“İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşməyəcək”.

 

“Report” xəbər verir ki, bunu İslam Respublikası Prezidenti Administrasiyasının başçısı Mahmud Vaezi deyib.

“Ötən 4-5 ildə etdiyimiz kimi, müxtəlif ölkələrlə bir araya gəlib fikir mübadiləsi aparmaq niyyətindəyik. Bu, başqa dövlətlərlə qarşılıqlı məsələləri müzakirə etməyimiz üçün ən ucuz və uyğun vasitədir”, - o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 4-də Dini Ekspertlər Şurasının sədri, ayətullah Əhməd Cənnəti Həsən Ruhanini nəzərdə tutaraq bəzi şəxslərin ABŞ-da Donald Trampla görüşmək istədiyini söyləmişdi.

Mahmud Vaezi bu iddianı təkzib edərək deyib ki, belə bir görüşün olacağından söhbət də gedə bilməz.

Mahmud Vaizi bu il iyulun 18-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, ötən il BMT Baş Assambleyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi BMT Baş Assambleyası çərçivəsində Donald Trampın görüş istəyindən Həsən Ruhaninin imtina etdiyini söyləmişdi. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Nauret də BMT-də Assambleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsindən İran tərəfinin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamamışdı.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti