Sentyabrın 7-nə planlaşdırılan Rusiya-Türkiyə-İran üçlüyünün görüşündə əslində Suriyadakı problemlərin tam mənası ilə həll ediləcəyi ilə bağlı bir iddia yoxdur.

 

Bu sözləri Axar.az-a açıqlamasımnda analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ümumiyyətlə, belə bir iddianı ortaya qoymaq da olmaz:

“Amma şübhəsiz ki, belə formatlı görüşün keçirilməsi Suriyada olan bir sıra ciddi məsələlərlə bağlı müəyyən irəliləyişlərin əldə edilməsinə öz müsbət töhfələrinə verə bilər. Rusiya, İran və Türkiyə üçlüyünü formalaşdıran ən vacib faktor xarici faktordur. Qərbin Türkiyəyə, İrana, Rusiyaya münasibəti bu üçlüyü bir araya gətirə bildi. İndinin özündə də Suriya məsələsində bu üçlüyü strateji nöqteyi-nəzərdən bir-birindən fərqləndirən ciddi məqamlar olsa da, müəyyən korrektələr etməklə, hər üçü öz siyasətlərini uzlaşdırmağa cəhd göstərir”. 
Analitik vurğulayıb ki, İdlib kifayət qədər prinsipial məsələdir:

“Əslində ABŞ-ın İdlib məsələsinə münasibətinin Türkiyənin mövqeyi ilə üst-üstə düşməsi o demək deyil ki, biz ABŞ və Türkiyənin Suriyada ortaq hərəkət etməsinin şahidi olacağıq. Eyni zamanda İdlib məsələsində Rusiya və İranla Türkiyənin mövqelərinin üst-üstə düşməməsi də Türkiyənin Rusiya və İranla üz-üzə gələ biləcəyi anlamına gəlmir. Yəni mövcud xarici şərtlər ümumilikdə götürdükdə hazırda Türkiyə, Rusiya və İranı hansısa bir nöqtədə ortaq məxrəcə gəlməyə məcbur edir. Mənə elə gəlir ki, müəyyən qədər bu ortaq nöqtələr tapılacaq”.

Qeyd edək ki, Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə 7 sentyabr tarixində Tehranda üçtərəfli Suriya sammiti baş tutacaq.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti