![]() |
|
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.
Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə keçirib. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl Bayt” stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş
Baş hakim: Sezar Ramos
“Əl Bayt” stadionu
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
Yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.
İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.
"TyC Sport"un canlı efirində iki oyunçu arasında insident yaşanıb.
35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.
Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib - 4:3.
“Formula-1” yeni mövsümün sprint yarışlarını açıqlayıb.
Ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq, 2023-cü il mövsümündə altıya çatdırılıb.
Təqvimin ilk sprint yarışı “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda baş tutacaq.
Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir, xüsusi dramatikliyi ilə yadda qalaraq geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.
“Formula-1” Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali növbəti sprint yarışları ilə bağlı bildirib ki, bu mübarizə ilə bağlı son iki il ərzində azarkeşlərdən çox müsbət rəy alıblar: “Növbəti mövsümdə 6 sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza – “Formula-1” komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaqdır.”
2023-cü il mövsümündə baş tutacaq sprint yarışlarının təqvimi
Azərbaycan Qran Prisi (28-30 aprel)
Avstriya Qran Prisi (30 iyun-2 iyul)
Belçika Qran Prisi (28-30 iyul)
Qətər Qran Prisi (6-8 oktyabr)
ABŞ Qran Prisi (20-22 oktyabr)
Braziliya Qran Prisi (3-5 noyabr)
Qeyd edək ki, sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü - 29 aprel tarixinə təsadüf edəcək.
Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.
H qrupunda isə millisi minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.
DÇ-2022
Qrup mərhələsi, III tur
2 dekabr
G qrupu
23:00. Kamerun - Braziliya
23:00. Serbiya - İsveçrə
Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.
H qrupu
19:00. Qana - Uruqvay
19:00. Cənubi Koreya - Portuqaliya
Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.
Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.
Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 2 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Report məlumatına görə, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub.
"Report"un məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.
Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü tura start veriləcək.
Axar.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
DÇ-2022
Qrup mərhələsi, III tur
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
B qrupu
23:00. İran - ABŞ
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.