Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ofisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və KTMT-nın hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirə apardıqları telefon danışığına görə bəyanat yayıb.

 

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bəyanatda Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı birbaşa olaraq Nikol Paşinyanın idarə etdiyi siyasi təqib həyata keçirildiyi bildirilib:

“Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin telefon danışığı bu məsələdə şübhə yeri qoymur. Söhbətdən görünüdüyü kimi lap əvvəldən qarşıya 1 mart hadisələrini aydınlatmaq və günahkarları yaxalamaq tapşırığı deyil, sadəcə, siyasi vendettanın klassik nümunəsi olan prezident Köçəryanı həbs etmək tapşırığı qoyulub. Qərarı qəbul edən ilk instansiya olan hakim hökumətin kəskin təzyiqi altında olub və qanunsuz qərar qəbul edib”, - bəyanatda bildirilib.

Köçəryan baş verənləri yüksəkçinli məmurların iştirakı ilə törədilən cinayət adlandırıb.

“Bu telefon söhbətlərinin yalnız müəyyən bir vəziyyətlə əlaqəli bəzi epizodları deyil, mövcud rejimin bütün mahiyyətini, hakimiyyət orqanlarının gerçək üzünü də açmağa kömək etdiyini söyləmək lazımdır. Səhərdən axşama qədər sevgi və tolerantlıqdan dəm vuran, məhkəmənin toxunulmazlığını bəyan edən şəxslər cəmiyyəti aldadaraq bunun tam əksini edirlər. Demokratiyadan danışan şəxslər özləri ən kobud formada demokratik azadlıqlar və insan hüquqlarını pozurlar”.

Köçəryan hakimiyyətin ona qarşı apardığı siyasi təqibin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb:

“Biz bütün həmvətənlərimizi və dostlarımızı vəziyyəti, hökumətin iş tərzini ayıq başla qiymətləndirməyə, təbliğat pərdəsini yarmağa və Ermənistanı demokratik ölkədən diletantların bolşevizm prinsipləri əsasında idarə etdiyi və siyasi repressiyaların aparıldığı ölkəyə çevrilməsinə izn verməməyə dəvət edirik”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti