![]() |
|
Bu gün Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
"Onlardan biri para-taekvondoçu, ikisi üzgüçü, üçü isə atletdir.
Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) 1/8 finalda filippinli Allen Kianu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq.
Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayacaq. Saley daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə, İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. Üzgüçülük yarışları Bakı vaxtı ilə 05:19-da start götürəcək.
Para-atlet Samir Nəbiyev nüvə itələmə növündə medal qazanmağa başlayacaq. Onun çıxışı Bakı vaxtı ilə saat 14:08-ə təsadüf edəcək.
Qadın para-atletlər Yulia Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə saat 16:43-dən etibarən 400 metr məsafəyə qaçışda final mərhələsində çıxış edəcəklər.
Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yerdədir (iki qızıl medal).
Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.
Qeyd edək ki, Ramil Qasımov Oyunların başlamasına bir neçə gün qalmış koronavirusa yoluxduğu üçün Paralimpiyadan uzaqlaşdırılıb.
Xatırladaq ki, hazırda Azərbaycanın on iki mükafatçısı var:
Paracüdoçular Hüseyn Rəhimli (-81 kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (-60 kq), Xanım Hüseynova (-63 kq), Sevda Vəliyeva ( -57 kq) və Şahanə Hacıyeva (-48 kq), üzgüçü Raman Saleh (100 metr kürək üstə), atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu - 51,42 m) və Elvin Astanov (kürə atma, dünya rekordu - 8,77 m) qızıl, paracüdoçular Namiq Abbaslı (-66 kq) və İlham Zəkiyev (+100 kq), pauerliftinq Pərvin Məmmədov (-49 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Tokio Olimpiadası Azərbaycan Paralimpiya Hərəkatı üçün yeddinci oyunlardır. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 38 medal - 9 qızıl, 18 gümüş və 11 bürünc qazandılar.
Bu il ölkəmiz Paralimpiya Oyunlarında altı idman növü üzrə yarışan 35 idmançı (23 kişi və 12 qadın) ilə təmsil olunur.
Paracüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.
Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 5 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
"Yuventus"un superulduzu Kriştianu Ronaldu bu gün komanda yoldaşları vidalaşacaq.
"Sky Sport" portuqaliyalı hücumçunun artıq Turin klubunun bazasındakı dolabından şəxsi əşyalarını götürdüyü barədə məlumat yayıb.
Daha öncə Ronaldunun həmyerlisi - jurnalist Qonsalu Mendeş 36 yaşlı forvardın "Mançester Siti"yə transferinin reallaşdığını bildirmişdi.
Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub. /Fanat.az
"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Report" xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
24 yaşlı hücumçu görüşdə əllərinə düşəndə şansdan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr.
Futbol kollektiv oyunudur. Komanda şəklində oynadıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".
Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Mənim üçün fərqi yoxdur".
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində dubl edib.
“Yol-xeber.az” xəbər verir ki, 24 yaşlı hücumçu Çexiyanın “Slavia” klubu ilə keçirilən ev oyununda iki qolla komandasını irəli aparıb.
O, 59 və 70-ci dəqiqələrdə fərqlənib.
"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Çexiyanın "Slaviya" (Praqa) klubu ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.
Fanat.az xəbər verir ki, Polşa klubunun çalışdırıcısı Azərbaycan millisinin üzvü Mahir Emrelidən də danışıb. Mütəxəssis bildirib ki, Emreli "Slaviya" matçında ilk dəqiqələrdən meydanda ola bilər:
"Mahir "Budo Qlimt"ə qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur. "Slaviya" matçında start heyətində ola bilər. Emreli bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var. Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir. Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək".
Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
PSJ klubunun sahibi Təmim bin Həmad Əl-Taninin qardaşı Xəlifə Messi və Ronaldunun komandanın formasında birgə fotosunu dərc edib.
"Ölkə.az" xəbər verir ki, o, özünün “Twitter” səhifəsindəki paylaşımına “Bəlkə?” yazaraq qeyd edib.
Xatırladaq ki, Xəlifə bin Həmad Əl-Tani Messi ilə razılaşma barədə də öncədən xəbər vermişdi.
Danimarkada keçirilən "Vendsissel FF" - "Frederisia" matçına baş hakim Nils Heer damğa vurub.
Fanat.az xəbər verir ki, oyunu davam etdirməli olduğu epizodda səhvən fit çalan və hücumu dayandıran referi buna görə çox peşiman olub. Bundan sonra diz üstə çökən Nils Heer səhvinə görə ağlayıb.
Verdiyi qərara görə özünü günahkar sayan hakim futbolçulardan üzr istəyib.
Fransada futbol Birinci Liqada gərgin anlar yaşanıb.
"Nitsa" - "Marsel" oyununda qonaqların futbolçusu Dmitri Payet azarkeşlərin ona atdığı butulkanı geri qaytarıb. Nəticədə fanatlar daha da qəzəblənib və gərginlik artıb.
Baş verənlərdən sonra "Marsel" futbolçuları meydançaya çıxmaq istəməyib.
Bununla qonaq komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.