Trampa atılan güllə... Baydenə “dəydi” – Köynəkdə doğulan namizəd 

ABŞ tarixində prezidentliyə iddiaçıya və ya prezidentə 19-cu sui-qəsd Donald Trampın qismətinə düşdü. Alın yazısı, qədəri belə imiş. Həm də sağ qalmalı imiş. Özü də möcüzəvi şəkildə. Çünki güllə cəmi 2-3 sm fərqli trayektoriya ilə uçsaydı, indi dünya liderləri Tramp ailəsinə başsağlığı verirdi.

Ya cəmi 100 metrlikdə yer seçmiş killer təcrübəsiz olub, ya da Tramp köynəkdə doğulub. Bütün hallarda adamı Allah qorusun, mühafizə-zad boş şeydir. Daha dəqiqi, həlledici deyil.

Hərçənd prezidentliyə namizədin yaxın ətrafının xüsusi xidmət orqanları tərəfindən “təmizlənib” nəzarətə götürülməməsi ciddi suallar yaradır. Dünyanın ən qüdrətli ölkəsinə yaraşmayan bir peşəkarlıq.

Yeri gəlmişkən, Qurani-Kərimdə Rəbbimiz buyurur ki, “Allahın qorumadığı kəsə heç kim kömək edə bilməz”. Və əksinə, Uca Yaradanın nəzəri üstündədirsə, sənə zaval yoxdur. Görünür, Tramp hələ Amerikaya lazımdır. Onun missiyası bitməyib...

Artıq zərrəcə şəkk-şübhə yox ki, yerdə qalan bir neçə ayda Donald Tramp sanki təzədən dünyaya gəlmiş, enerjili biri kimi, əsl mübariz, hətta dissident simasında Co Baydenə qarşı seçki kampaniyasını daha inamla aparacaq.

Niyə də aparmasın. Onun yerinə kim olsa, belə edər, yeni və əlverişli situasiya və fürsətdən lazımınca yararlanardı. Zira, əgər atılan güllələr hədəfə dəyib onu sıradan çıxarmırsa, sui-qəsd boşa çıxırsa, siyasətçinin reytinqi artır. Cəmiyyətdə o ən çox “sifariş edilən”, tələb olunan fiqura, simaya çevrilir.

Bu mənada ahıl yaşda olan Trampa (70-80 arası tibdə ahıl yaş sayılır) atılmış güllələr əslində demensiyadan əziyyət çəkən qoca Baydenə “dəyib”. Onsuz da sonuncunun reytinqi axsayırdı, sabiq prezidentdən aşağı idi. Bu yandan da belə bir olay - Tramp üçün açılan ilahi bir şans...

Demək, hazırkı prezident seçkisi marafonundan çıxarılması yönündə Baydenə öz partiyasının təzyiqləri artacaq. Eləcə də seçki kampaniyasını maliyyələşdirən sponsorlar ona pul ayırmaq istəməyəcəklər. Artıq siqnallar gəlməyə başlayıb.

Məntiqlidir. Heç kim şansız bir layihəyə pul-para yatırmaq istəmir. Başqa yandan, məlum olaydan sonra heç demokratların daha gənc namizədi üçün də artıq asan olmayacaq...

Qocalıq isə hamiləlik kimi, xəstəlik deyil, insanın yeni fizioloji durumudur. Çox vacibdir ki, insan bu mərhələni ləyaqətlə, yaşına, başına uyğun şəkildə tamamlasın. Mümkün olmayandan yapışmasın. Xüsusən də 80-ni keçmiş siyasət adamı siyasətdən vaxtında getsin.

Qısası, sonluğu yaxşı eləsin. Çünki ömrün elə anıdır ki, Allah buraxdığın səhvi düzəltmək üçün sənə sadəcə, şans tanımaya bilər. Biz hələ bu yaşda səhv eləmək “lüksü”nün olmadığını demirik... (musavat.com)

17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti