İlham İsmayıl: “Gərginliyi şimal bölgəsindəki separatizmdə axtarmaq lazımdır”

 

Son aylarda Azərbaycanın şimal bölgələrində radikal dindarların fəallaşdığı müşahidə olunur. Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmazda keçirdiyi son əməliyyat bunu deməyə əsas verir.

Radikal dindarların fəallaşmaları bir çox səbəblərlə izah edilir. Səbəblərdən biri kimi son zamanlar ciddi zərbələr alan İŞİD-in yenidən “boy göstərmək” cəhdi kimi qiymətləndirilir.  

Sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tam dağılmasa da, İŞİD-ın fəaliyyəti olduqca zəifləyib: “İnanmıram ki, nəzarətsiz şəkildə İŞİD-də fəaliyyət göstərən şəxs rahatca Azərbaycana gəlib bir bölgədə fəaliyyət göstərsin. Şimal bölgəmizdə vəhhabilər, radikal dindarlar hər zaman olub. Onlar da zəifləyiblər. Amma müəyyən mənada ola bilsin ki, Gəncə hadisələrindən sonra-hərçənd ki, bu hadisələrin vəhhabilərə heç bir dəxli yoxdur-bəzi şəxslərin qarşıdurma zamanı öldürülməsi onlarda qıcıq oyadıb. Son zamanlar deməzdim ki, xüsusi bir gərginlik var. Əksinə, o xüsusi gərginliyi şimal bölgədəki separatizmdə axtarmaq lazımdır. Çünki son vaxtlar onlarda bir balaca tərpəniş hiss olunur, nəinki dindarlarda.

İlham İsmayıl ile ilgili görsel sonucu

Radikal dindar harada olmasından asılı olmayaraq təhlükəlidir, istər şimalda, istərsə də, cənubda. Amma hesab edirəm ki, hazırda Azərbaycanda radikal dindarlar özlərini açıq şəkildə göstərmirlər. Onlar əks taktikanı seçirlər ki, onlara lazım olan vaxt ortalığa çıxsınlar, istər şiə, istərsə də, vəhhabi radikalları olsun. Onlarda hər zaman gözləmə, gizlilik və məxfilik var. Şimali Qafqazdan, Dağıstan istiqamətlərindən İŞİD-ın tərkibində olanların ölkəmizə keçmə ehtimalları var. Çünki o yerlər dağlıq ərazilərdir. Elə oradan gizli şəkildə keçib getmək ehtimalları da var. Amma bura gəlib açıq şəkildə özlərini göstərmələri heç inandırıcı gəlir. Onlar adətən özlərini göstərməmək üçün daha çox çabalar göstərirlər. Bu və ya digər şəkildə gələn şəxs azından bir yaşayış məntəqəsinə, balaca bir kəndə gəlir. Özü də yaxşı bilir ki, bu məsələlərin hamısı dövlətin nəzarətdədir. Məhz bunun üçün inandırıcı deyil ki, kimsə sərhədi pozmuş şəkildə bura gəlib çıxsın. Ən azından sərhədi pozduğu, qanunsuz keçdiyi üçün həmin şəxslər haqqında tədbirlər görülə bilər. Ola bilər ki, nəzarətdən kənarda qeydiyyata düşməyən kimlərsə olsun. Onların İŞİD-da olub-olmadıqları bilinməsin. Amma sizi inandırıram ki, İŞİD-da istər qadın, istərsə də, kişi olsun, onların heç biri sakitcə bura gələ bilməzlər”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti