Aralıq dənizinin ada dövlətinn cənub hissəsi, yəni Kipr Yunan Respublikası varlı rusiyalıların ölkədə pul yumaq məqsədilə yaratdıqları birgünlük firmaları hədəfinə götürüb.

 

Almaniyanın “Handelsblatt” qəzetinin yazarı Herd Hölerin yazdığına görə, rəsmi Nikosiyaya bu barədə ilk növbədə ABŞ ciddi təzyiq göstərir.

Uzun müddət Cənubi Kipr taladıqları pulları vergilərdən gizlətmək istəyən, keçmiş SSRİ-dən çıxan “biznesmenlər”in oylağına çevrilib. Cəmi 800 min əhalisi olan bu dövlətdə tam 300 min firma qeydiyyatdadır. Bunların arxasında nə qədər pul gizlədildiyini isə heç kim bilmir. Məhz bu cür məxfilik Cənubi Kipri anonim qalmaq istəyən “iş adamları” üçün cəlbedici məkana çevirib.

Lakin indi hər şey dəyişib. Cənubi Kiprin mərkəzi bankı iyunun 14-də ölkədə fəaliyyət göstərən özəl banklara “birgünlük” firmalarla iş görməməyi tapşırıb. Xəbərə görə, bu Kiprdə ən azı 40 min şirkətin bağlanmasına gətirib çıxaracaq.

Картинки по запросу cyprus corruption firms

Hölerin yazdığına əsasən, rəsmi Nikosiya bununla bağlı Avropa Birliyindən deyil, Vaşinqton tərəfindən ciddi şəkildə təzyiqlərə məruz qalır. ABŞ maliyyə nazirinin terrorçuluğun maliyyələşdirlməsinə qarşı mübarizə məsələləri üzrə müavini Marşal Billinqsli Cənubi Kiprdən Rusiya oliqarxlarının adadakı qaranlıq əməliyylatlarına son verilməsini tələb edib.

Höler bu məsələnin cənublu kiprlilər üçün həssas məsələ olduğunu yazır. Çünki varlı rusiyalılar Cənubi Kipr banklarının yağlı müştərisi olmaqla bərabər, həm də onların iri səhmdarlarıdır. Məsələn Kipr Bankının (Bank of Cyprus, BoC) ən böyük fərdi səhmdarı rusiyalı oliqarx Viktor Vekselberq sayılır. Onun “Lamesa” şirkəti bankın 9,3% səhmlərinə sahibdir.

Картинки по запросу виктор вексельберг кипр

Viktor Vekselberq

“Lakin indi Vekselberq bank üçün əsl başağrısına və yükə çevrilib. Belə ki, Viktor Vekselberq aprel ayından bu yana ABŞ hökumətinin sanksiyası altında olan rusiyalı biznesmen sayılır. Onun ABŞ-dakı aktivləri çoxdan dondurulub. Habelə Vekselberqin Donald Trampın seçki qəragahının keçmiş rəhbəri Pol Manafortla əlaqələri prokuror Robert Müllerin diqqət mərkəzindədir. ABŞ prokurorluğunun fikrincə, Vekselberqin xarici banklarda gizlətdiyi onlarla milyon dollarlıq sərvət məhz Kipr banklarındadır.

Bundan əlavə, Rusiyanın “Russian Commercial Bank”Iıda Cənubi Kiprdə iş görən iri maliyyə quruluşlarından (ölkədə 4-cü) sayılır. Bu bankın əsas səhmdarı isə Rusiyanın ikinci ən böyük kredit qurumu sayılan “VTB”-dir.

Картинки по запросу cyprus bank VTB

İnsayderlərin hesablarına görə, Rusiya, Ukrayna və digər SSRİ ölkələrindən gələn şəxslər Cənubi Kiprdə ən azı 100 min şirkət yaradıblar. Onların bir çoxu vergilərdən yayınmaq və "qara pullar"ı yumaq üçün fəaliyyət göstərib.

Cənubi Kiprdə daşınmaz əmlak alana da böyük güzəşt və imkanlar bəxş edilir. Ölkə qanunlarına əsasən 2 milyon dollar sərmayə qoyan şəxsə Avropa Birliyi vətəndaşlığı verilir. Təkcə elə keçən il Cənubi Kipr hökuməti Rusiyadan gələnlərə 1013 belə “qızıl pasport” paylayıb.

Картинки по запросу cyprus russian corruption passports

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti