Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

“Son Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, matçın “Qarabağ” üçün əhəmiyyəti böyükdür.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.

Report məlumatına görə, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

E qrupunda “Milan” İtaliyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. “Qırmızı-qaralar”a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda “Zaltsburq”un “Milan”a uduzmasını gözləməlidir.

F qrupunda əsas diqqət Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Leypziq” komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhələyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda “Dinamo” yoluna Avropa Liqasında davam edəcək.

G qrupunda Almaniyanın “Borussiya” (Dortmund) klubu Danimarkada “Kopenhagen”lə, “Mançester Siti” isə İngiltərədə İspaniya “Sevilya”sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada “Yuventus”, Portuqaliya “Benfika”sı isə İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur

2 noyabr

E qrupu

00:00. “Çelsi” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya)
00:00. “Milan” (İtaliya) - “Zaltsburq” (Avstriya)
Xal durumu: ”Çelsi” - 10, “Milan” - 7, “Zaltsburq” - 6, “Dinamo” - 4

F qrupu

21:45. “Real Madrid” (İspaniya) - “Seltik” (Şotlandiya)
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Leypziq” (Almaniya)
Xal durumu: ”Real Madrid” - 10, “Leypziq” - 9, “Şaxtyor” - 6, “Seltik” - 2

G qrupu

00:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Mançester Siti” (İngilttərə) - “Sevilya” (İspaniya)
Xal durumu: ”Mançester Siti” - 10, “Borussiya” - 8, “Sevilya” - 5, “Kopenhagen” - 2

H qrupu

00:00. “Yuventus” (İtaliya) - PSJ (Fransa)
00:00. “Makkabi” (Hayfa, İsrail) - “Benfika” (Portuqaliya)

Xal durumu: PSJ - 11, “Benfika” - 11, “Yuventus” - 3, “Makkabi” - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin VI turunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək:

“Qarabağ” – “Frayburq”

3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka

Dördüncü hakim: Dmitry Dmitryiev

VAR: Tiago Bruno Lopes Martins (Portuqaliya)

AVAR: Hugo Filipe Ferreira C. Moreira Miguel (Portuqaliya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Boriana Stoycheva (Bolqarıstan)

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Report məlumatına görə, siyahıda növbəti dəfə “Qarabağ” da yer alıb.

“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda “Düdelanj” 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə “Volos”u 5:1 hesabı ilə üstələyən “Panatinaikos” Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.

"Rəqib ikinci hissədə çox yaxşı dəyişikliklər etdi. Baş məşqçi meydana bacarıqlı oyunçular buraxdı. Futbolçularım 90 dəqiqə mükəmməl mübarizə apardılər. Rəqibdən çəkinmədik”.

Report xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra "CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hallar olur:

"Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq”.

O, Bakıya inamla qayıtdıqlarını söyləyib:

"Hər şeyi gözəl anlayırıq. Bu gün yenə 2-ci yerdəyik. Son turda diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik, "Frayburq”la oyunumuza köklənəcəyik. Düzdür, mobil komandaya qarşı oynayacağıq. Bu görüşün bizim üçün böyük faydası olacaq. Məğlubiyyət barədə düşünmürük. Amma uduzsaq belə, yaxşı təcrübə olacaq”.

Qurbanov rəqibin sağ cinahdan təşkil etdiyi hücumların qarşısını kəsməkdə çətinlik çəkən Marko Veşoviçin çıxışına da toxunub:

"Çox yaxşı oynadı. Rəqibin sol cinahında bacarıqlı futbolçular var. Ona görə Veşoviçdə yorğunluq hiss olunurdu. Qarşısındakı rəqib çox fəal idi. Hücumu gücləndirmək üçün Ramil Şeydayevi meydana buraxdım. Yaxşı mübarizə apardığımızı düşünürəm”.

Təcrübəli mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə də münasibət bildirib:

"Texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır”.

AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".

Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

 

 

 

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu üzrə baş tutan “Leyptsiq” - “Real” matçında (3:2) Azərbaycana qarşı təxribat törədilib.

 Qol.az xəbər verir ki, tribunalardan birində qondarma Dağlıq Qarabağın bayrağı asılıb. 

Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib.

 

 

 

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov milli komandanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı yeni açıqlama verib.

 “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olan R.Sadıqov vaxtı ilə Qurban Qurbanova qarşı haqsızlıq edildiyini söyləyib. O bildirib ki, Q.Qurbanov millidə işləyərkən onun qarşısına Millətlər Liqasının qrupundan çıxmaq, eləcə də iki yerdə işləməməklə bağlı tələb qoyulmayıb.

R.Sadıqov deyib ki, əgər Millətlər Liqasında iki dəfə qrupdan çıxa bilməyən Canni de Byazi ilə müqavilə uzadılıbsa, deməli, Q.Qurbanova haqsızlıq edilib.

Verilişin milli komanda ilə bağlı hissəsini təqdim edirik:

Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.

Report məlumatına görə, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manschot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti