UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

"Report” xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandasına qarşı keçirəcəyi oyunların başlama vaxtı bəlli olub.

Fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-ə təyin olunub.

Qeyd edək ki, Marseldəki qarşılaşma 67 394 tamaşaçı tutumuna malik “Stad Velodrom” arenasında keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.

"Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.

Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.

Report xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.

Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.

Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

“Üzr istəmək bir məna kəsb etmir”

Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya uduzduqları matçdan sonra açıqlama verib.

Klubun mətbuat xidmətinə danışan forvard 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları deyib:

“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.

Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir. İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.

Qeyd edək ki, “Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.

Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.

Yol-xeber.az xəbər verir ki, onlar oyunçulara xəsarət yetiriblər.

Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub.

“İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib.

282435

“Qarabağ”ın rəqibi kim olacaq?

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.

“Bakı vaxtı ilə 17:00-da başlayacaq tədbirdə “Qarabağ”ın da rəqibi bəlli olacaq. 

Əvvəlcədən məlum olduğu kimi, püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 

“Qarabağ” qrup ikincisi kimi səpələnmişlər sırasındadır.

Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. 

Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.

Səpələnmişlər
“Bodo Qlimt” (Norveç)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Partizan” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Randers” (Danimarka)
“Slaviya” (Çexiya)
“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər
“Seltik” (Şotlandiya)
“Fənərbaxça” (Türkiyə)
“Lester” (İngiltərə)
“Marsel” (Fransa)
“Midtülland” (Danimarka)
PSV (Niderland)
“Rapid” (Avstriya)
“Sparta” (Çexiya)

Qeyd edək ki, pley-offda iştirak edəcək komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşəcək.

Əlavə edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.

"Məğlub olsaq da, futbolçularımı təbrik etmək istəyirəm. Qarşıya qoyulan minimum vəzifəni yerinə yetirdik".

Apasport.az bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin son turunda "Bazel"lə keçirilən oyunu dəyərləndirərkən deyib.

Təcrünəli mütəxəssis komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında bu fikirləri səsləndirib: "Qalib gəlməyi çox istəyirdik. Futbolçularıma tapşırıq vermişdim ki, istənilən nəticədə hücumdan geri çəkilməli deyilik. Sona kimi bunu etdik, xeyli sayda qol epizodlarımız oldu. Əlbəttə ki, bəzilərindən istifadə etmək lazım idi. Bir az həyəcanın, heç nədən buraxılan qolun da təsiri oldu. İstənilən halda futbolçularımdan çox razı qaldım. Bu il çox uğurlu oyunlar keçirdilər. Bütün matçlarda eyni istək, sürət, dinamika izlədik, daha çox hücumda olmaq tələbinin qarşılandığının şahidi olduq. Rəqibi də təbrik etmək istəyirəm. Bu gün istədiklərinə çatdılar. Biz isə istəyimizə tam çata bilmədik. Mənim üçün nəticədən çox oyunçuların belə matça köklənməsi önəmli idi. Bunu da yaxşı şəkildə gördüm. Onların hər birini qucaqlayıram".

- Bu cür hakimlikdən bezməmisiniz?

- Bezmək deyəndə, qarşıda bizi daha ağır qərarlar gözləyir. Bunların sayı da arta-arta gedir. Niyə belə olduğunu bilmirəm. Ümumiyyətlə, təkcə bizim yox, bəzi oyunları təhlil etmişəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdır ki, bu qərarı versin? Bəlkə yeni turnir olduğu üçün burada VAR və "Goal line" sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Dəfələrlə demişəm ki, insan haqlarını bu dərəcədə yemək olmaz. Yenə də ruhdan düşmürük, "sınmırıq". Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gələn hadisədir. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik. "Bazel" kimi komandaya qarşı oynamağımıza baxmayaraq, hücum futbolundan əl çəkmədik, rəqibin üzərinə getdik, xeyli sayda qol epizodu yaratdıq. Əlbəttə, çatışmazlıqlarımız da var. Ancaq ruhdan düşmürük, əksinə, səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq.

- Oyunun taleyini, bəlkə də, İbrahima Vadji təkbaşına həll edə bilərdi. Çünki 4-5 yüz faizlik qol imkanı var idi...

- Qol epizodlarına baxanda belə düşünə bilərik. Amma bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. Ola bilər ki, həmin epizodlarda həyəcanlı idi. Amma çox əziyyət çəkdi. Sürəti hesabına həmin epizodlarda öz gücünü göstərdi. Belə matçlarda sırf ona irad bildirsəm, düzgün çıxmaz. İl ərzində, bəlkə də, 3-4 oyunda belə hal yaşanır. Ustalığı daha yaxşı olsaydı, əlbəttə ki, istifadə edə bilərdi. Lakin bütün gücünü meydanda qoydu. Üstəlik, Vadji ilk dəfədir belə turnirə qatılır. Onun haqqında pozitiv düşünək. Vadjini qarşıdakı görüşlərdə daha yaxşı görəcəyik.

- Qolunuzun sayılmaması futbolçulara psixoloji cəhətdən təsir etdimi?

- Məncə, oldu. Sanki bir az ruhdan düşdülər. Oyundan əvvəl də onlara demişdim ki, düşünməyin ki, hakim bizə qarşı qərəzli idarəçilik edəcək. Ancaq birinci hissənin son 10-15 dəqiqəsində ruh düşkünlüyü hiss olundu. Halbuki sayılmayan qol epizodundan sonra daha ürəkli oynamağa başladılar və səhvlərə çox yol verdilər. Amma gördüm ki, öz aralarında bu barədə danışırlar. İlk hissədən sonra dedim ki, belə şeyə qətiyyən fikir verməyin. Onları sakitləşdirməyə çalışdım. Nə qədər danışsaq, artıq gecdir. Çox istərdim ki, nəinki bizim, heç kimin haqqına girməsinlər. Çünki onlar ədaləti qoruyub-saxlayan insanlar olmalıdır. Əfsuslar olsun ki, aralarında belələri də olur. Bu cür turnirlərdə və eynisəviyyəli klubların görüşündə kiçik bir səhv hansısa komandanın nəticəsini əlindən alır. Bu üzdən belə matçlarda daha çox diqqətli olmalıdırlar. Biz bütün oyunlarda, xüsusən də, belə matçlarda ədalətli hakimliyin olmasını istəyirik.

Çempionlar Liqasının qrup mərhələsində VI turunun oyunlarını canlı yayımlayacaq kanalların siyahısını təqdim edir:

7 dekabr
Çempionlar Liqası
21:45. Leyptsiq – Mançester Siti (Futbol 2)
21:45. PSJ – Brügge (CBC Sport, Futbol 1)
00:00. Real – İnter (Matç TV)
00:00. Milan – Liverpul (CBC Sport, Futbol 1)
00:00. Şaxtyor – Şerif (Futbol 3)
00:00. Portu – Atletiko (Futbol 2)

Levandovskidən Messiyə

“Bavariya”nın hücumçusu Robert Levandovski “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”u Lionel Messinin qazanmasına münasibət bildirib.

O, həmçinin argentinalı ulduzun “2020-ci ildə Levandovski “Qızıl top”a layiq idi” deməsinə toxunub.

“Leo Messi mənim 2020-ci il üzrə “Qızıl top” mükafatına layiq olduğumu deyib. Onun daha ədalətli olmasını istəyirəm. Boş sözlər lazım deyil. Düzünü desəm, mükafatın təqdimolunma mərasimində çox məyus idim. Bunu inkar etmək lazım deyil. “Qızıl top”a çox yaxın idi. Leo hər zaman yaxşıdır. Onun qazandıqlarına irad bildirmirəm. Onunla yarışmağım da hansı səviyyədə olduğumu göstərir. Yaxşı ki, mərasimdən dərhal sonra Messi ilə üz-üzə gəlmədim”.

Xəbər lenti