“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçələrdə hərəkət istiqaməti tənzimlənib.

Bunu açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

“Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsilə kəsişməsindən sağa, Yusif Səfərov istiqamətində hərəkət təmin edilib”, – deyə o qeyd edib.

A.Əsgərli qeyd edib ki, yük avtomobilləri ilə şəhərə məhsullar gətirən şəxslər yalnız gecə şəhərə daxil olmalıdırlar.

Milli komanda Daşkəndə yola düşdü
AİA.Az xəbər verir ki, 26-29 May 2022-ci il tarixlərdə Özbəkistanın Daşkənd şəhərində UNİVERSAL Döyuş üzrə gənclər və böyüklər Arasında Dünya çempionatı keçiriləcəkdir.

Çempionata dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatılacağı gözlənilir. Çempionat həm həvəskar, həm də peşəkar formatda, yaş kateqoriyalarına görə yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək. Həvəskarlar arasında yarışlar “Layt” və “Klassik” versiyalarında təşkil olunacaq. Ölkəmizi bu mötəbər yarışda Azərbaycan UNİVERSAL Döyüş Federasiyası 20 nəfərlik heyətlə təmsil edəcəkdir. Milli komandanın baş məşqçiləri Elşən İsmayılovun və Yaqub İbrahimovun rəhbərliyi ilə idmançılarımızın dünya çempionatına hazırlıqları yaxın günlərdə başa çatmışdır. Əməkdar məşqçi, Beynəlxalq dərəcəli Hakim Elşən İsmayılov yetirmələrinin dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənov da yığma komandanın hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Yarışda iştirask edəcək komsnda üzvləri bu gün Daşkənd şəhərinə yola düşüb
Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyir və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

“Maribor” Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın “Linfild” komandası “səpələnməmişlər” səbətinə düşərək “köhlən atlar”ın potensial rəqiblərindən biri olub.

“Səpələnmişlər” səbətinin reytinqinə görə ən güclüsü olan “Qarabağ” bu mərhələdə 13 klubdan biri və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək.

“Qarabağ”ın potensial rəqibləri bunlardır:

Səpələnməmişlər: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), Kİ (Farer adaları), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan),
“Tirana” (Albaniya), “Balkani” (Kosovo), ilkin mərhələnin qalibləri

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq.

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib.

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

“O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.

 Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb.

Report məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.

Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.

Doğma meydanda 2 top fərqi ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda sürprizə imkan verməyiblər. Hərçənd matçın əvvəlində ev sahiblər 2:0 üstünlüyü qazanmağı bacarıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib. 

UEFA Çempionlar Liqası, yarımfinal

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Bulaye Dia, 3. Fransis Koklen, 41 - Fabinyo, 62. Luis Dias, 67. Sadio Mane, 74

Qırmızı vərəqə: Etyen Kapu, 86 ("Vilyarreal")

Bu gün  isə UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.

İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

"Yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.

Bu, UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib.

Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə oyunu baş tutmayıb. Qonşu ölkə millisi seçmə mərhələdəki növbəti matçlarının da heç birinə buraxılmayacaq və bütün nəticələri qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.

Qeyd edək ki, Azərbaycan millisi Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Report məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Gecənin yeganə matçında İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olacaq. "Etihad" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

"Şəhərlilər"dən Joau Kanselu cəzalı olduğu üçün oynaya bilməyəcək. Kayl Uoker və Con Stounzun isə meydana çıxmaları sual altındadır. "Kral klubu"nda Eden Azar, Luka Yoviç və Mariano Dias zədə səbəbindən matçı buraxacaq. David Alaba və Kazemironun isə bu görüşdə iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, "Etihad" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.

Xəbər lenti