UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirib.

Mətbuat konfransında maraqlı anlar yaşanıb.

Belə ki, Qurban Qurbanov jurnalistlərdən birinin sualına cavab verdikdən sonra tərcüməçi Aydın Rüstəmov çalışdırıcının sözlərini alman dilinə tərcümə etmək əvəzinə Azərbaycan dilində təkrar edib.

Qurbanov gülümsəyərək Aydın Rüstəmova alman dilinə tərcümə etməli olduğunu bildirir.

Xatırladaq ki, "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada “Frayburq”un qonağı olacaq.

“Europa-Park” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. “Köhlən atlar”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda “Nant” Fransada Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

UEFA Avropa Liqası

G qrupu

23:00. “Frayburq” (Almaniya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Frayburq. “Europa-Park” stadionu

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

"Yol-xeber.az" xəbər verir ki,Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (MHİRK)  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birgə əməkdaşlıq çərçivəsində dəmiryolçuların “Zəfər” kuboku uğrunda idman yarışlarına start verib. Nabran qəsəbəsində yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində baş tutan spartakiadada ADY-nin müxtəlif sturuktur bölmələrinin komandaları yarışır.

 

13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində keçirilən kütləvi idman yarışlarının məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsinə, eləcə də sağlam həyat tərzinin təbliğ olunması istiqamətində aparılan işlərə töhfə verməkdir.

Ümumilikdə 300-dən çox dəmiryolçu futbol, minifutbol, voleybol, stolüstü tennis, şahmat və dama üzrə oyunlarda güclərini sınayır.

Sentyabrın 18-dək davam edəcək yarışların sonunda qaliblərə kubok, diplom və pul mükafatı təqdim ediləcək.

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma azarkeşləri önündə “Çelsi”ni qəbul edəcək.

Gecənin maraqlı qarşılaşmalarından biri isə Parisdə baş tutacaq. Burada PSJ doğma meydanda “Yuventus”la üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə təmsilçimiz "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Ludoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtülland" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbaxça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsinin ilk görüşlərinə sentyabrı 8-i start veriləcək.

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra paylaşım edib.

Yol-xeber.az-ın məlumatına görə, 28 yaşlı qolkiper instaqram hesabında "Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm" yazıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "köhlən atlar"ın buraxdığı birinci qolda irəli çıxaraq səhvə yol verib.

 

 

 

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçdan öncə meydan sahiblərinin baş məşqçisi Mixal Bilek müdafiə futbolu sərgiləyəcəklərini bildirsə də, Plzen klubu oyuna hücumlarla başlayıb. İlk dəqiqələrdən Azərbaycan çempionunu meydanın ona aid hissəsinə sıxışdıran “Viktoriya” erkən qolla vəziyyəti özm xeyrinə dəyişməyə çalışıb. 2-ci dəqiqədə Lukaş Kalvaxın vurduğu top qapıdan aralı keçib. “Qarabağ”ın qapı istiqamətində ilk zərbəsi 16-cı dəqiqəyə təsadüf edib. Abdullah Zubirin zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Kadi Borgesin ötürməsində sonra Filip Ozobiçin Yindrjix Staneklə üzbəüz qalmasına Ludek Pernitsa mane olub. 19-cu dəqiqədə referi onun qərarına etiraz edən Luka Quqeşaşviliyə sarı vərəqə göstərib. 30-cu dəqiqədə İbrahima Vadji sürəti hesabına rəqibin cərimə meydançasına daxil olub ötürmə etmək istəsə də, Libor Holik onun qarşısını kəsib. 34-cü dəqiqədə Marko Veşoviçin sağ cinahdan qapı qarşısına göndərdiyi topa komanda yoldaşlarından heç kim toxuna bilməyib. 38-ci dəqiqədə isə Ozobiç baxımlı qolla hesabı açıb. Kadi Borgesin standart vəziyyətdən ötürməsini müdafiəçilər uzaqlaşdırmaq istəyərkən top Azərbaycan millisinin yarımmüdafiəçisinin qarşısına düşüb. Xorvatiyalı futbolçu dəqiq zərbə ilə komandasını önə çıxarıb. Qoldan sonra təzyiqi artıran “Qarabağ” 42-ci dəqiqədə fərqi artırmağa yaxın olub. Amma Toral bayramovun sol cinahdan ötürməsini nə Vadji, nə də Ozobiç tamamlaya bilib. Hücumun davamında Riçard Almeydanın cərimə meydançasının kənarından endirdiyi qüvvətli zərbə az fərqlə tirin üstündən keçib. İlk hissə “köhlən atlar”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə də fəal başlayan Ağdam klubu 48-ci dəqiqədə Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin onun zərbəsindən sonra top müdafiəçilərə dəyərək, qapı xəttini tərk edib. 50-ci dəqiqədə Kadi Borges uzaq məsafədən çərçivəni nişan alsa da, fərqin böyüməsinə Stanek imkan verməyib. 53-cü dəqiqədə Almeyda zədələnərək meydanı tərk edib. Onu Marko Yankoviç əvəzləyib. 58-ci dəqiqədə hesab bərabərləşib. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra Yan Kopits topu qapıdan keçirib. 65-ci dəqiqədə Ozobiç asmasını Bəhlul Musatafazadə başla qapıya göndərsə də, zərbəsində dəqiqlik çatmayıb. 73-cü dəqiqədə isə “Viktoriya” hesabda önə keçib. Yan Kliment 2-ci topu Azərbaycan təmsilçisinin qapısından keçirib. 75-ci dəqiqədə Kalvaxın zərbəsini Məhəmmədəliyev çətinliklə dəf edib. 83-cü dəqiqədə Kadi Borges sol cinahda 2 rəqibini keçib yerlə ötürmə versə də, top ikinci hissədə meydana daxil olan Ramil Şeydayevə çatmayıb. 85-ci dəqiqədə Şeydayevin vurduğu top qapıdan azca aralı keçib. 90-cı dəqiədə Kvabena Ovusunun zərbəsi təhlükəli alınsa da, hədəfdən yayınıb.

Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 3-cü qol vurulub.

Plzen təmsilçisi 2-ci topu "köhlən atlar"ın qapısından keçirməklə, hesabı öz xeyrinə dəyişib - 2:1.

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.

58-ci dəqiqədə meydan sahiblərindən Yan Kopits tarazlığı bərpa edib.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mrəhələsinin cavab oyunlarına start veriləcək.

Turnirdəki təmsilçimiz "Qarabağ" klubu Çexiyada “Viktoriya”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ağdam komandası tarixində ikinci dəfə qrup mərhələsinə yüksəlmək üçün qalib gəlməlidir. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.

Qeyd edək ki, bu cütün məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.

23 avqust

Çempionlar Liqası

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Artur Dias (Portuqaliya)

Plzen. Duşan Arena

İlk oyun - 0:0

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Əlledici qarşılaşma Polşanın Plzen şəhərindəki “Dusan Arena”da baş tutacaq

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Klubun rəsmi “YouTube” səhifəsində hazırda Polşada olan “Qarabağ” klubunun qarşılaşmaya qədərki səfərinə həsr edilən maraqlı video paylaşılıb.

Görüntülərdə futbolçularımızın səfərə yüksək əhval-ruhiyyədə yollandığı aydın görünür.

Həmin görüntüləri təqdim edirik:

“Hər şey yolunda və qaydasındadır. Bizə təkcə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya” (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

“Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın III turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Xəbər lenti