BMT-nin illik ərzaq təhlükəsizliyi hesabatına görə, cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər.

 

Axar.az "Qardian"a istinadən xəbər verir ki, “Uşaqları qoru” beynəlxalq təşkilatı silahlı münaqişə zonalarında aclıq amilini “yeni silah” adlandırıb. BMT-nin hesabatında bildirilir ki, xeyriyyə məqsədləri üçün ayrılan 4,5 milyon dollar son illər ən təhlükəli münaqişə zonalarında 20 faiz artan aclığın qarşısının alınması üçün yetərli deyil. Bu vəsait orta hesabla uşaqların üçdəbirinin müalicəsinə və qidalanmasına sərf olunur, qalan 590 min azyaşlı isə ölüm təhlükəsi qarşısındadır. Təşkilat bu silahlı münaqişələr və iqlim dəyişiklikləri nəticəsində yaranan vəziyyəti 2000-ci ildən bəri ən acınacaqlı fəlakət kimi qiymətləndirib.

“Uşaqları qoru” təşkilatının icraçı direktoru Kevin Vatkins deyib: “Hazırda Yəməndən Cənubi Sudanadək silahlı münaqişə tərəflərinin aclıq amilindən müharibə silahı kimi istifadə etməsinin ən böyük zərbəsi uşaqlara dəyir. Digər tərəfdən, münaqişə zonalarına humanitar yardım göstərən donorların sayı da azalıb. Konqo Demokratik Respublikasında isə aclıqdan əziyyət çəkən uşaqlara göndərilən ərzaq yardımı ünvanına çatmayıb. Bu ölkədə 1,9 milyon azyaşlı kəskin qida çatışmazlığından əziyyət çəkir və onların 300 mini ilin sonunadək ölə bilər”.

Hesabatda qeyd olunur ki, uşaqların kəskin qida çatışmazlığı ən çox Sudan, Əfqanıstan, Yəmən və Somalidə mövcuddur. Vatkinsin sözlərinə görə, ən çox humanitar yardım göndərilən Yəməndə də 400 min uşaq yetərincə qidalana bilmir. Təşkilatın baş katibi əlavə edib ki, 2017-ci ildə silahlı münaqişə zonalarında humanitar yardım karvanlarını əngəlləmək üçün BMT əməkdaşlarına 1460 dəfə hücum edilib.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti