Ermənistanın konstitusiyası hər an MÜHARİBƏNİ KÖRÜKLƏYİR... - FAKT BUDUR!

Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu edərkən deyib.
Dövlət başçısı bildirib ki, münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünə sadiqlik bəyan etmirdilər.

Prezident İlham Əliyev vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik: “Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi: “Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev vurğulayıb ki, çünki bu, bizim daxili məsələmizdir: “Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir”. Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, cənab Prezidentin çıxışı beynəlxalq hüquqa əsaslanan açıqlamadır:

“Yəni bu ədalət prinsiplərinə əsaslanır. Həqiqətən də BMT Təhlükəsizlik Şurası Ermənistanı bu müddət ərzində heç zaman qınamadı. Baxmayaraq ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı və həmin torpaqları vəhşicəsinə istismar etdi. Eyni zamanda, 1000000-dan çox vətəndaşmızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayıb. Ancaq beynəlxalq birlik sözügedən məsələlərə sakit qalırdı və Azərbaycanı status-kvo ilə razılaşmağa çağırırdı. Azərbaycan isə 44 günlük Vətən müharibəsi ilə yeni reallıq yaratdı. Öz doğma torpaqlarını ədalətli şəkildə azad etdi. İndi isə həmin beynəlxalq birlik vayşüvənlik qopararaq Qarabağdan ermənilərin məcburi çıxarılmasını iddia edir və onların hüquqlarına dair fikirlər səsləndirirlər. Amma həmin ermənilər faktiki olaraq könüllü şəkildə torpaqlardan çıxdılar. Cənab Prezidentin də qeyd etdiyi kimi sülh müqaviləsinin başlıca şərti Ermənistan konstitusiyasında olan maddələrin dəyişdirilməsidir. Çünki Azərbaycan qalıcı sülhün tərafdarıdır. Ermənistanın konstitusiyası isə sonrakı müharibə üçün rəsmi İrəvanda situmul rolunu oynaya bilər”.
17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti