Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya arasında baş tutan oyunda   braziliyalıların 2:0 hesablı qələbə qazanması barədə məlumat vermişdik.

Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.

Dünyada milyonlarla tamaşaçının izlədiyi oyunda bir azərbaycanlının da zəhməti keçib.

Braziliya-Serbiya  stadionunun  informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya Nuriyev   adlı azərbaycanlı  gənc rəhbərlik edib.Azərbaycanlı gəncin belə bir möhtəşəm layihədə yer alması qürurverici hal kimi qarşılanıb.

 

 

 

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov işə piyada gedib.

Bu barədə nazirin özü sosial şəbəkə hesabında paylaşım edib.

 "Bakıda "Formula 1" yarışmasının təşkilatçısı olaraq, Bakı Şəhər Halqasının çağırışına qoşuluruq və işə ictimai nəqliyyatla deyil, piyada gedirik. Düşünürəm ki, bu sağlam həyat tərzini və ətraf mühitin qorunması üçün çox faydalı bir təşəbbüsdür. Hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıram". 

Qətərdə keçirilən DÇ-2022-nin C qrupunun ilk turunda Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub etdikdən sonra kral Salman bin Əbdüləziz Əl Səud bu noyabrın 23-nü milli bayram elan edib.

Bu bayram gününün səbəbkarlarından biri də meydanda mübarizə aparan futbolçularla yanaşı, baş məşqçi Herve Renarddır (Erve Renar).

"Daha əvvəl Zambiya, Fil Dişi Sahili və Mərakeş kimi Afrika ölkələri ilə tarix yazan Herve Renard Səudiyyə Ərəbistanında da gündəmə düşməyi bacardı.

O, futbol dünyasında, xüsusən də Afrika qitəsində daha çox məşhurlaşb.

Gəncliyində müdafiəçi olan Renard peşəkar futbolçu karyerasına 15 yaşında ölkəsinin "Kann" klubunda başlayıb.

20 ildən sonra 1987-88 mövsümündə "Kann"ın Fransa Birinci Liqasına yüksəlməsindən sonra oynamaq şansı tapa bilməyən Renard 1991-ci ildə aşağı liqa komandalarından olan "Vallauris"ə yollanıb. 

Aktiv karyerasını bitirdikdən sonra, bir müddət futbolu tərk edən Renard 1999-cu ildə zibil yığımı ilə məşğul olan bir şirkət qurur.

Futbol illərində onun məşqçisi olan Klod Le Royun köməkçisi kimi Çinin “Guizhou Renhe” və İngiltərənin “Cambridge United” klublarında çalışan Renard 2007-ci ilə qədər Fransanın aşağı liqalarında “Cherbourg”un məşqçiliyini tərk edənə qədər zibil toplama işini davam etdirib.

Daha sonra Qana millisində növbəti dəfə Le Roya kömək edən Renard 2008-ci ildə Zambiya milli komandasının rəhbəri təyin olunub.

Maraqlı bir məqam ondan ibarətdi ki, 14 ildən sonra 2010-cu il Afrika Millətlər Kubokunda Zambiyanın 1/4 finala yüksəlməsinə kömək edən fransız mütəxəssis Tunislə heç-heçə oynadığı qrupun ilk oyununda ağ köynək geyinib.

İkinci matçda Kameruna 3-2 məğlub olduqlarını mavi köynəklə əlaqələndirən Renard 17 yanvar 2010-cu ildə oynanılan matçdan bəri ağ köynəklə meydandadır və bunun uğurlar gətirdiyinə inanır.

İstər ağ köynəyin bəxti olsun, ya yox, Renard karyerasının zirvəsinə 2012-ci ildə çatıb. Zambiya finalda qarşılaşdığı heyətdə Didye Droqbanın da yer aldığı Fil Dişi Sahilini penaltilər seriyasında 8-7 hesabı ilə məğlub edərək tarixində ilk çempionluğunu qazanıb.

O, 2014-cü ilin yayında təhvil aldığı Fil Dişi Sahili ilə də Afrikanın tarixinə düşür.

1992-ci ildən bəri birinci ola bilməyən Fil Dişi Sahilinə Afrika Kubokunu gətirən fransız mütəxəssis iki ayrı komanda ilə ardıcıl eyni uğuru qazanan ilk məşqçi olur.

Fil Dişi Sahilində ovaxtkı prezident Alassan Uattara fransalı məşqçi Herve Renarda dövlət medalı və pul mükafatı təqdim edir.

54 yaşlı məşqçi Fil Dişi Sahilindən ayrıldıqdan sonra "Lill"də qısa bir macəra yaşayıb və 2016-cı ildə Mərakeş millisinin başına keçib.

1998-ci ildən bəri ilk dəfə Mərakeşi dünya çempionatına aparan Renard 2019-cu ildə Səudiyyə Ərəbistanı milli komandasının rəhbəri olub.

 

 

 

 
Bu gün "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Kriştianu Ronaldu məlumat ictimaiyyətə rəsmən açıqlanmamışdan bir qədər öncə "qırmızı şeytanlar"ı "sancıb".
 
Fanat.az xəbər verir ki,  37 yaşlı portuqaliyalı sosial şəbəkə hesabında yeni saat kolleksiyası ilə birlikdə MY-nin qapısına 2013-cü ildə vurduğu qolun fotosunu da paylaşıb.
 
Həmin qol 2013-cü ildə Çempionlar Liqasında vurulub. Həmin vaxt "Real Madrid"də olan Ronaldunun fərqləndiyi qarşılaşmada madridlilər 2:1 hesablı qələbə qazanıb.
 
 

Dünya çempionatı üçün Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyəti bomba şübhəsi ilə məskunlaşdığı oteldən təxliyə edilib.

Hadisə dünən günorta saatlarında baş verib.

Dohadakı oteldə həyəcan siqnalı işə düşüb ki, bu, bütün sakinlərin təxliyəsinə səbəb olub. Qətər yanğınsöndürmə xidmətinin ekipajı həyəcan siqnalı ilə əlaqədar dərhal otelə gəlib. Hətta mühafizə itləri də hadisə yerinə cəlb olunub. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu bildirilib və bütün sakinlər otelə qayıdıb.

Qeyd edək ki, Qana yığması DÇ-2022-də ilk oyununu noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.

“ 37 yaşlı qrossmeyster final raundunun sonuncu - yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.

Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.(report)

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Noyabrın 21-də baş tutacaq oyunları təqdim edir:

A qrupu

20:00. Seneqal - Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Al-Tumama" stadionu

Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)

B qrupu
17:00. İngiltərə - İran

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

23:00. ABŞ - Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

"Əhməd ibn Əli" stadionu

Avropa Liqasının qrupunu 3-cü pillədə tamamlayıb, turnirdə mübarizəni başa vuran "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri bəlli olub.

Ağdam təmsilçisi Konfrans Liqasında “səpələnməmişlər” səbərində yer alıb.

Qeyd edək ki, püşkatma noyabrın 7-də baş tutacaq.

Səpələnmişlər ("Qarabağ"ın potensial rəqibləri):
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Ağdam, Azərbaycan)
“Şerif” (Moldova)

“Qarabağ”ın Avropa Liqasında “Frayburq”a qarşı keçirdiyi oyundan sonra komandanın hücumçusu Ramil Şeydayevlə azarkeşlər arasında gərginlik yaşanıb.

Qafqazinfo xəbər verir ki, matçdan sonra oyunçular azarkeşlərə təşəkkür bildirərkən fanatlardan bir neçəsi R.Şeydayev və Kvabena Ovusuya etiraz edib.

Nəticədə Şeydayev tərəfdarların etirazına əsəbiləşib. Onu həmin ərazidən komanda yoldaşları Marko Veşoviç və Musa Qurbanlı uzaqlaşdırıb.

"Qarabağ" ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.

Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.

Qeyd edək ki, "Qarabağ" 2021/2022 mövsümündə də eyni turnirin pley-offunda iştirak edib.

Xəbər lenti