Avropanın ən böyük atom elektrik stansiyasında yanğın - VİDEO

Rusiyanın Ukraynadan ilhaq etdiyi Avropanın ən böyük atom elektrik stansiyası (AES) olan Zaporojyada yanğın baş verib.

Xarici KİV xəbər verir ki, Rusiya Ukrayna ordusunun hücumu nəticəsində AES-də yanğın baş verdiyini açıqlayıb.

Ukraynanın hücumu nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verdiyi və stansiyanın fəaliyyəti ilə bağlı hər hansı təhlükənin olmadığı bildirilib.

Zaporojya vilayətinin qubernatoru Yevgeni Balitskiy elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiyanın normal səviyyədə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ukrayna Prezidenti Vladimir Zelenski isə yanğına görə Rusiya tərəfini ittiham edib.

Ukraynanın Nikopol vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko bildirib ki, elektrik stansiyasının ərazisində yanğın baş versə də, bu, Zaporojya AES-in fəaliyyətinə təhlükə yaratmayıb.

Ukrayna ərəfin rusların təxribat törətmək və panika yaratmaq məqsədilə yanğın törətdiyini bildirib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.

 

17 May 2025 Rusiya Ukraynaya 5 bəndlik razılaşma təqdim etdi – bunlar nələrdir?
17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək

Xəbər lenti