Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Rusiyanın 2120-ci ildə də qaz tədarük edə biləcəyini açıqlayıb. O qeyd edib ki, yüz il boyunca ruslar ucuz, etibarlı enerji resursuna çıxış əldə edəcəklər. Çünki uzun illər işlənəcək və ölkəni qazla təmin edə biləcək bir sıra yataqlar haqqında məlumatlar var.

Maraqlıdır, Rusiyanın daxili resurslarla zəngin olması Rusiya-Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi ekspert İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında neft-qaz satışından əldə edilən gəlirin etibarlı olmadığını deyib:

331475

“Rusiya enerjiylə zəngin olan bir ölkədir. Uzun illər neft və qaz ixracatçısı kimi dünya bazarında çıxış edə bilər. Ancaq neft və qaz satışından əldə edilən pullar etibarlı sayıla bilməz. Çünki konyunktura dəyişilir və ara-sıra neft və qaz qiymətlərinin enməsi həmin məhsulların ixracatçılarını çətin vəziyyətə salır. Məsələn, pandemiyadan əvvəl olan enerji böhranı istehsalçılara mənfi təsir göstərdi. Bu cür böhran qaçılmazdır. Çünki dünya bazarında alternativ enerji istehsalı, tədarükü çoxalır.

Rusiyanın neft-qazından asılılıq gələcəkdə azala bilər. Amma iş orasındadır ki, müharibə bu gün var və sabah da davam edəcək. Bu ərəfədə, əlbəttə ki, Rusiyanın neft-qazdan əldə etdiyi vəsait müharibənin davam etdirilməsinə imkanlar yaradır. Ancaq məsələ ondadır ki, Rusiyanın Ukraynadakı hədəfləri uzunmüddətli hədəflər deyil. Rusiya tezliklə onlara çatmaq üçün imkanlarından maksimum istifadə edəcək. Ona görə də düşünürəm ki, yaxın aylarda vəziyyət mürəkkəb olaraq qalacaq”.

Müsahibimiz uzaq gələcəkdə neft və qazın dünya iqtisadiyyatındakı payından danışmağın çətinliyini də vurğulayıb:

“Rusiya 2120-ci ildən söz açır, amma əsrin ortalarına qədər neft-qazın dünya enerji tədarükündə payı ciddi şəkildə azala bilər. Bu tendensiyalar heç də Rusiyanın lehinə oynamır. Rusiya da bunu bilir, sadəcə bəzi məqamları aşkara çıxarmamağı seçir”.

17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti