ABŞ-da mal və xidmətlərin idxalı rekord səviyyədə artdığı üçün iyulda ticarət kəsiri artaraq cari ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

 

Axar.az xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyinin məlumatına görə, mal və xidmətlərin balansında kəsir (ABŞ-da istehsal olunan malların başqa ölkələrə ixracı ilə idxalı arasındakı fərq) cari ilin iyununda qeydə alınmış 45,7 milyard dollardan iyulda 50,1 milyarda çatıb. İxracın həcmi 211,1 milyard dollara qədər (1 faiz) azalıb. Yük avtomobillərinin və kompüterlərin alışından sonra idxalın həcmi rekord səviyyədə - 261,2 milyard dollara qədər (0,9 faiz) artıb.

Kəsirin azaldılması istiqamətində Prezident Donald Trampın ticarət sazişlərinə yenidən baxılması və idxal rüsumlarının artırılması üzrə səyləri nəticəsiz qalıb.

Ötən ay Birləşmiş Ştatlar Çin mallarına 50 milyard dollar həcmində tarif tətbiq ediblər. Tramp, həmçinin, alüminium və polad idxalına rüsumlar qoyub, eləcə də xaricdən avtomobillərin gətirilməsinə tariflər tətbiq etmək niyyətindədir ki, bu da Avropa İttifaqı ilə əlaqələrin pozulmasına gətirib çıxara bilər. ABŞ Prezidenti Kanadanı da Şimali Amerika Azad Ticarət Zonası haqqında Sazişdən (NAFTA) çıxarmaqla hədələyib.

Lakin Trampın aqressiv iqtisadi siyasəti ticarət göstəricilərinə səmərəli təsir göstərməyib. Belə ki, iyul ayında Çinlə mal kəsiri 10 faiz artaraq rekord həddə - 36,8 milyard dollara, Avropa İttifaqı ilə 17,6 milyard dollara (50 faiz), Kanada ilə 3,1 milyard dollara (58 faiz) çatıb. Həmin ayda Meksika ilə ticarət kəsiri 25 faiz azalaraq 5,5 milyard dollara çatıb.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti