Son dövrdə Feysbukun erməni seqmentində fəal şəkildə Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq çağırışının əks olunduğu səhifə tirajlanır.

Səhifənin müəllifləri hesab edir ki, 102 saylı rus hərbi bazası onların ölkəsinin maraqlarını əks etdirmir və respublika ərazisindən çıxarılmalıdır.

Axar.az xəbər verir ki, bu barədə “Kubanski Novosti”də Sergey Verxovtsevin yazısı dərc olunub. Müəllif sözügedən səhifədə Rusiya Prezidenti Vladimir Putinin lağa qoyulduğu fotoların paylaşıldığını bildirib.

“Bu nə deməkdir? Niyə müdafiə qabiliyyəti və ümumiyyətlə mövcudluğu Rusiyadan asılı olan ölkənin sakinləri birdən-birə həyatlarına zəmanət verən bir hərbi obyektə qarşı virtual üsyan qaldırırlar? Burada və istənilən siyasi texnologiyada iki sualın cavabını bilmək lazımdır: Müəllif kimdir və bu dalğa kimə faydalıdır?”, - ekspert bildirib.

Verxovtsevin sözlərinə görə, bu səhifənin təqdimatı ilə Soros Fondunun Ermənistanda uzun müddətdir çalışan əməkdaşı, qısa bir zaman əvvəl hökumət orqanlarında fəaliyyətə başlayan Daniel İonisyan (Ermənistanın Baş nazirinin birinci müavini Ararat Mirzoyanın rəhbərlik etdiyi komissiyanın tərkibində Seçki kodeksində islahatların əlaqələndirilməsi) məşğul olur. Onun bu vəzifədə əsas köməkçisi yaxın vaxtlarda Qarabağda dörd günlük Aprel müharibəsi zamanı həlak olan erməni əsgərlərinin ünvanına qəbuledilməz ifadələr səsləndirdiyi üçün işdən azad edilən Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır.

Bundan əlavə gəlin bəzi təəccüblü faktları nəzərdən keçirək: Ermənistanın Müdafiə naziri David Tonoyanın rus hərbi bazası və Rusiya FTX-nin sərhədçilərinin statusuna baxılmasına çağırış xarakterli bəyanatı, Panik kəndindəki hadisələrlə bağlı bir qədər əvvəl yaranmış rezonans və Paşinyanın ətrafındakı Qərb QHT agentlərinin dağıdıcı təbliğatı...

Belə bir təəssürat yaranır ki, İrəvandakı yeni hökumət formal olsa belə Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi mövqeyindən çıxış edir. Ancaq daxili informasiya sahəsində ölkə rəhbərliyindəki şəxslər mütəmadi olaraq geniş xarakter alan ciddi antirusiya təbliğatı kampaniyasına start veriblər. Bütün bunlar xüsusilə Paşinyanın Qərbin qrantları ilə maliyyələşənləri ictimai vəzifələrə yerləşdirməsi və onların daxili proseslərə təsirinin tədricən gücləndirilməsi kontekstində normal insanlar üçün ciddi narahatlıq yaratmaya bilməz.

“Əgər işlər bundan sonra da belə davam etsə, “Milyarder Sorosun uşaqları” onlara qoyulan pullarla əvvəl-axır İrəvanı Türkiyə ilə təkbətək qoyaraq Rusiya əsgərlərinin Ermənistandan çıxmasına nail olacaqlar”, - müəllif bildirib.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti