Ermənistanda yeni hökumətin korrupsiyaya qarşı mübarizə barədə bəyanatlarına baxmayaraq, rəsmi mənbələr bu cür halların çoxaldığını etiraf etməli olub.

 

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu ölkənin Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan altı dövlət idarəsində korrupsiya faktlarını açıqlayıb. Onun sözlərinə görə, ən rüsvayçı yeyinti halları “Yüksəkgərginlikli elektrostansiyalar” QSC-də aşkarlanıb. Bu müəssisənin rəhbərliyi istismar müddəti başa çatmış və hər birinin qiyməti 25 min dollar olan transformatorların istehsal tarixini silərək onları yeni avadanlıq kimi təqdim edib. Mənimsənilən 291 min dolların dövlət büdcəsinə qaytarılması üçün sənədlər prokurorluğa göndərilib. Bundan başqa, xarici şirkətlə imzalanan müqavilənin dəyəri də 1,5 milyon dollar şişirdilib.

Sanasaryan əlavə edib ki, “Ukrinvest”, “Lusanşan”, “Rodina-Diaspora” və digər müəssisələrdə də maliyyə fırıldaqları və digər korrupsiya faktları aşkarlanıb. Xidmət rəisi vurğulayıb ki, bütün bu iqtisadi cinayətlər Ermənistanda “məxməri inqilab”dan sonrakı dövrdə törədilib. Ermənistan Aqrar Universitetinin rektoru Nşan Qriqoryan isə saxta tender yolu ilə satınalma əməliyyatları keçirməkdə ittiham olunur.

Bununla yanaşı, Rusiyada diaspor fəaliyyəti ilə məşğul olan “Rodina-Diaspora” təşkilatının Ermənistan İctimai Televiziyasına sənədli film çəkilişi üçün 145 min dollar pul köçürməsi faktı ilə bağlı da cinayət işi qaldırılıb. Məlum olub ki, televiziya bu filmi öz vəsaiti hesabına lentə alıb.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti