Paşinyanın bu səfəri onun Rusiya ilə münasibətləri qaydasına salmaq üçün ikinci və son şansıdır.

 

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edərkən deyib. O bildirib ki, Paşinyanı narahat edən məqamlar var:

“Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərindən dərhal sonra erməni mətbuatında Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyi barədə xəbərlər yayılmağa başladı. Ehtimal ki, görüşmək istəyi Nikol Paşinyandan gəlib. Artıq Azərbaycan getdikcə Rusiyanın siyasi, hərbi, iqtisadi cəhətdən ayrılmaz tərəfdaşına çevirilir. Bu da Ermənistanı, xüsusilə də Paşinyanı narahat edir. Digər tərəfdən, ən önəmlisi odur ki, Putinin Dağlıq Qarabağ məsələsinə münasibəti erməni hökumətində narahatlıqla qarşılanıb. Azərbaycan və Rusiya arasında enerji, turizm, nəqliyyat kimi sektorların inkişafına dair sənədlərin imzalanması Ermənistanda xüsusi həyəcan doğurur”.

Analitik vurğulayıb ki, digər önəmli bir məsələ ölkə daxilində növbədənkənar parlament seçkilərinin keçirilməsidir:

“Rusiyanın Robert Köçəryanı dəstəkləməsi qənaəti var və bu Paşinyanı çox narahat edir. Böyük ehtimalla Paşinyan “sədaqətini” göstərməyə çalışacaq və Gümrüdə yerləşən 102-ci hərbi bazanın daha da genişləndirilməsi, qarşıdakı günlərdə birgə genişmiqyaslı hərbi təlimlərlə də bağlı təklif verəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti