Əgər hökumət Rusiya ilə hər zaman yüksək səviyyəli münasibətlərdən bəhs edirsə, o zaman həqiqətən münasibətlərdə problemlər var.

 

Axar.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Normal situasiyada yaxşı münasibətlərdən bu qədər tez-tez bəhs etməyin mənası yoxdur. Mənə elə gəlir ki, Ermənistan hökuməti regiondakı situasiyanı qeyri-adekvat formada dəyərləndirir. Bir tərəfdən bizə dost ölkəyə Qərb tərəfdən sanksiya elan edilib, digər tərəfdən isə düşmənlərimiz daha qeyri-müəyyən olurlar.

Belə bir situasiyada illərdir formalaşmış münasibətləri qırıb, digər güc mərkəzləriylə yeni alyanslar axtarmaq yanlış olardı. NATO ilə münasibətləri inkişaf etdirmək lazımdır, lakin burada iki fikir olmamalıdır. Mən anlamıram ki, Ermənistan hökumətinin Brüsseldəki NATO sammitində iştirakına nə ehtiyac var idi. NATO ilə Rusiya münasibətlərinin sıfır həddinə düşdüyü zamanda NATO dəhlizlərində selfi çəkdirib, tərəfdaşlarımızda suallar yaratmaq uzaqgörənlik deyil. İndi Ermənistan rəhbərliyi situasiyanı anlamağa başlayıb və səhvlərini düzəltmək üçün addımlar atır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə gələn şəxslər uzun illər Rusiyaya qarşı çıxış edərək, İrəvanın Avrasiya İttifaqında iştirakına, 102-ci bazanın Gümrüdə olmasına etiraz ediblər:

“Bunları bir günə dəyişməyi təsəvvür etmək çətindir. Əslində hakim komanda da keçmiş fərqli geosiyasi yanaşmaları müdafiə edən şəxslərdən təşkil edilib. Onların demək olar ki, hamısı bu və ya digər yollarla Qərb strukturları və qrantları ilə bağlı olublar.

Sizcə, bu regionda təhlükəsizlik sferasında Rusiyadan çox imkanları olan başqa ölkə varmı? Bu regionda Rusiyadan çox rıçaqları, təsirləri və hərbi imkanları olan ölkə varmı? Artıq mövcud olan münasibtələrdən imtina etmək olmaz. Brüsselə göz dikənlər çox yanılırlar. Əgər bu istiqamətdə hətta çox uzağa hədəflənən niyyətləri olmayıb, sadəcə, qısamüddətli dividentlər qazanmağa cəhd etsələr belə, bu, çox təhlükəlidir.

Türkiyədə baş verənlərə baxın, Azərbaycanın fəaliyyətlərinə və ritorikasına baxın! Ermənistan və Türkiyənin potensialları müqayisəedilməzdir. Bakı hər zaman öz arxasında Ankaranın ciddi dəstəyini hiss edəcək”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti