifəti daxilində də Makkeyn kifayət qədər rəğbət qazanmış şəxs idi. Hətta onun bəzi müxalif liderlərimizlə şəxsi tanışlığı olub. Bu sırada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər adını xüsusi olar çəkmək olar. İsa bəylə Makkeyn dəfələrlə görüşüblər. Mərhum siyasətçi Azərbaycan müxalifətinin şəxsinə qarşı olan münasibətini də bilməmiş deyildi.

Amma bütün bunlara baxmayaraq, vəsiyyətində Azərbaycan müxalifətində kimsənin adını çəkməməsi müzakirə mövzusuna çevrilib.

İlgili resim

Tanınmış politoloq Hikmət Hacızadə Makkeynin təkcə Amerika siyasətçisi olmadığını söylədi: “Dünyada Makkeyn sağyönümlü insanların lideri idi. O şəxs vəsiyyətində hər ölkədən adamların adını çəkə bilməzdi. Texniki cəhətdən belə bu mümkün deyil. Bu baxımdan Azərbaycan unudulub. Amma nəzərə almaq lazımdır ki, unudulan tək biz deyilik. Kara-Murza Makkeynin şəxsi dostu olub. Onunla ona görə dostlaşıb ki, bu şəxs demokratdır, demokratiya uğrunda vuruşur. Eyni zamanda, Kara-Murza həm də tanınmış jurnalistdir. Onun haqqında eşitmişəm, çox ləyaqətli insandır. Belə hallar olan kimi azərbaycanlılar tez küsürlər. Ay, bizə fikir vermədilər, unudulduq kimi giley-güzar edirlər. Bu o məsələ deyil, məni yasa, yaxud xeyir işə çağırmadılar, inciyim. Yazıq müsəlman demokratlar, inciməyin. Gələn dəfə yəqin sizi də, məni də çağırarlar”.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bunları dedi:  “Azərbaycanda Makkeynin tanıya biləcəyi bir siyasətçi yoxdur. İnsanlar bir dövr yaşadıqdan sonra Allahın onlara verdiyi ömür payı bitir, o dünyaya köçürlər, əvvəl ruhları, sonra isə cisimləri gedir. Ruhun köçməsini heç birimiz görmürük, amma cisim mərasim şəklində aparılır. Bu zaman insanlar vidalaşmağa gəlirlər, borclarını yerinə yetirirlər. Ata üçün böyük fəxarətdir ki, oğlunun çiyinləri üstündə o dünyaya getsin. Allah eləməsin ki, əksi olsun. Cənazəyə ölənin ən yaxınları girirlər. Makkeyn də qəribə xarakterli bir siyasətçi olub. Hərbçi, yəni təyyarəçi olduğu üçün oddan-alovdan keçib. Onun xarakterində döyüşkənlik, barışmazlıq var idi. Hətta  öz prezidentlərinin belə yas mərasiminə dəvət olunmasını istəməyib. Makkeyn ölümündən sonra belə prezidentlə barışmayıb. Bu insanın xarakterindən irəli gələn məsələdir. Adını çəkdiyiniz rus siyasətçi ilə Makkeynin necə bir münasibətlərinin olduğunu bilmirəm. Belə xarakter sahibləri adətən sınadıqları, etibar etdikləri şəxsləri sevirlər. Öləndə isə belə şəxslərin tabutlarının altına girmələrini istəyirlər. Kara-Murzanın adı bu baxımdan vəsiyyətdə yer alıb. Makkeynlə gərək azərbaycanlı bir siyasətçi yaxın olardı ki, onu da dəvət edərdi. Amma düşünmürəm ki, Makkeyn xarakterli bir şəxslə bizdən kimsə yaxınlıq, dostluq edə bilərdi. Çünki onda sərt xarakter olub. Adətən siyasətçilər bir az kompromisə meylli olurlar. Makkeyn bir zamanlar rəqibi olmuş və bu gün dövlətə rəhbərlik edən şəxsi sona qədər bağışlamadı. Bütün hallarda o insan çox çətin bir ömür yaşayıb. Çalışıb ki, dövlətinə xidmət etsin. Hiss olunur ki,  dostluqda möhkəm adam olub. Sevdiyini millətindən asılı olmayaraq sevib. Bu mənada hörmət doğurur və bunun üçün də deyirəm ki, Allah rəhmət eləsin”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti