Yaponiya Xarici İşlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, qonağa bildirilib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, bu ilin səkkiz ayında burada iki mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.

K.Kono Uşaq Bərpa Mərkəzində yaradılan reabilitasiya şəraiti, informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanış olub. O, sağlamlıq imkanları məhdud uşaqların bərpası üçün fərdi reabilitasiya proqramlarına uyğun şəkildə tətbiq edilən fizioterapevtik prosedurları, tədris metodikaları əsasında tədris-peşə reabilitasiyası sahəsində aparılan işləri nəzərdən keçirib.

Reabilitasiya kursu keçən uşaqlarla görüşən K.Kono Mərkəzdəki reabilitasiya şəraiti, burada aparılan işlərlə bağlı müsbət təəssüratlarını bölüşüb. O, gələcəkdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində ölkəsi ilə təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti