Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşü əlamətdardır.

 

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk Azərtac-a müsahibəsində deyib.

“Bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər. Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu daha dəqiq olaraq belə adlandırardım: əlamətdar görüş. Sadəcə o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi", - Trofimçuk bildirib.

Onun sözlərinə görə, heç də sonuncu dərəcəli olmayan həmin səbəbdən İlham Əliyevin səfərinə məhz bu cür məna verilib: "Xüsusən ona görə ki, razılaşmaların olduqca mühüm bəndlərindən biri, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu ölkənin Rusiyadan getdikcə daha çox hərbi təyinatlı məhsullar almasıdır. Artıq bu məhsulların dəyəri 5 milyard dolları ötür. Bu, bariz nümunədir. Azərbaycan özünü regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır. Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayıb”.

Rusiyalı ekspertin fikrincə, danışıqların yekunu üzrə imzalanmış böyük sənədlər paketi müstəqil məna kəsb edir və regionda vəziyyəti gərginləşdirmək meylindən uzaqdır:

"Rusiya Prezidenti öz növbəsində, "Şimal-Cənub" nəqliyyat marşrutunun vacibliyini qeyd edib ki, bu, bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır. Beləliklə, iki prezidentin görüşü Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı".

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti