Ermənistanda 2018-ci ilin bestsellerinə çevrilən Nikol Paşinyanın “Yerin əks tərəfi” bioqrafik romanında Azərbaycanla bağlı məqamlara toxunulub.

 

Axar.az xəbər verir ki, “Pandukt” jurnalı romanın ölkəmizə aid olan hissəsinə yer verib.

"Romanda Nikol Paşinyanın “sülh naminə torpaqları qaytarmağa hazırıq” fikrinə yer verilib.

Ermənistanda üfüq yoxdur, Ermənistanda düzənliklər yoxdur, Ermənistanda nəzərlərini dikə bilməzsən, Ermənistanda baxışınız sizə yetərli gəlir, çünki hansı tərəfə baxsanız bir şeylər görəcəksiniz. Ermənistanda sərhədsiz görə bilmək üçün yalnız bir istiqamət var – yuxarı, səmaya baxmaq, ancaq bu sonsuzluq sizə gerçək gəlməyəcək, çünki sən bu sərhədsizlik istiqamətində gedə bilməzsən, onun hara qədər uzandığını yoxlaya bilməzsən. Sərhədsizlik hissi onun təxminən harada bitdiyini öyrəndiyiniz zaman gerçəkliyə çevrilir.

Və mən Ağdamı xatırladım. Mənim uşaqların dağılmış evlərin arasında qaçışırdılar. Mən isə arvadımla birlikdə bir təpənin üzərində dayanıb şərqə baxırdım. Bu qeyri-adi bir hiss idi: sahibi və müdafiəçisi erməni döyüşçüsü olan bir yerdə dayanmışıq və bu torpaq – düzənlikdir, əsl düzənlik və bu yerdən hər tərəf sərhədsiz görünür. Biz şərqə baxırıq və mənim baxışım Pamir dağlarında dayanır. Mən burada mənimlə bir qandan olan soydaşlarımın arasında dayanıram, burada erməni qanunları hökm sürür, bu düzənlikdir və mənim baxışlarım Pamir dağlarında dayanır. Və mən bu müharibədə iştirak etmədiyim üçün utanıram. Biz arvadımla tamamilə eyni şey barədə düşünürük, ancaq bunu dilə gətirməyə cəsarət etmirik. Sonda o daha cəsarətli olur və fikrini səsləndirir:

- Bu torpaqları Azərbaycana necə vermək olar?

Biz öz qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə-bazar günləri isə özümüz deyirik ki, düşmənə bir qarış torpaq da olmaz. Bu nədir? Yalan? Daha çox qəlbin ağılla qarşıdurmasıdır. Ürək istəyir, arzulayır ki, düzənliklər onun olsun, Pamir mənim baxışlarım altında əzilsin. Ağıl isə belə deyir: parçalara görə bütövü təhlükəyə atmaq olmaz, ən azı bəyan etmək, bərkdən bəyan etmək lazımdır ki, bu sahələr bizə lazım deyil, biz bu torpaqları sülh naminə qaytarmağa hazırıq. Və biz qayıdırıq: düzənlik sona çatır, deməli Ermənistan başlayır.

Hər səhər saat 7-də qırmızı avtobus İcevan bazarının qarşısından Qazaxa gedirdi. Bazar günlərində biz atamla Qazaxdakı su anbarına balıq tutmaq üçün gedirdik. Bax burada Sovet Ermənistanı başa çatır və Sovet Azərbaycanı başlayır. Mən hələdə təbiətin insanların çəkdiyi sərhədlərə necə uyğunlaşdığını başa düşə bilmirəm. Necə ola bilər ki, sərhədin bu tərəfində başqa, digər tərəfində isə başqa təbiət olsun? Axı sərhədləri insanlar təyin edir, təbiət isə sərhədləri tanımır? Daha sonra kənd sakinləri ilə söhbətdən sonra başa düşürəm ki, təbiət sərhədlərə deyil, biz təbiətə uyğunlaşmışıq: Kim bizi təhdid etdisə, biz dərhal bu dağlara sığındıq”, - kənd ahılları deyir. Və bunu sakit şəkildə, çox sakit, elə bil belə də olmalıymış kimi edirlər. Faktiki olaraq bu Ermənistan – vətən deyil, gizlənmək, sığınmaq üçün bir yerdir. Ona görə də burada insanlar gizlənirmiş kimi yaşayırlar, evlərdə isə başqa şeylər danışırlar.

Bəs Ağdam? Ağdamla bağlı bu necə baş verdi? Bu sualıma cavab olduqca aydın və başadüşüləndir: Ermənistanda insanlar evlərindən çıxdılar, hansı ki, onlar neçə il əvvələ qədər gizlənirdi və budur, onların baxışı dəyişdi.

1 martda səhər mən Azadlıq meydanından qaçdım. Azadlıq meydanı mənə Ağdam kimi göründü. Baqramyan prospektində düzənlik qurtarır və dağa qalxmaq başlayır. Kimsə bizi hədələdi və yenidən qaçırıq, dağlara qaçırıq.

Burada problem ermənilərdə və türklərdə deyil, Allah kömək olsun. Problem hüquqda, qanunsuzluğun kobud gücü qarşısında geri çəkilmədədir problem, sırtıqlıqdır, qalxmaqdadır problem, problem öldürməyə hazır olmaq və öldürülmüş olmaqdadır.

1 martda biz qayıtdıq və ayağa qalxdıq. Nə qədər mümkündürsə, qalxdıq, qalxa biləcəyimizi sübut etmək üçün qalxdıq. Qalxa biləcəyini sübut etmək üçün 1 martda erməni xalqı qaçmadı. O, sübut etdi və evinə qayıtdı.

Çox şeyi sübut edə bilərdi, amma qarşısında dayanan düşmən olmasa da, yad idi. Yad olsa da qardaş idi. 1 martda bizə qarşı çıxan yad deyildi, onu bizi öldürməyə məcbur edən düşüncə idi. 1 martda düşmən gizli idi, bu düşmən bizdən idi və biz bu düşmənə qalib gəldik.

Mən indi oxuyuram və təəccüblənirəm: Amerika bizi yönləndirirdi, Avropa bizi yönləndirirdi, bizi masonlar yönləndirirdi, Soros... Oxuyuram... və əlimdəki stəkanı divara tullayıram.

Sənin Amerikana da, Avropana da, bütövlükdə və ayrılıqda hər bir ölkənə də, Rusiyana da, masonluğuna və Sorosuna da... Bizi yönləndirə biləcək o xoşbəxt kimdir?.."

17 May 2025 ABŞ “rəngli inqilablar”dan imtina edir - Bəs Trampdan sonra...
17 May 2025 1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər
17 May 2025 İran ilk dəfə buna məcbur oldu - Ortaqus
17 May 2025 "Müharibəni bitirmək istəyirik"
17 May 2025 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
17 May 2025 "PKK-nın bütün qolları silahları təhvil verməlidir"
16 May 2025 COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
16 May 2025 İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
16 May 2025 Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
16 May 2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
16 May 2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
16 May 2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
16 May 2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq

Xəbər lenti