ABŞ prezidentinin keçmiş müşaviri Stiven Bennon “The New Yorker” jurnalının hər il oktyabr ayında təşkil etdiyi ənənəvi ictimai-siyasi forumda iştirak edə bilməyəcək.

 

Musavat.com xəbər verir ki, jurnalın baş redaktoru Devid Remnik Bennonun foruma dəvət olunacağını bildirikdən sonra şou-biznesin tanınmış nümayəndələri ayağa qalxıb və dərhal həmin forumdan imtina edəcəklərini xəbər ediblər.

Remnikin planı Stiven Bennonu çağırmaqla onun liberal kəsimlərlə debatını təşkil etməkmiş. Lakin ulduzların boykot hədəsi onu bu qərarı dəyişdirməyə vadar edib. Xüsusilə aktyor Cim Kerri (Azərbaycan tamaşaçılarına "Maska" filmindəki rolu ilə tanışdır), prodüser Cad Apatou, aktyor və teleaparıcı Con Muleyni, komik Petton Osvald, müğənni Cek Antonoff kimi ABŞ və Kanadanın tanınmış isimləri Bennonun olduğu yerə gəlməyəcəklərini bildiriblər.

ABŞ ictimaiyyəti Stiven Bennonu ağ irqin üstünlüyü və antisemitizm ideyalaını müdafiə etdiyi üçün sevmir.

Hadisənin qəhrəmanı isə olanları sakit qarşılayıb. Lakin Bennon sosial şəbəkələrdəki tənqid dalğasına görə onun dəvətini ləğv edən Devid Remniki “zəif və “iradəsiz” adlandırmaqdan özünü saxlaya bilməyib.

David Remnick Steve Bannon

Devid Remnik, Stiven Bennon

Qeyd edək ki, Stiven Bennon ABŞ siyasi həyatında mühüm rol oynayan şəxslərdən bir sayılır. O, 2016-cı ilin avqustunda Donald Trampın seçki qərargahına rəhbərlik edib. Məhz onun sayəsində Tramp ABŞ-da ağ seçicilərin səslərinin əhəmiyyətli hissəsini yığmağı bacarmışdı. Onun miqrasiya, xarici ticarət kimi məsələlərdə prezident üçün tərtib etdiyi strategiya respublikaçılarn namizədinin kilid ştatlarda qələbəsini təmin edib.

Lakin 2017-ci ilin avqustunda Bennonun “American Prospect” jurnalının əməkdaşı Robert Kattnerlə söhbəti üzə çıxdıqdan sonra istefaya getməyə məcbur olub. Həmin danışıq zamanı o, jurnalistə Ağ Ev administrasyasında hər gün döyüşdüyünü və burada əsl “quzğun” (yəni radikal düşüncəli) koalisiyası yaratmaq niyyətini bildirmişdi. Bennonun bu cür mövqeyi Tramp kimi adamı belə özündən çıxarmış, sonuncu hətta onu “dəli” adlandımşdı. Bundan başqa, Stiven Bennonun prezidentin kürəkəni Cared Kuşnerlə də arasının pis olduğu məlum olub.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti