Rusiya-Ermənistan münasibətlərindəki situasiya Moskva və Bakı arasında əməkdaşlığın gücləndirilməsinə yardım edə bilər.

 

Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq məsələsində problemlər yarandığı haqqında məlumatlar ortaya çıxdı. Məsələ odur ki, Moskva İrəvana 100 milyon dollar həcmində yeni hərbi krediti verməkdən imtina etdi. Belə situasiya Ermənistanın Baş naziri Nikol Paşinyanın özünün inqilabçı lider kimi aparmasından sonra yarandı. Belələrini Moskvada sevmirlər. Üstəlik, Moskvada Paşinyana elə də xoş münasibət bəsləmirlər. Doğrudur, açıq-aşkar düşmənçilik yoxdur, amma gərginlik mövcuddur. Yeni erməni baş nazirin davranışları bizim Ermənistanla münasibətlərimizi yumşaq şəkildə desək, pisləşdirib”, - ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan bir müddət öncə Hindistandan silah alacağını bəyan etməklə özünün silah tədarükü mənbələrini diversifikasiya etmək istəyir:

“İrəvan Hindistandan silah almaqla göstərmək istəyir ki, siz olmasanız, biz silahı başqa yerdən də ala bilərik. Bəs necə? Ermənistan ordusu üçün alınan silahların pulunu erməni diasporu ödəyib. Rusiya-Ermənistan münasibətlərindəki situasiya Moskva və Bakı arasında əməkdaşlığın gücləndirilməsinə yardım edə bilər. Lakin qeyd etmək lazımdır ki, Rusiya hər zaman Cənubi Qafqaza ümumi baxıb. Yəni Moskva bir ölkə ilə başqasına düşmənçilik etmək üçün əlaqə qurmayıb. Moskvanın bütün Cənubi Qafqaz ölkələri ilə normal münasibətləri qoruyub saxlaması çox vacibdir”.

Felgenhauer Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacağını da qeyd edib:

“Azərbaycan KTMT-yə üzv olmayacaq, lakin KTMT-nin tərəfdaşı və ya müşahidəçi statusu alması mümkündür. Belə ki, bu status ölkələrə KTMT qarşısında heç bir hüquqi öhdəlik qoymur. Digər tərəfdən, müşahidəçi və tərəfdaş statusu Azərbaycanın bloklara qoşulmama siyasətinə zidd olmayacaq. KTMT-də müşahidəçi statusu Rusiya və Azərbaycanı daha çox yaxınlaşdıra bilər, hətta Qarabağ konfliktinin həllini də aktivləşdirə bilər.

Misal kimi NATO-nun tərəfdaşları olan Finlandiya və İsveçi göstərmək olar. Bu dövlətlərin NATO qarşısında heç bir hüquqi öhdəlikləri yoxdur. Azərbaycanın Ermənistan kimi NATO ilə tərəfdaşlıq münasibətləri var. Onlar “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edirlər. Prinsipcə, bu gün heç nə ölkələrə NATO və KTMT-nin eyni anda tərəfdaşı olmasını əngəlləmir”.

Felgenhauer müsahibəsində həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri məsələsinə də toxunub:

“Adətən belə səfərlər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri birbaşa müzakirə edilmir. Məsələ yalnız hansısa problem və hadisəylə bağlı olduqda, əgər hansısa modern silahın alınmasına yalnız prezident razılığı tələb edildikdə müzakirəyə çıxarılır. Doğrudur, Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığında heç bir problem yoxdur. Buna rəğmən əgər ABŞ bundan da sonra Rusiyadan silah alan ölkələri qorxutmağa davam etsə, bu, Azərbaycana da təsir edəcək. Nəticədə Azərbaycan Vaşinqtonla individual qaydada razılaşmalı olacaq. Azərbaycanın ABŞ-la razılaşmaq imkanları isə mövcuddur. Azərbaycan ABŞ üçün coğrafi və strateji baxımdan vacib dövlətdir. Bu ölkə İranla sərhəddə yerləşir. Üstəlik, hərbi-strateji baxımdan Azərbaycan İsrail üçün də vacibdir. Məncə, Bakının razılaşma üçün imkanları var. ABŞ bəzi ölkələrə silah almaq imkanları yaradır. Belə istisnalardan İndoneziya, Hindistan kimi ölkələr istifadə edirlər. Eyni razılıq Azərbaycana da verilə bilər”.

Felgenhauerin fikrincə, Ermənistanın son zamanlar Belarusu Azərbaycana silah satdığına görə tənqid etməsi doğru deyil.

Onun sözlərinə görə, KTMT səviyyəsində əməkdaşlıq İrəvanın Minskə hansısa qadağa tətbiq etməsinə imkan yaratmır:

“KTMT öz üzvlərinə silah satmaq məsələsində hansısa qadağa tətbiq etmir. Belarus buna görə istədiyi ölkəyə silah sata bilər. Maraqlı məqam odur ki, KTMT kollektiv müdafiə haqqında ittifaqdır. Yəni əgər bir ölkəyə hücum olsa, digərləri onu müdafiə etməlidir. Lakin köməyin necə olacağı dəqiq göstərilmir. Belarus Konstitusiyasına əsasən, ordunun sərhəd kənarına göndərilməsi tam qadağandır. Yəni KTMT dövlətlərinin bir-birinə necə kömək edəcəyi bilinmir”.

Qeyd edək ki, bundan öncə Hindistan mətbuatı Ermənistanın Hindistandan “Pinaka” reaktiv atəş sistemi alacağı haqqında məlumat yayıb. Mətbuatın məlumatını Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib.

“Pinaka” sistemi 1980-ci illərdə yaradılıb. Sistemin yaradılmasında məqsəd SSRİ-nin “Qrad” sistemlərini əvəz etmək olub.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti