Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxan şəxslərin sayı açıqlanıb.

"Report xəbər verir ki, indiyədək 101 nəfərin testi müsbət çıxıb, onlardan 67-si işçilərdir.

Təşkilatçılar infeksiya statistikasını avqustun 12-dən toplamağa başlayıb.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.

Azərbaycan paralimpiya komandası Tokio-2020 Yay Paralimpiya Oyunları üçün Yaponiyaya yollanıb.

"Yol-xeber.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi iştirakçıları, qazilər və idman ictimaiyyətinin nümayəndələri yola salıb.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Azərbaycanın 36 idmançısı 9 idman növündə, 47 proqramda mübarizə aparacaq.

UEFA Azərbaycan klublarına Çempionlar Liqası və Konfrans Liqasının 2021/2022 mövsümünün təsnifat mərhələsində iştirakı ilə əlaqədar ödəniş edib.

Vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Neftçi" Çempionlar Liqasında iştirak üçün 200 min avro əldə edib. "Keşlə" və "Sumqayıt" Konfrans Liqasına görə 450 min avro, "Qarabağ" isə eyni turnirə qatıldığı üçün 100 min avro alıb.

Qeyd edək ki, bu komandalardan yalnız "Qarabağ" və "Neftçi" Konfrans Liqasında mübarizəyə davam edir.

Ağdam təmsilçisi pley-offda Şotlandiyanın "Aberdin", paytaxt klubu isə İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.

Amerikalı məşhur boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş peşəkar karyerasında ilk döyüşündə qalib gəlib.

21 yaşlı boksçu rəqibini 70 saniyəyə nokauta salıb.

“Top Rank Inc”in rəhbəri Bob Arum Məhəmməd Əlinin nəvəsinin çıxışını yüksək qiymətləndirib:

“Əla çıxış etdi. Babası nəvəsi ilə fəxr edə bilərdi”, - deyə o vurğulayıb.

 

UFC çempionu Həbib Nurməhəmmədov uşaqlıq arzusunu reallaşdırıb.

 Fanat.az xəbər verir ki, dağıstanlı döyüşçü peşəkar futbola başlayıb. Belə ki, Həbib Rusiyanın 3-cü liqasında çıxış edən "Legion Dinamo" (Mahaçqala) klubu ilə müqavilə bağlayıb. Onun komanda ilə məşqlərə başlayacağı bildirilir.

Qeyd edək ki, Nurməhəmmədov daha öncə verdiyi açıqlamada peşəkar şəkildə futbolla məşğul olmaq istədiyini bildirmişdi: "Peşəkar futbolçu olmaq mənim uşaqlıq arzumdur. Futbol bütün idman növlərinin kralıdır. Futbolçu olmaq üçün kimlərə danışmamışam ki? Bunu necə edə biləcəyimlə bağlı Kriştianu Ronaldu, PSJ prezidenti Nasir Əl Xəlifə, UEFA prezidenti Aleksander Ceferinlə danışmışam. Moskva "Spartak"ında məşqlərə çıxmışam. "Spartak" yaxşı komandadır, amma mənim arzum "Real Madrid"dir. Baxdığım ilk matç "Real Madrid"in oyunu olub. 1998-ci ildə Çempionlar Liqasının finalında Miyatoviçin vurduğu qolu hələ də unutmamışam".

Azərbaycan Premyer Liqası başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start veriləcək.

“Yol-xeber.az” xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sabah” və “Səbail” komandaları üz-üzə gələcək. Bu matç Masazırda keçiriləcək.

Günün digər matçında isə “Keşlə” və “Sumqayıt” qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
14 avqust

18:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Masazır. “Bank Respublika Arena”.

20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı. “ASK Arena”.

Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadulayev mükafatlandırılıb.

Yol-xeber.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarında uğur qazanan idmançıya Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyev bir milyon dollar mükafat verib. 

Bu barədə idmançı sosial media hesabında məlumat yayıb. Əbdülrəşid Sadulayev buna görə deputata təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür etmək istəyirəm. Eyni zamanda məşqçim Şamil Ömərov da diqqətdən kənarda qalmadı".

Qeyd edək ki, 25 yaşlı Əbdülrəşid Sadulayev Tokio olimpiadasında 97 kq çəki dərəcəsində qızıl medal qazanıb. Sərbəst güləşçi Rio-de-Janeyro olimpiadasında da eyni uğura imza atmışdı.

Millimizin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq

Azərbaycan millisinin futbol üzrə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara qonaq azarkəşlər buraxılmayacaq.

“Bu haqda qərarı UEFA və FİFA verib. Məlumata əsasən, bu qərar sentyabr ayında keçiriləcək bütün oyunlara aiddir və oyunlara qonaq komandalarının azarkeşləri buraxılmayacaq.

Bildirilir ki, buna səbəb Avropada koronavirus infeksiyasının yayılmasında artım müşahidə edilməsidir.

Bununla yanaşı, oktyabr və noyabr aylarında keçiriləcək oyunlar ilə bağlı müzakirələr aparılacaq. 

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda yer alan milli komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya ilə qarşılaşacaq. Komandamız sentyabrın 7-də isə Portuqaliyanı qəbul edəcək.

“PSJ” bir saata Messinin 250 min formasını satdı

Fransanın “PSJ” klubu Lionel Messinin transferini rəsmiləşdirdikdən sonra rəsmi saytında ulduz futbolçunun formalarını satışa çıxarıb.

 “Tele Sport” xəbər verir ki, bir saatdan az müddət ərzində Messinin 250 min forması azarkeşlər tərəfindən alınıb. Bu rekord göstəricidən sonra "PSJ" klubu satışı başa çatdırıb. 

Qeyd edək ki, dünən "Barselona" klubundan ayrılan futbolçunun "Pari-Sen-Jermen" ("PSJ") klubuna keçidi rəsmiləşib.

Ötən gün "Barselona"dan ayrılan Lionel Messini heyətinə qatmaqla adından növbəti dəfə söz etdirən Fransa PSJ-si maliyyə vəziyyətini normal hala gətirməyə çalışır.

Offsideplus xəbər verir ki, daha əvvəl Corcinyo Veynaldum və Serxio Ramos kimi ulduzları da heyətə qatan Paris klubu bu səbəbdən yeni mövsümün startına qədər bir sıra futbolçularla yollarını ayıracaq. 

"Sky Sport" nəşri PSJ-nin ümumilikdə 10 futbolçu ilə yolları ayıracağını yazıb. Bunlar arasında, Lionel Messinin Argentina yığmasında da görmək istəmədiyi Mauro İkardi ilə yanaşı,  Tilo Kerer, İdrissa Geye, Rafinya və Ander Errera kimi adlar da var.

Xəbər lenti